26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Mənalı istirahət həvəskarları üçün yay-qış demədən ilin istənilən dövründə, Yer kürəsinin istənilən nöqtəsində turizm imkanları vardır və bu səyahətlərə yaranan meyil əvvəlcə insanın maddi imkanlarından və yaradılmış rekreasiya kompleksinin vəziyyətindən asılıdır. Əgər qış dövründə ələ düşən qısa məzuniyyət və ya tətil müddətində təbiətlə birbaşa ünsiyyətdən zövq almaq istəyənlər varsa, uzaq ölkələrdə qar və xizək axtarmağa dəyməz. Naxçıvan dağlarında hər il olduğu kimi, bütün qış gözəlliklərini özündə barındıran unikal şərait və üstəgəl fəal istirahəti təşkil etməyə imkan verən zəruri infrastruktur vardır.

Muxtar respublikamızda eko və müalicə turizmi dedikdə çoxları yaz-yay fəsillərində Ordubadın Göygölündən tutmuş Duzdağa qədər, oradan da Batabat yaylağınadək uzanan geniş ərazidə saf ekoloji mühitdə keçirdikləri zəngin təəssürat dolu günlərini xatırlayır. Gün keçdikdə gözəlləşdirilən Naxçıvanın yaşıl libasını siyah kəmər kimi kəsib keçən hamar yollarla bu istirahət məkanlarına çatıb gün ərzində gəzinti, əyləncə, idman və yürüş kimi müxtəlif turist fəaliyyətləri keçirmək mümkündür. Fəsillərdən qış olduqda isə ilk baxışda bunların mümkün olmadığı görünsə də, əslində, bu dövrdəki xidmət çeşidliliyi, münasib qiymətlər və mövsümi imkanlar ilin bu zamanında Naxçıvana gələn turistləri daha da həvəsləndirir.

Qışın təkcə qarı deyil, bu fəslin özünəxas sakit mənzərəsi kimi az olan qayğıları da əsl turizm imkanları kimi qiymətləndirilə bilər. Otel təsərrüfatının da tarazlı işi baxımından turistlərin bir qisminin (məsələn, müalicə üçün gələn turistlərin) Naxçıvana səfərlərinin qışda təşkil olunması həm region iqtisadiyyatı, həm də turistlərin daha mənalı istirahəti üçün əlverişlidir. Misal üçün, Duzdağda yerin altındakı şaxtalarda yayda və qışda eyni temperatur və müalicə xidmətləri vardır.
Bütün bunlarla yanaşı, qış turizminin Naxçıvanda özünəməxsus reseptləri vardır. Turizm baxımından qışda, adətən, qarla bağlı müxtəlif idman tədbirləri nəzərdə tutulsa da, əslində, qış ağ örpəyə bürünmüş təbiətlə daha yaxından tanış olmaq üçün ideal zamandır. Qışda həvəskar turistlər üçün gəzinti, müxtəlif vəhşi heyvanların, quşların izlənməsi, onların fotoşəkillərinin çəkilməsi kimi turistlərə, xüsusən də gənc və orta yaş qrupundan olan insanlara son dərəcə maraqlı ola biləcək turlar təşkil etmək mümkündür. Naxçıvanın zəngin ekosistemi, bir-biri ilə növbələşən relyefi, su hövzələri buna əlverişli imkan yaradır. Bir həkim dostumun söhbətində qış aylarında həftə sonları Naxçıvan dağlarının kristal kimi təmiz havasında dağ yürüşləri keçirməyin ən yaxşı müalicə olduğunu dediyini xatırlayıram. Doğrudan da, havada toz qarışıqlarının çox az olduğu bir yerdə oksigenlə zəngin hava ilə tənəffüs etmək sağlamlığı daha da möhkəmləndirir. Adamlar yayı yay, qışı qış kimi təbiətlə həmahəng keçirərlərsə, gümrah olacaq, erkən yaşlarından da səhhətlərindən şikayət etməyəcəklər.
Qış turizmi fəal istirahətlə bərabər, eyni zamanda gənclərin ekoloji və vətənpərvərlik tərbiyəsində mühüm vasitədir. Hazırda muxtar respublikamızın bütün ucqar kənd­lərindəki müasirtipli məktəblərdə, habelə Şahbuz şəhərindən 20 kilometr məsafədə yerləşən, dəniz səviyyəsindən 2000 metr yüksəklikdəki Ağbulaq İstirahət Mərkəzində məktəblilərin və tələbələrin qış tətili günlərində bir-birindən maraqlı tur və ekskursiyalar təşkil olunması mümkündür. Məqsəd, dərs ilinin ortasında gənclərin fiziki və zehni yorğunluğunun azaldılması ilə yanaşı, onlara doğma yurdumuzun gözəlliklərinin tanıdılması, təbiətlə sıx ünsiyyətdə olmağın insan orqanizminə, onun ruhi və fiziki sağlamlığına necə müsbət təsir etdiyinin aşılanmasıdır. Bu gün uşaq və gənc­ləri həddən artıq yükləyən internet və müxtəlif elektron oyunlar olmadan keçirilən birhəftəlik dağ yürüşü onların əsl rekreasiyasını təmin edən qüvvətli vasitə sayılır. Dünya praktikasında da bu, belədir.

Keçənlərdə, hələ kənddə internet, mobil telefon, videozəng olmayanda qalın qarlı qış axşamlarında qonşular bir-birinin evinə toplaşıb çay içər, şirin söhbətlər edərdilər. Düzdür, indi qış bir az mülayimləşsə də, pəncərədən Ordubadın, Şahbuzun ağappaq qarlı dağları yenə adama gəl-gəl deyir. İnternetdə dostlarımın paylaşdığı Batabatın bəyaz süslü şəkillərini gördükcə bu, bütün Naxçıvanın sərvətidir, – deyə düşünürəm. Bu sərvət isə həmişə bizim olub.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3066739
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
771
4574
9672
118070
3066739

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter