13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Turizm sahəsində yüksək nəticələr əldə etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm heç də təkcə zəngin ehtiyatlar hesabına öz-özünə inkişaf edən bir sahə deyildir. Əksinə, turizm hər kəsdən öz töhfəsini gözlədiyi çox həssas bir münasibətlər sistemidir. Buna görə də hər bir regiondakı turizm-rekreasiya kompleksinə ixtisaslaşmış bir sahə kimi yanaşma tələb olunur ki, bu da turizm sahəsində dərin bilik, bacarıq və yüksək məsuliyyət tələb edir.

Müasir dövrdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı öz spesifikası ilə seçilir. Təqribən, on beş-iyirmi il öncəsinə nəzər saldıqda muxtar respublikada mövcud olan turizm ehtiyatlarının, demək olar ki, istifadədən kənarda qalması müşahidə olunurdusa, hazır­da Naxçıvana səyahət edən turistlər üçün çox geniş məzmunlu rekreasiya-tanışlıq imkanları yaradan bir şərait vardır. Turizmin cəmiyyətin ümumi inkişafı ilə ahəngdar olduğunu nəzərə alsaq, son iyirmi il ərzində Naxçıvan Muxtar Respublikasında turizm sahəsində əldə olunan nailiyyətlər bu baxımdan diqqəti cəlb edir. İndi artıq həm muxtar respublikaya xaricdən və ölkəmizin digər yerlərindən turistlərin gəlməsinə, həm də naxçıvanlıların öz istirahətini mənalı keçirmək üçün istədiyi turizm mərkəzinə səyahət etməsinə adi hal kimi baxsaq da, ötən dövr ərzində görülmüş bütün işlər bunun heç də sadə yolla başa gəlmədiyini göstərir.

Ötən dövrdə Naxçıvanda gəlmə turizmin inkişafı üçün mövcud turizm ehtiyatlarının potensialından istifadəyə imkan verən turizm infrastrukturunun yaradılması çoxpilləli və mərhələli keçən bir proses olmuşdur. Muxtar respublikada sosial-mədəni şəraitin, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, müasir komfortlu istirahət mərkəzlərinin yaradılması, bütövlükdə, həyata keçirilən müasir quruculuq və abadlıq işlərinin tərkib hissəsi kimi indi öz əhəmiyyətini açıq göstərməkdədir. Bütün bunlar isə dövlətimizin regional inkişafa və qeyri-neft sektoruna göstərdiyi diqqətlə mümkün olmuşdur. Naxçıvan ildən-ilə abadlaşıb gözəlləşdikcə buraya səyahət edənlərin də sayı artmaqdadır. Söz yox ki, bu, Şərqlə Qərbin qovşağında yerləşən Naxçıvanın inkişafını, Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaq üçün yaxşı fürsətdir. Bu fürsət isə yaxın keçmişdə olmamış, əksinə, sovet hakimiyyəti dövründə sərhədyanı bir bölgə kimi Naxçıvan Muxtar Respublikasına xarici turistlərin səyahətləri məhdudlaşdırılmışdı. Halbuki turizmin sirlərinə bələd olanlar təsdiq edə bilər ki, Naxçıvan Muxtar Respublikası ümumi halda özünün bütün turizm potensialı ilə turistlərə həm zəngin rekreasiya, həm də mənəvi zənginlik təəssüratı vəd edən nadir bölgələrdən biridir. Çünki buradakı təbiət möcüzələri sanki ahəng qanununa tabe olmuş kimi bir-birini tamamlamaqda, dərin məzmuna malik olan mədəni ehtiyatlar milli qonaqpərvərlik elementlərilə bitkinlik təşkil etməkdədir. Hazırda Naxçıvanda müasir turizmin mühüm şərtlərindən biri olan təhlükəsizlik və rahat səyahət şərtləri ən yüksək dərəcədə təmin olunmaqdadır. Qeyd etmək lazımdır ki, sonuncu faktor hazırda bütün turistləri səyahət etdikləri yerlərdə daha çox düşündürən məsələlərdəndir. Naxçıvana səyahət edən turistlər isə burada onları tam asayiş, gülərüz otel personalı, sakit, qayda-qanunlu şəhər, nümunəvi taksi və dürüst ticarət xidmətləri gözlədiyindən tam əmindirlər.
Müasir Naxçıvan kəndlərində yaradılmış unikal şərait – rahat yol, müasir infrastruktur obyektləri, hər şeydən əvvəl, burada kənd turizminin inkişafı üçün əlverişli imkanlar yaradır. Muxtar respublikamızda özəl sektora verilən dəstək xidmət sektorunda yerli əhalinin iştirakına, burada yeni sahələrin inkişaf etdirilməsinə geniş imkanlar açır. Bu baxımdan Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzini xüsusilə qeyd etmək lazımdır. Bu mərkəz təkcə burada təklif olunan rekreasiya xidmətləri ilə məhdudlaşmayıb, muxtar respublikada həyata keçirilən sosial layihələrin də bir mərkəzi halına gəlmişdir. Mərkəz ilin müxtəlif fəsillərində burada öz asudə vaxtını səmərəli keçirən məktəbli gənclərin ekoloji tərbiyəsi və müxtəlif həssas əhali qruplarının zəruri tələbatlarının ödənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, Şahbuz, Ordubad və Culfanın geniş panoramalı dağlıq relyefi, atmosferin təmizliyi və diqqətlə qorunan biomüxtəliflik burada eko­turizmin müxtəlif növləri üçün geniş imkanlar açır.
Turizm sülh və sabitlik şəraitində inkişaf edən, həm də iqtisadiyyatın bir çox sahələrini inkişaf etdirən, ölkəni tanıdan güclü bir stimuldur. Turizmin bu funksiyası, ilk olaraq, onun ölkə və region iqtisadiyyatına və cəmiyyətin humanitar inkişafına verdiyi töhfələrdən ibarətdir. Başqa sözlə, bizə səyahət edən turistlər eyni zamanda ölkəmiz haqqında informasiya ixrac edən xoşməramlı elçilərdir. Bu baxımdan hazırda öz mədəniyyətimizi tanıtmaq turizm strategiyamızın da əsasını təşkil edir. Bu gün Naxçıvan dövlət başçılarının zirvə toplantısı keçirilən bir mərkəz halına gəlmiş və 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur. Artıq muxtar respublikamıza daha zəngin ölkələrdən turistlərin gətirilməsi, turizmin sosial gücü daha ağır olan növlərindən istifadə olunması zərurəti yaranmışdır. Bu baxımdan Naxçıvan Duzdağında təşkil olunan müalicə turizmi özünün rekreasiya və müalicə əhəmiyyətinə görə bu coğrafiyada analoquna az rast gəlinən bir yerdir. Burada pulsuz müalicə alan Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, 2012-ci ildən başlayaraq Gürcüstandan da gələn uşaqlar üçün eyni şəraitin yaradılması beynəlxalq turizm üçün tutarlı bir nümunədir. Ölkəmiz inkişaf edib iqtisadi imkanları artdıqca onun beynəlxalq aləmdə imicini möhkəmləndirən belə layihələrin də icrası imkanları genişlənir. Bu isə, ilk növbədə, turizm və digər sosial-mədəni sahələrdə həyata keçirilən işlərin keyfiyyəti ilə əlaqədardır.
Cəmiyyətin inkişafı ilə müxtəlif sahələrdə, o cümlədən turizm-rekreasiya kompleksində özünü göstərən bu keyfiyyət amili sahənin kadr təminatı olmadan mümkün deyildir. Təcrübə göstərir ki, turizm sahəsində keyfiyyətli kadr hazırlığı bu baxımdan daha aktualdır. Çünki insanlara canlı xidmət göstərilməsi, turizmin dövlət tənzimlənməsi ilə yanaşı, dünyada ciddi tələblər qoyulan peşəkar qonaqpərvərlik şərtlərinə əməl olunması məhz bu sahə üzrə mütəxəssis olanların işidir. Bu baxımdan Naxçıvanda Turizm və otelçilik ixtisası üzrə ali təhsilli kadrların hazırlanmasına göstərilən diqqət son on il ərzində öz bəhrəsini vermişdir. Bütün bunlar gələcəkdə Naxçıvanda turizm sənayesinin tam olaraq peşəkarlara həvalə olunması üçün etibarlı zəmin yaradır. İndi daha iyirmi il əvvəlkindən fərqli olaraq Naxçıvana gəlmiş turistləri peşəkarcasına qarşılayıb zəngin təəssüratla yola salmağı bacaran bir potensialdan danışmaq olar.
Muxtar respublika ərazisindəki komfortlu otellərdə yerləşən turistlərə yüksək səviyyəli xidmətlər təklif olunur. Hazırda muxtar respublikada müxtəlif tutumlu 20-dən artıq mehmanxana vardır. Birdəfəlik tutumu 1500 nəfərdən çox olan bu mehmanxanalarda qonaqların rahat gecələməsi, burada işgüzar görüşlər keçirməsi, restoranlarımızda hazırlanan ləziz milli yeməklərdən dadması mümkündür. Naxçıvanın “Duzdağ”, “Təbriz”, “Qrand”, “Avtovağzal” otellərində qalan turistlər buradakı xidmətlərdən, göstərilən qonaqpərvərlikdən razılıq edirlər.

Beləcə, çox qısa bir müddətdən sonra dünya mədəniyyətində dərin izlər qoymuş Naxçıvanın turizm yolu ilə tanınması və təbliği üçün qarşımızda çox əlverişli fürsətlər yaranmışdır. İndi Naxçıvana hər il səyahət edən 400 min nəfərdən çox turist buraya gəlişində müasirliklə keçmişin uğurlu sintezinə şahid olur, qədim diyarımızdan ayrıldıqdan sonra onun haqqında ürəkdolusu təəssüratlarını öz dost-tanışları ilə bölüşür.

 Əli Cabbarov
Yazı “Naxçıvan: müstəqillik illərində” gənclər
arasında yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3267040
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
782
4027
4809
51686
3267040

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter