16 Noyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Asudə vaxtın təşkili formaları arasında təbiətlə birbaşa ünsiyyət halında aktiv səyahət və istirahət növü olan ekoturizm mühüm yer tutur. İnsanın təbiət gözəlliklərinə olan marağı planetin istənilən yerindəki qeyri-adi təbii resurslara doğru onu səyahətə çəkir.

Amma, əslində, turizmin bu növündə qeyri-adi heç nə yoxdur. Məhz hər bir insanın ürəyindəki torpağa məhəbbət hisləridir ki, onun üçün dağ çaylarının ağ örpəkli şəlaləsi dünyanın ən mahir rəssamının əsərindən də cazibədardır. Dağların yüksəkliklərindən göz işlədikcə ümman kimi üfüqlərə baxmaq, dağ yamaclarının nazəndə leylası bulaqların dirilik suyu hər dəfəsində insanı məst edir. Məhz belə təbiət gözəllikləri müasir ekoturizm həvəskarlarını özünə çəkən cazibə qüvvəsidir.
Ekoturizm və ümumiyyətlə, turizm bir yaradıcılıq sahəsidir desək, yanılmarıq. Bəzi insanlar yaradıcı­lığın sirrini yalnız incəsənət və buna yaxın sahələrdə axtarsalar da, amma, əslində, təbiət qədər ikinci bir bənzərsizliyə başqa yerdə rast gəlmək mümkün deyildir. Bu bənzərsizliyin kompozisiyasına uyğun olaraq yeni bir əsər ərsəyə gətirmək isə müasir tələbkar ekoturistə gözlədiyindən artıq heyrətləndirici resurslar və buna müvafiq xidmətlər təklif etmək bacarığıdır. Bu, əlbəttə ki, bir yaz günündə ailə üzvləri və dost-tanışlarla yaşıllığın qucağında gözəl bir süfrə açıb dincəlməklə bitmir. Düzdür, müasir ekoturların müxtəlif reseptləri vardır. Amma bir faktı hamı təsdiq edə bilər ki, təbiət qoynunda keçirilən günün ən yaddaqalan təəssüratı elə həmin gün rast gəldiyimiz qeyri-adi flora, fauna nümunəsi, yaxud unikal təbiət abidəsidir.

Məhz belə təəssüratı yada salanda səyahətlə keçən günlərin adi günlərdən nə ilə fərqləndiyini, onların nəyə görə daha yaddaqalan olduğunu deyə bilərik. Deməli, turizm səyahətlərinə yollanmağı sevdiyimiz kimi, dünyadakı turistləri də diyarımıza çəkən işləri ürəklə görmək lazımdır. Məhz bu sevginin gücü ilə təbiət abidələrimizi, tarixi-mədəni keçmişimizi dünya mirası nümunəsi kimi turistlərə tanıtmaq mümkündür. Doğrudan da, Naxçıvanda insanı heyrətə salacaq, həm də tək bir dəfə deyil, buraya təkrar-təkrar səyahət edən səyyahlarda hər dəfə yeni təəssüratlar yaradacaq çox sayda turizm ehtiyatları vardır. Bu ehtiyatlardan səmərəli istifadə yollarının axtarılması günün əsas vəzifəsidir. Çünki bizim də turizmin və xüsusən ekoturizmin inkişafından gözlədiklərimiz vardır.
Müasir turizmdə artıq belə bir tezis qəti olaraq qəbul olunmuşdur ki, bölgəyə səyahət edən turistlərin yalnız gəlir mənbəyi deyil, eyni zamanda ölkə haqqında informasiya ixrac edən xoşniyyətli elçilər olduğu unudulmamalıdır. Yəni bölgəyə gələn əcnəbi turistlərdən “mədəniyyət idxalı” əvəzinə onlara öz mədəniyyətimizi tanıtmaq bugünkü turizm strategiyasının əsasını təşkil etməlidir. Bu isə, ilk növbədə, ölkədaxili turizmin, bunun da mühüm növlərindən biri olan ekoturizmin inkişaf etdirilməsi, gənclərin və müxtəlif həssas sosial kateqoriyalardan olan digər insanların buna cəlb olunması ilə başlayır. İndi sübut olunmuşdur ki, məhz ekoturizm yolu ilə cəmiyyətdə mühüm dəyişikliklərə nail olmaq mümkündür. Çünki ekoturizm təbiəti sevməyin, ondan ilham almağın, mənəvi zənginləşməyin ən hamar yolu kimi öz təsdiqini tapmışdır. Bu gün zəif nəzarətdən və yaxud əhatəsindəki həmyaşıdlarının və lüzumsuz yad informasiya axınının təsirindən düzgün olmayan istiqamətdə formalaşan, xalqımızın tarixindən və qədim mədəniyyətindən məlumatlı olmadığı kimi, təbiətdən də uzaq düşmüş bəzi gənclərimizin fiziki və mənəvi tərbiyəsində muzeylərə və tarixi yerlərə təşkil olunan tur və ekskursiyalar kimi, ekoturizm kamplarının əhəmiyyətini də xüsusilə vurğulamaq lazımdır. Bəzi cavanlarımız Batabatın, Ağbulağın, yaxud Nəhəcirin yamacları boyunca birnəfəsə yürüş edəndən, dostları ilə narbənd ağacının kölgəsində süfrə açıb, baldırğan gözəsindən bir ovuc su içəndən sonra, görəsən, onların qolunu bükən tapılarmı? Lüks həyata öyrəşmiş bu gənclərə təbii qüvvələri dəf etməyi öyrədən, onları təbiətə yaxınlaşdırıb, yurd sevgisi hislərini dərinləşdirən tur və ekskursiyalar kütləvi hala gəldiyi zaman artıq boş vaxtını internetdə “əridənlərin” sayı da, şübhəsiz, azalacaqdır. Ona görə də cəmiyyətimizdə kütləvi idmanla bərabər, ekoturizmi də insanların asudə vaxtının səmərəli təşkili, gənc­lərin sağlam böyüməsinin mühüm vasitəsi kimi istifadə olunmasını həm sağlamlıq, həm də tərbiyəedici vasitə kimi tətbiq etmək mühüm əhəmiyyət daşıyır.

Naxçıvanda bu istiqamətdə də həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir.

Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3278081
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10
3513
15850
62727
3278081

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter