24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu gün doğma Naxçıvanın ən çox sevilən məkanlarından biri Ağbulaq kəndidir. Bu məkanda Tanrı dağların hər dərəsini, hər zirvəsini elə yaradıb ki, sanki bu dağ kəndi möhtəşəm qalanı xatırladır.
Bizi əhatə edən dağların, məğrur, başı dik qayaların, zümrüd meşələrin, diş göynədən buz bulaqların, abı-havası şəfa verən yaylaqların əhatəsində yerləşən kənddə ən çox üz tutulan ünvanlardan biri Ağbulaq İstirahət Mərkəzidir. Zəngin və gözəl təbiəti hamını valeh etdiyi kimi, buradakı mükəmməl şərait insanda həm də xoş təəssüratlar yaradır. Məlumat üçün bildirək ki, Ağbulaq muxtar respublikada kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsidir. Üç yaşayış korpusundan və bir yeməkxana binasından ibarət olan mərkəz iki ildir, istifadəyə verilmişdir. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ağbulaq kəndində istirahət mərkəzinin yaradılması təsadüfi deyil. Hələ keçmiş Sovetlər Birliyi dövründə bu kənddə məktəblilərin yay düşərgələri təşkil olunurdu. Bu, o dövrdə həyata keçirilən mühüm tədbirlərdən biri idi. Bu gün müstəqil Azərbaycanda da xidmət sahələrinin inkişafına, yeni istirahət komplekslərinin tikilməsinə və turizm infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolun dövlət başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişafa nail olunmuş, sabitlik təmin edilmişdir. Bütün bunlar ölkə­mizdə yay və qış turizminin inkişafını daha da sürətləndirir. Ağbulaq İstirahət Mərkəzində də yay və qış turizminin inkişafı üçün əlverişli şərait vardır”.

Bəli, muxtar respublikamızın zəngin kənd və sağlamlıq-müalicə turizm potensialı olan yaşayış məntəqələrində belə müasir infrastrukturun yaradılması turizm sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Mərkəzdə gənc­lərin yay düşərgələrinin təşkili ənənə halını alıb. Bu il də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın fəal və idmançı gənc­lərinin 7 günlük istirahət düşərgəsi təşkil edilib. Biz də fürsətdən istifadə edib mərkəzdə həmin gənclərlə həmsöhbət olduq, təəssüratlarını öyrəndik.

Əhalinin sıx yaşadığı yerlərin istənilən baxımdan sağlam həyat prinsiplərinə uyğun olmamasını istər məntiqi, istərsə təcrübi yolla fəhm etmək çətin deyil. Bir çox hallarda bu amil ekoloji problemlərin təkanvericisinə çevrilir. Ağbulaq İstirahət Mərkəzinə təşrif buyuran gənclərin hamısı bu fikirdədir.
“Buna qədər bir çox istirahət mərkəzlərində dincəlmişəm.Ağbulaq İstirahət Mərkəzində isə ilk dəfədir ki, oluram. Düşünürəm ki, bura Naxçıvanın ən gözəl guşələrindən biridir. Yaradılan yüksək şəraitdən və göstərilən xidmətdən gənc­lər olduqca razıdırlar. Onu da qeyd edim ki, burada muxtar respublikanın fəal gənc­ləri ilə tanış olduq”. Bu fikirlər istirahət mərkəzində dincələn Elvira İsgəndər­ovaya məxsusdur.
“Bakı-2015” birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyevi dinləyək: “Ötən il də Ağbulaqda olmuşdum. İstirahət mərkəzində yaradılan şərait ürəyimcədir. Bir neçə günlük istirahətimiz əla keçdi. Burada müxtəlif intellektual oyunlar oynamaqla yanaşı, həm də fərqli mövzularda keçirilən seminarlarda iştirak etdik, Şahbuz rayonu ərazisindəki tarixi yerlərdə olduq. Ağbulaq İstirahət Mərkəzində eyni zamanda məşqlərimi də davam etdirdim”.
Naxçıvan Dövlət Universitetinin tələbəsi Samir Şəkərəliyev də eyni fikirdədir: “Burda istirahətimiz mükəmməl təşkil olunub. Daha çox bəyəndiyim futbol və voleybol oynamaqdır”.
“Naxçıvan” Universitetinin tələbəsi Nərmin Muradlı və Naxçıvan Dövlət Universitetinin tələbəsi Fahimə Məmmədova isə bu cür kollektiv istirahətlərdə daha çox dost qazandıqlarını bildirdilər: “Ağbulaq İstirahət Mərkəzinin rəhbərliyi, həmçinin təşkilatçılar biz gənclərin asudə vaxtlarının daha səmərəli keçməsi üçün hər cür şərait yaratmışdılar. Burda müxtəlif oyunlar oynamaqla yanaşı, Azərbaycan bədii filmlərinə də baxdıq. Bu cür kollektiv istirahətlərdə biz gənclər əhatəmizdə olan digər həmyaşıdlarımızla yaxın münasibət qururuq”.
Mərkəzdə olduğumuz gün ərzində bizi daha çox cəlb edən məqam gənclərin futbol oynaması oldu. Biz də oyunu izlədik və bir tamaşaçı kimi zövq aldıq.
Ağbulaq İstirahət Mərkəzinin icraçı direktoru Novruz Novruzov mərkəzlə bizi tanış edərkən vurğuladı ki, burada bütün işlər plan üzrə gedir və gənclərin vaxtlarını səmərəli keçirmələri üçün ən kiçik detallar belə nəzərə alınıb.
Ağbulaq İstirahət Mərkəzinə səfər bir nəticəni ümumiləşdirdi: gənclik bir ölkənin dəyəridir, gənclik sevgidir, gənclik bir millət haqqında bir ölkədə yaradılan imicdir. Gənc­liyə diqqət yetirənlər isə hər zaman tarixdə qalanlardır.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3060263
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3196
4261
3196
111594
3060263

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter