25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Tarix boyu sivilizasiyaların bir-birinə qarşı rəqabətinin nəticəsi özünün mədəni inkişaf göstəriciləri olan maddi və qeyri-maddi mədəniyyət nümunələrində dövrümüzə qədər gəlib çatmışdır. Elminə dərin hörmət etdiyimiz tarixçilərimizə istinadən deyə bilərik ki, minillər boyu bəşəriyyəti tərəqqiyə aparan güc yalnız yüksək mədəniyyətə qovuşmaq üçün çəkilən zəhmət, yaradıcılıq və axtarışlarla keçən insan ömrü olmuşdur. Məhz bu insanlar hər cür əziyyətə qatlaşaraq illər boyu daşı daş üstə qoymuş, gördüyü hər işdə elm axtarmış, bəzən də tarixin ədalətsizliklərinə sinə gərib səbirlə yoluna davam etmişlər.

Qədim Azərbaycan tarixinin hər səhifəsində öz izlərini qoruyub saxlamış Naxçıvan da dünya mədəniyyətinə elə bir miras qazandırmışdır ki, onun təbliği üçün indi qarşımızda çox əlverişli fürsətlər yaranmışdır. Düzdür, ölkəmizin və muxtar respublikamızın hərtərəfli inkişafına qısqanclıqla yanaşıb ona yaraşmayan don geydirmək istəyən qüvvələr olsa da, ancaq sayı getdikcə çoxalan dostlarımız sayəsində indi təkcə Naxçıvanımız haqqında bir turist deyil, səmimi bir qonaq kimi ürəkdolusu danışan səyahətçilərin sayı minlərlə, on minlərlədir. Turizmin də mədəniyyətlərarası bir körpü, həm də çox etibarlı bir dialoq vasitəsi olduğuna inandığımız üçün bu təəssüratların gələcəkdə daha geniş və böyük təsiretmə gücünə malik olacağına da şübhəmiz yoxdur. Naxçıvan elə yerdir ki, ona yaradıcı gözlə baxmaq, onun haqqında yazmaq, ürəkdən gələn fikir söyləmək başqasının kəlmələrini köçürməyi özünə vərdiş etmiş üç-beş nəfərdən başqa heç kim üçün çətin iş deyil.

Mədəniyyət və turizm

Mədəniyyətin cəmiyyəti formalaşdırmaq, onu idarə etmək, habelə insanı elmin zirvəsinə doğru çətin yollara çıxmağa vadar etmək kimi gücü yaxşı məlumdur. Ölməz mütəfəkkir şairimiz Hüseyn Cavid xalqların qəflət yuxusundan oyanıb, dünya arenasında öz yerini tuta bilməsi üçün bir vaxtlar “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..” yazırdı. Bu fikir ötən əsrin 90-cı illərindən bəri populyar olan Qərb politoloqu S.Hantinqton tərəfindən ortaya atılmış “Dünyada mədəniyyətlər mübarizəsi” tezisindən yarım əsr əvvəl söylənilmişdi. Doğru­dan da, mədəniyyətə qovuşmaq üçün qılınc və tüfəngin artıq heç bir nəticə vermədiyini, bunun üçün insanların cəmiyyətin aydınlarının işığında mədəniyyət zirvəsinə ucalmağın tək yol olduğu artıq heç kimdə şübhə yaratmır.
Mədəniyyət çox geniş məfhumdur və o bir çoxlarının tək mədəniyyət sahəsi kimi bildiyi incəsənətdən tutmuş ictimai həyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Məktəbdə və universitetdə təhsil mədəniyyəti, tibb-sağlamlıq obyektlərində səhiyyə mədəniyyəti, restoranda yemək mədəniyyəti, sükan arxasında və səkidə yol mədəniyyəti, camaat arasında və evdə geyim və davranış mədəniyyəti, çıxış zamanı nitq mədəniyyəti, bilet alarkən növbəyə durmaq mədəniyyəti və sair. Bəri başdan deyim ki, dəyərli oxucularımızın öz düşüncələrinə görə bu fikirləri təqdir və ya təkzib edə biləcəyini bir düşüncə mədəniyyəti kimi qəbul edirik. Yəni bir gün şəhərdə hər gün rastlaşıb, hal-əhval tutduğumuz dostlarımız əlavə edib desələr ki, mədəniyyət həm də qonaq qarşılamaq, alış-verişdə istehlak mədəniyyəti və yaxud avtobusda böyüklərə yer vermək mədəniyyətidir, heç etirazımız olmayacaq. Xülasə, insan elə bir varlıqdır ki, özünün maddi durumuna və mənəvi zənginliyinə görə ona hər cür mədəni libas yaraşır. Yetər ki, bu libası tikib ona zamanın tələbinə görə naxış vura biləsən. Yəni, yaxşı mənada, qonşudan dala qalmamaq üçün edilən müsbət nə varsa, hamısı hər bir insanın özünə, ailəsinə və yaşadığı cəmiyyətin mədəni inkişafına verdiyi töhfədir. Bütün bunların bir mədəniyyətlərarası dialoq körpüsü olan turizm vasitəsilə dünya ilə paylaşılması isə “mədəniyyət və turizm” formulunun bir-birini nə qədər tamamladığını bir daha sübut edir.

Turizm və mədəniyyət

Bəzən oturub fikirləşəndə bəzi sadə sualların cavabı saatlarca vaxt aparır. Əslində, bunları sadə adlandırmamaq da mümkündür. Azərbaycan mədəniyyəti bütün dünyanı fəth etdiyi, xalqımız öz tolerantlığına görə aləmə nümunə olduğu halda, nəyə görə bəzi üzdəniraqlar bunun əksini iddia etməklə ölkəmizə səyahət etməyi riskli sayırlar. Doğru­dur, ola bilsin ki, bədnam qonşu Ermənistanın təcavüzkar hərəkətləri bütün Cənubi Qafqaz regionu üçün bir mənfi imic formalaşdırıb. Ancaq dünyada sağlam düşüncəli, mədəniyyət hərisi olan milyonlarla səyahətçi insan vardır ki, onlar hansı təhlükə olsa da, həmin yerə baş çəkməyə, bu mədəniyyəti yaradan insanlarla canlı ünsiyyətdə olmağa çoxdan qərar vermişlər. Belə turistlərin gözlədiyi təəssürat isə onların əhatəsindəki bütün insanlar üçün çox dəyərlidir. Axı mədəniyyət bölüşdükcə daha da genişlənən bir məfhumdur. Buna görə də müasir mədəniyyətimizi dünya ilə paylaşmaq üçün gəlmə turizmin bütün növlərindən istifadə olunması üçün hər il, hər turizm mövsümü yeni yaradıcı yollar axtarılması, ölkəmizin, muxtar respublikamızın turizm ehtiyatlarının, mövcud turizm potensialımızın hərəkətə gətirilməsi tələb olunur. Çünki hər gələn qonağın, hər xarici turistin öz ölkəsinə apardığı təəssürat indi bizə daha çox lazımdır.
Qədim Naxçıvan özünün 5 min­illik şəhərsalma tarixi ilə mühüm mədəniyyətlər qovşağında yerləşir. “Şərq-Qərb dialoqu” mövzusunda keçmişdən indiyə qədər aparılan çox sayda tarixi araşdırmalarda “Naxçıvan” kəlməsinin keçmədiyi əsər tapmaq, demək olar ki, qeyri-mümkündür. Bu torpaq həmişə səyyahların, fatehlərin diqqət mərkəzində olub. İnsan çox zaman düşünür ki, tarixə iz salmış böyük bir sivilizasiyanın mədəniyyəti bəzən kiçik bir qalanın sirlərində gizli saxlandığı kimi, bu regionun tarixi də elə Naxçıvanın tarixində yazılıb. Naxçıvan torpağı xalqımızın qəhrəmanlığı ilə yazılmış çətin, keşməkeşli tarixə sahibdir. İndi dünyanın ən təmiz, sakit və tərəqqi edən bir diyarı olsa da, yüzillər boyu Naxçıvan savaşan orduların döyüş meydanı olmuşdur. Müasir dövrdə isə texnoloji inkişaf dövrünü yaşayan Qərbin insan mənəviyyatı, onun sağlam gələcəyi sarıdan düşdüyü böhran dövründə blokadada yaşayan bir muxtar respublikada insana verilən dəyər mövzusu ən yeni tariximizin ən maraqlı fəslidir. Bu gün muxtar respublikamıza səyahət edən sanballı turistlər öz vətənlərinə geri qayıdanda nə qədər iş-gücləri olsa da, Naxçıvan təəssüratlarını dünya ilə paylaşmaq üçün vaxt tapırlar. Qəzet və internet səhifələrində belə təəssüratları oxuduqca milli mədəniyyətimizin bütün saflığı ilə Naxçıvanda qorunub saxlandığının qürurunu yaşayırıq. Belə bir şəffaf payız günündə Naxçıvana gəlmiş qonaqların sirli bir daş kitabənin önündə dayanıb dəqiqələrcə tamaşa edirmiş kimi elə hava limanındaca ətrafın seyrinə donub qaldığına azmı şahid olmuşuq? Qonağımızın bundan sonrakı təəssüratlarını daha da dolğunlaşdırmaq üçün bu andan sonra qarşımızda nə qədər desən imkan var. Əgər turizmçi kimi işimizdə peşəkarıqsa, onda qonaqları tələm-tələsik kababxanaya aparmamalı, onları bu diyarda tarixlə müasirliyin qovuşduğu, gəncliyin coşub-daşdığı, torpağın barından ağacların baş əydiyi... məkanlarla tanış etməliyik. Çindən Bağdada qədər Asiyanın yarısını fəth etmiş Teymurun fəth edə bilmədiyi sirli qalanın ətrafındakı insan əli möcüzələri bu gün peşəkar təqdimatını gözləyir. Qoy turistlərimiz bilsinlər ki, qədim dünyanın sirlərini özündə saxlayan Naxçıvanda bu gün də tarix yazılır. Bu salnamənin canlı şahidi olub keçmişə diqqət və gələcəyə qayğı, rəhbərə sədaqət və qanunlara hörmət, təbiətə sevgi və insana məhəbbət kimi ülvi hislərlə zənginləşmək üçün ilin istənilən fəslində Naxçıvana səfər etməyə dəyər. Bu qonaqpərvər torpaqda qapımız hamının üzünə açıqdır.

Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3065967
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4573
4327
8900
117298
3065967

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter