14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

“Turizmin əhəmiyyəti nədir?” sualı ilə maraqlanan oxucularımız üçün qısa bir giriş. Turizm kosmosun fəthi, internetin kəşfi kimi dünyanın yeni möcüzələri arasında inamla yer tutaraq insanların mənalı asudə vaxt keçirmək tələbatının ödənilməsində mühüm rol oynayır. Məhz bu səbəbdəndir ki, bu gün dünya üzrə il ərzində aktiv səyahətə çıxan turistlərin sayı, təqribən, 1 milyard nəfərə, onların xərclədiyi vəsaitin və yaxud turistlərə xidmət edən sektorun illik gəlirləri 1 trilyon ABŞ dollarına çatmaqdadır. 

Göründüyü kimi, rəqəmlər çox cəlbedicidir və maraqlısı odur ki, dünya iqtisadiyyatında nə baş versə də, turizm öz dinamikası ilə inkişaf etməkdə, turistlər marağı olan və maddi imkanı çatan hər yerə səyahətdən qalmamaqdadırlar. İstər yay, istərsə də qış fəsli üçün olsun, hər turizm mövsümü başlayanda ölkələrin dövlət və hökumət başçılarından tutmuş sektorun inkişafına maraqlı olan hər bir sahibkara, hər bir vətəndaşa qədər hamı daha keyfiyyətli turizm xidmətləri göstərmək, onun faydalarından daha çox yararlanmaq haqqında düşünür. Səyahət edən turistlərin isə bir marağı vardır: münasib qiymətlərlə yaxşı xidmətlər alıb, dolğun təəssüratla evə qayıtmaq. Dövlətin də turizmdən gözlədiyi maraqları nəzərə alsaq, turizmin cəmiyyətdə, demək olar ki, hər kəsin mənafelərinin kəsişdiyi bir nöqtədə olduğunu demək olar.

Turizm cəmiyyətin inkişafına təkan verdiyi kimi, özü də cəmiyyətin iqtisadi-mədəni inkişafının, sosial rifahın, düzgün iqtisadi idarəetmənin nəticəsində yaranır. Yəni bir çoxlarının dediyi kimi, turistlər yüzlərlə, hətta minlərlə kilometr yol qət edərək yalnız qalacaqları otelin müasirliyinə, yaxud regionda öz təqdimatını gözləyən abidəyə baxmaq üçün gəlmirlər. Hər halda sırf turizm məqsədli səyahət edənlər yaxşı bilirlər ki, turistlərin öz xüsusi motivləri vardır və bunlar yalnız zərf halında təklif olunan xidmətlər sayəsində mümkün olur. Turizm maarifçiliyi və Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılması ilə əlaqədar gələcək yazılarda söhbət açmaq istədiyimiz destinasiya planlaşdırılması problemləri də özündə bu məsələni ehtiva edir. Çünki turistlər haradan gəlirsə gəlsin, onlara xidmət edən turizm sektoru bir mexanizm kimi dəqiq işləyərək öz məqsədlərinə çatmalıdır. Məqsəd isə aydındır: yaxşı gəlir və ölkə­nin tanıdılması.
Biz bacardığımız qədər müxtəlif vasitələrlə turizmin cazibədarlığından bəhs edir və bu mövzuda dostlarımızla dialoqlara da qoşuluruq. Şübhəsiz, ölkəmizin və muxtar respublikamızın zəngin təbiəti və tarixi-mədəni ehtiyatları ilə bərabər, insanların sosial-mədəni tələbatlarını ödəyən müasir infra­struktur da bu söhbətlər zamanı bizim ən güclü arqumentlərimizdəndir. Ancaq turizmi, yəni mənalı istirahətin təşkilini bir biznesə, peşəkar qonaqpərvərliyi gəlir sahəsinə çevirə bilmək üçün qarşıda hələ çox işlər olduğu görünməkdədir. Beynəlxalq turizmdən valyuta gəlirləri əldə edib ölkənin ödəmə balansını gücləndirmək, xarici turistlərə bir təbliğat vasitəsi kimi ölkə­mizi tanıtmaq bu baxımdan cazibədardır. Bununla yanaşı, vətəndaşlarımızın hər hansı qiymətə xaricdəki istirahətini əvəz edə biləcək daxili turizm xidmətlərimiz hazırda dövlətimiz tərəfindən israrla həyata keçirilən idxaləvəzedici əmtəə və xidmətlər istehsalı strategiyasının əsas tərkib hissələrindən biri kimi diqqəti cəlb edir.
Daxili turizm beynəlxalq turizmin tərkib hissələrindən biri olan getmə turizmə ən yaxşı alternativdir. Şübhəsiz, hər bir vətəndaş öz marağı və tələbatına görə ona lazım olan istirahət və rekreasiya xidmətlərini harada olsa, alacaqdır. Turizmin gücü də bundadır. Yəni bizim vətəndaşlarımız, sadəcə, istirahət üçün yayda qonşu ölkələrə üz tutduğu kimi, Naxçıvanın Duzdağında müalicə olunmaq istəyən, yaxud XII əsr memarlığının şah əsərlərindən olan Möminə xatın məqbərəsini öz gözləri ilə görmək istəyən müasir turistlər hansı yollarla olursa olsun, hökmən Naxçıvan marşrutunu seçəcəklər. Ona görə də bunun kimi onlarla, yüzlərlə sayda turizm ehtiyatlarımızı fəal turizm dövriyyəsinə cəlb edib potensialımızı reallaşdırmalıyıq. Daxili turizmə elə bir səviyyədə diqqət artırılmalıdır ki, o, beynəlxalq turizm sektorunun mövsümi durğunluğu, yaxud valyuta kurslarının dəyişilməsi kimi vəziyyətlərdə onu əvəz edə bilsin. Əgər sırf səyahətdən söhbət gedirsə, nəinki ölkəmizin başqa regionlarından Naxçıvana gələcək olan turistlərin, hətta muxtar respublikamızın öz səyahətsevərlərinin regionumuzun görməli yerləri ilə tanış olduğunu qətiyyətlə deyə bilmərik. Misal üçün, görəsən, nə qədər sayda tələbəmiz Gəmiqaya abidələri, Qarabağlar türbəsi, yaxud Batabat yaylağındakı Fərhad evi ilə tanışdır? “Muxtar respublikamızı tanıyırıq?” deyə, bir sorğu təşkil olunsa, neçə nəfər tam təəssüratla çıxış edə bilər. Təqribən, üç il əvvəl Bakıdan gəlmiş iki nəfər qonağımızı Duzdağa baxmağa dəvət edərkən bir neçə müəllim həmkarımız da bizə qoşuldu. Şaxtadan çıxarkən həmin qonaqlarla bərabər, müəllim yoldaşlarımdan biri də aldığı təəssüratdan öz təşəkkürünü bildirdi. Mən inanıram ki, belə bir ekskursiya marşrutu olsaydı, həmin 60 yaşlı naxçıvanlı müəllim yoldaşımız nə qədər işi-gücü olsa da, pulunu ödəyib Duzdağa baxmağa gedərdi. Turist marağı kəsb edən hər bir şəhərdə şəhəriçi, yaxud şəhərətrafı ekskursiyalar təşkil olunur. Ola bilsin ki, bu ekskursiyalar şagirdlər və tələbələr üçün pulsuz olsun. Ancaq yay fəsli yaxınlaşdıqca hər şənbə və bazar günləri təkcə Naxçıvan-Batabat marşrutu üzrə hərəkət edən fərdi avtomobillərin və mikroavtobusların sayı bəzən gün ərzində 500-dən yuxarı olur. Və burada da yaxşı sürücü, ərazini yaxşı tanıyan birisi, yəni bələdçi, yaxud insanlara qida servisi göstərəcək insanlar həmişə problem kimi qalır. Belə olduqda, yəni hər şeyin özünəxidmət olduğu halda, mənalı istirahətə vaxt qalmır. Amma halbuki daxili turizm marşurutu ilə gələn turistlərə xidmət xarici turistlərlə müqayisədə xeyli dərəcədə asandır.

Bu sahədə əcnəbi dil, valyutadəyişmə, milli adətlərə yabançılıq, geyim və davranış ziddiyyətləri kimi problemli məsələlər yoxdur. Həm də daxili turizmdə özünü sınamış xidmət müəssisəsi gələcəkdə əcnəbilərə xidmət zamanı daha təcrübəli olacaq. Onların xidmətindən istifadəyə ödənilən vəsait isə valyuta ehtiyatları kimi ölkəmizdə qalacaq.

 Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3271244
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
865
4121
9013
55890
3271244

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter