02 İyul 2020, Cümə axşamı

Maşın uca dağların ətəklərində üzüyoxuşa yol aldıqca bu labirint fikirləri öz-özümə düşünərək ətrafımdakı uca dağlara, yal-yamaclara, al-əlvan gül-çiçəklərə, qayalara bürünən mamırlara, arx kənarlarındakı can dərmanı olan bir-birindən şəfalı otlara baxa-baxa irəliləyirik Şərur rayonunun Aşağı Yaycı kəndində yerləşən “Arpaçay” Dövlət Təbiət Yasaqlığına. Budur, artıq yasaqlığın ərazisinə yaxınlaşırıq. Burada bizi qarşılayan mühafizəçi “Şərq qapısı” qəzeti əməkdaşı olduğumuzu öyrəndikdə məmnuniyyətlə bu cənnətməkan əraziyə daxil olmağa icazə verdi. “Arpaçay” Su Anbarının ətrafındakı sıx meşənin füsunkar mənzərəsi, quşların cəh-cəhi, suyun xoş avazı insanın ruhunu dinləndirir. Ulu Tanrı, həqiqətən, diyarımızdan səxavətini əsirgəməyib. Belə gözəlliklərin və nadir nümunələrin isə qorunması ən vacib tədbirlərdəndir. Elə buna görə də qədim diyarımızın ümumi ərazisinin 27 faizini xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 10-12 faizə çatır.

Ardını oxu...

Tarixən aqrar diyar kimi tanınan muxtar respublikamızda torpağa mehr-ülfət salanlar bu qiymətli sərvətin qədrini bilsələr də, sovet dönəmində həmin insanlar torpağın səxavətindən lazımınca bəhrələnmək imkanlarından məhrum ediliblər.

Ardını oxu...

Giləmeyvələr içində özünəməxsus dadı, bir çox faydaları ilə seçilən çiyələyi, yəqin ki, xoşlamayan insan tapılmaz. Həqiqətən də, yaz və yay aylarında böyükdən-kiçiyə bu giləmeyvə hər kəsin sevimlisi olur. Buna görə də çiyələk biznesini gəlirli bir iş hesab etmək olar. Babək rayonunun Zeynəddin kəndində çiyələk yetişdirilməsi ilə məşğul olan ailə təsərrüfatının timsalında bunun bir daha şahidi olduq. 

Ardını oxu...

İşimizə və gündəlik həyatımıza aludə olduğumuzdan bəzən ətraf mühitə ciddi nəzər sala bilmirik. Amma hərdən təbiəti seyr etmək və dinləmək lazımdır. Adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Əzəmətli dağlar, mavi səma, güzgütək göllər, gur səsi ilə hayqıran şəlalələr, könüloxşayan yamyaşıl düzlər insana gözəl duyğular pıçıldayır. Təbiətin xoş avazı ən gözəl melodiya kimi səslənir qulağımızda. Bizi əhatə edən ətraf aləmin, gözəl təbiət mənzərələrinin seyrinə çıxdıqca bu əsrarəngiz gözəl­liklər qarşısında heyrətini gizlədə bilmirsən. Şair qələmi, rəssam fırçası, bəstəkar istedadı acizdir bunları vəsf etmək üçün…

Ardını oxu...

Muxtar respublikada aparılan meliorasiya-irriqasiya
işləri torpağa əsl sahiblik nümunəsidir

Əvvəllər Şərur və ya Sədərək istiqamətinə nə vaxt yolum düşsə, Duzdağ ərazisindən tutmuş Kəngərli rayonunun Qıvraq qəsəbəsinə qədər ərazilərdə yolboyu mənzərələr ürəyimi sıxırdı. Yazı, yaşıllığı sevən biri olaraq quru təpəciklər, cadarlaşmış qupquru düzənliklər mənə, sanki ürək ağrısı bəxş edirdi. Düşünürdüm ki, axı torpaq ruzi-bərəkət mənbəyidir. İnsan və canlılar üçün hava qədər torpaq da həyati önəm daşıyır. Qidalanmağımız və sağlam yaşamağımız üçün nə varsa, torpaq öz qoynunda yetişdirir. Amma su olmadıqdan sonra torpağın nə səxavəti?!

Ardını oxu...

Onun haqqında kültəpəli rəfiqəmdən eşitmişdim. Həmin kənddə yaşayan bir xanımın metal kəsim ustası olaraq çalışması, sözün düzü, məni çox təəccübləndirmişdi. Əslində, heç vaxt şahidi olmadığıma görə inanmamışdım bir xanımın bu ağır və yorucu peşə ilə məşğul olduğuna. Elə bu maraqla da həmin xanımı – Mehparə Məmmədovanı tanımaq üçün üz tutdum onun çalışdığı “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə.

Ardını oxu...

Müstəqillik illərindən başlayaraq ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf qlobal səviyyədə rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, hər il Azərbaycanın adı xarici siyasət və beynəlxalq əlaqələr baxımından reytinq sıralamalarında qabaqcıl yerlərdə təqdim edilir. Azərbaycanda mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, neft sektorundan asılılığın aradan qaldırılması nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.

Ardını oxu...

Hər il ətirli, çiçəkli may ayına yenicə qədəm qoyanda ruhumda, əhvalımda qələbə və əzmkarlıq ab-havası hökm sürür. Bəlkə də, ona görə ki, həmin ərəfədə xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus yeri olan İkinci Dünya müharibəsində qazanılan tarixi qələbəni qeyd etməyə hazırlaşırıq. Bu çətin və mübarizələrlə dolu hərb tarixinə adlarını qızıl hərflərlə yazdıran qəhrəman soydaşlarımızı böyük hörmətlə anır, əziz xatirələrini qürurla yad edirik.

Ardını oxu...

Daha bir bahar bayramının astanasındayıq. Yurdumuzda ilıq nəfəsini duyuran yazın gəlişi əsrlər boyunca xalqımız tərəfindən bayram əhval-ruhiyyəsi, Novruz ənənələri ilə qarşılanır. Novruzun özünəməxsus adət-ənənələri və simvolları həyat tərzimizə, məişətimizə hopub, bu gün də qorunub yaşadılır.

Ardını oxu...

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR