22 Sentyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Müasir turizm, hər şeydən əvvəl, səyahətsevərlərin asudə vaxtının mənalı keçirilməsi, daha ucuz qiymətlərlə daha çox rekreasiya xidmətlərindən istifadə olunması və əhalinin bütün təbəqələrinin turizmə cəlb edilməsi tezisləri ilə xarakterizə olunur. Aktiv səyahətlər sonunda müxtəlif turlarda iştirak edən turistlər bu yolla ziyarət etdikləri məkanlardan aldıqları təəssüratlarla, bir növ, özünümükafatı da təmin etmiş olurlar. Belə ki, səyahətə çıxdıqda təbiətlə birbaşa ünsiyyət, tarixi zənginliklərlə canlı tanışlıq və qonaqpərvərliklə qarşılanmaqdan alınan mənəvi zövq bu tələbatın insanın özü tərəfindən ödənilməsinə imkan yaradır. Bu baxımdan Şahbuz rayonu ideal məkanlardan biridir. Bu füsunkar bölgəmizdə mövcud olan turizm ehtiyatlarının cazibə gücünə və rayonun müasir inkişaf mənzərəsinə baxdıqda buradakı hər bir turistdə lazımi emosiyanı yarada biləcək mənbələri görmək olar. Şahbuza, onun kəndlərinə gələn qonaqlar üçün ekoturizm, kənd-yaşıl, tibbi-sağlamlıq, fotoovçuluq, kamp, habelə mədəni-tanışlıq turizmi üçün yaxşı imkanlar vardır.

Şahbuza bir bələdçi gözü ilə nəzər salaq: Şahbuz Naxçıvan Muxtar Respublikasının şimalında, dağlıq və dağətəyi ərazidə yerləşir. Rayonun, demək olar ki, bütün ərazisi bol sulu olub, iti axan dağ çayları və füsunkar təbii yaşıllıqlarla əhatələnmişdir. Havası çox təmiz və yayda sərin, qışda mülayimdir. Rayonda bir şəhər, bir qəsəbə və 23 kənd vardır. Şahbuz şəhəri və Badamlı qəsəbəsi ilə yanaşı, Kolanı, Kükü, Biçənək, Badamlı, Külüs kəndləri rayonun iri yaşayış məntəqələrindəndir. Bütün kəndlər müasir yol və digər sosial infrastruktur şəraiti ilə təmin olunmuşdur. Şahbuzu üzük qaşı kimi dövrəyə alan sıra dağların Salvartı, Küküdağ, Keçəldağ kimi hündürlüyü 3 min metrdən yüksək olan zirvələri vardır. Yaşıl libaslı məşhur Batabat meşəsi və gözəl mənzərəli Biçənək dağ aşırımı da Şahbuzdadır. Bu rayon özünün mineral bulaqları və müalicəvi dərman bitkiləri ilə təkcə ölkəmizdə deyil, bütün Cənubi Qafqaz regionunda yaxşı tanınır. Dərələyəz silsiləsinin cənub yamacları, Küküdağ, Qanlıgöl və Batabatda rast gəlinən çox sayda nadir bitki, kol və ağac nümunələri özünün müalicəvi xüsusiyyətləri ilə hələ on illər öncəsindən ölkəmizdə və xaricdə yaxşı tanınıb. Şahbuzda geniş panoramalı dağlıq relyef, atmosferin təmizliyi və diqqətlə qorunan biomüxtəliflik burada fotoovçuluğun, elmi-müşahidə turizminin və ekoturizmin müxtəlif növləri üçün geniş imkanlar açır.

Bütün bunlar və yaradılmış müasir turizm infrastrukturu əsasında Şahbuz rayonuna gəlmiş turistlərin mənalı istirahəti üçün müxtəlif istiqamətlərdə turlar təşkil etmək mümkündür. Çox geniş yayılmış kənd turizmi üçün rayonun bütün kənd­lərində müasir tələblərə çata bilən normal şərait vardır. Mövcud sosial infrastruktur, əhalinin həyat səviyyəsinin və məşğulluğunun yüksəlməsi nəticəsində komfortlu həyat tərzinə keçid də sürətlənir ki, bu da, xüsusən isti yay günlərində öz tətilini sərin-səfalı Şahbuz kəndlərində keçirmək istəyənlərin sayını artırır. İndi çoxumuz uzaq məsafələrə səyahət edən turistlərə təklif olunan bəzi xidmətlərin, xüsusən nəqliyyat xidmətinin qiymətlərindən gileylənsək də, bir faktı da göstərək ki, hazırda xaricə səfər edən iki nəfərin bir həftəlik istirahəti qiymətinə çox da uzağa getmədən, Şahbuz kəndlərinin birindəki müasir evlərdə yerləşməklə dörd nəfərlik bir ailənin az qala bir ay müddətində istirahət etməsi mümkündür. Üstəgəl, istirahət üçün kəndə gəlmiş uşaqları yeni dostlar, təbiətin qucağında əyləncələr, bol meyvə və bir də kəndin nağıl kimi təsərrüfat həyatı ilə tanışlıq gözləyir.
Şahbuzda turizm deyərkən səyahətsevərlərin yadına ilk olaraq Batabat yaylağı, onun ətraf gözəllikləri düşür. Ancaq gəlin tələsmədən, bir az geri qayıdıb hələ Naxçıvan şəhərindən başlayan yolumuza bir də nəzər salaq. Şahbuza gələrkən Heydər Əliyev Su Anbarına çatar-çatmaz Salvartının zirvəsindən üzüaşağı heyrətamiz bir mənzərə açılır. Bir yandan da yayın bu istisində hamar asfaltla sürətlə irəliləyən avtomobilin şüşəsindən içəri dolan sərin dağ havası şəhərdəki istini bircə anda unutdurur. Məhz bundan sonra su anbarının ətrafındakı kölgəliklərdə balıq tutub istirahət etmək, yaxud Batabat yolu üzərindəki müasir İşgəsu restoranında ləzzətli təamlardan dadmaq mümkündür. Şahbuzda zaman çox sürətlə keçəcək. Çünki ətrafınızda görməli yerlərlə tanış olmaq istəyən çox sayda digər dost-tanışlarınız da mütləq olacaqdır.
Şahbuz şəhərindən rayonun müxtəlif istiqamətlərindəki marşrutlar üzrə yola çıxdıqda turistləri çox sayda qeyri-adi mənzərələr və zənginliklərlə tanış etmək mümkündür. Adi sərnişin kimi indi Şahbuzdan rayonun böyük kəndlərindən biri olan Küküyə qədər cəmisi 12 kilometr məsafəni lüks avtomobillə 15-20 dəqiqəyə getmək mümkündür. Ancaq bu istiqamətdə tanışlıq məqsədilə təkcə yolboyu səyahətimiz bir neçə saat da çəkə bilər. Misal üçün, Şahbuz şəhərindəki təmiz və səliqəli mehmanxanada gecələyib səhər sübhdən bu istiqamətdə yola çıxsaq, Qızıl Qışlağa çatmamış asfaltın lap kənarından axan iti çaydan su içməyə enmiş vəhşi dağ keçilərinin ürkək baxışlarına nə qədər desən tamaşa etməyə dəyər. Əgər üzərinizdə fotoaparat da varsa, buradan çəkə biləcəyiniz kadrlar səyahətdən qayıdanda sosial şəbəkədəki dostlarınız üçün ən heyrətamiz sürpriz, Şahbuza edilmiş səyahətdən sonra ən yaddaqalan təəssüratlardan biri olacaqdır. Bir çıqqıltıdan sonra dağ keçilərinin ildırım sürətilə yoxuşlanıb yox olduğu qayalıqlardan pırıltı ilə qalxan kəkliklərin qaqqıltısı isə bu günə qədər eşidilməmiş bir nəğmə kimi uzun müddət qulaqlarınızda səslənəcəkdir. Xülasə, belə gözəl etüdlərlə Şahbuzun Qızıl Qışlaq-Kükü, Batabat, Badamlı, Külüs-Keçili, Ağbulaq-Gömür, Nursu istiqamətlərində də bir-birindən bənzərsiz təbiət gözəllikləri, unikal fauna və flora nümunələri ilə turistləri heyrətləndirmək mümkündür.
Muxtar respublikamızda müasir turizm infrastrukturu yaradılması baxımından Şahbuzdakı Ağbulaq İstirahət Mərkəzini xüsusilə qeyd etmək lazımdır. Bu mərkəzin əhəmiyyətini təkcə burada təklif olunan rekreasiya xidmətləri ilə məhdudlaşdırmaq düzgün olmazdı. Artıq neçə ildir ki, fəaliyyətdə olan Ağbulaq İstirahət Mərkəzi muxtar respublikada həyata keçirilən sosial layihələrin də bir mərkəzi halına gəlmişdir. Belə ki, mərkəzin yaradılmasını təkcə Ağbulaq və Gömür kəndlərinin əhalisinin təsərrüfatı, gənclərin məşğulluğu baxımından deyil, həm də ilin müxtəlif fəsillərində öz asudə vaxtını səmərəli keçirən məktəbli gənclərin ekoloji tərbiyəsi və müxtəlif həssas əhali qruplarının zəruri tələbatlarının ödənilməsi baxımından da uğurlu layihə saymaq olar.
Beləliklə, Şahbuza gələn turistlərə hələ Batabata çatmadan günlərlə sürəcək elə bir maraqlı tur kompozisiyaları təklif etmək mümkündür ki, bununla onlar dünyanın cənnət yerini heç uzaqda deyil, Naxçıvanın özündə axtarmalı olduqlarına bir daha inansınlar.

 Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3049427
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
619
4569
26659
100758
3049427

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter