22 Sentyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Turist mar­şrutuna tələblər və marşrutun hazırlanma qaydası” mövzusunda muxtar respublikamızın ali məktəblərində turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova turizmin əhəmiyyətindən danışmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı vardır. 250-dən çox mineral və müalicə əhəmiyyətli su mənbələrinin mövcudluğu, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti Naxçıvanda turizmin inkişafı üçün geniş perspektivlər açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizm sahəsinin inkişafına da təsir etmiş, muxtar respublikaya gələn turistlərin sayı xeyli artmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Gülbuta Babayeva “Naxçıvan Muxtar Respublikasının turizm imkanları və turizm sahəsində dövlət standartları”, nazirliyin daxili turizmin inkişafı üzrə baş məsləhətçisi Əkbər Novruzov “Turist marşrutuna tələblər və marşrutun hazır­lanma qaydası” mövzusunda çıxış etmişlər.
Bildirilmişdir ki, turist marşrutları hazırlanmazdan əvvəl bir çox faktor nəzərə alınmalıdır. Turistlərin rahatlığı və təhlükəsizliyi diqqətdə saxlanılmalıdır. Destinasiya nöqtəsi elə həssaslıqla seçilməlidir ki, turistlər bura çatanda bu marşrutu seçməkdə yanıldıqlarını düşünməsinlər və gəldikləri ünvandan xoş təəssüratla ayrılsınlar.
Sonra tələbələrin sualları cavablandırılmış, “Nuh yurdu Naxçıvan” filminə baxış olmuşdur.
Tədbirə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova yekun vurmuşdur.

 Nərgiz İsmayılova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3049428
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
620
4569
26660
100759
3049428

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter