17 Yanvar 2019, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri Səbuhi Məmmədov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, içməli su və kanalizasiya sistemlərinin yaradılması, kənd yollarının yenidən qurulması, yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin səmərəli maliyyələşdirilməsinə nail olunub. Bu dövrdə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 73 milyon 400 min manat təyinata qarşı 86 milyon 794 min 879 manat və ya 118,2 faiz icra olunmaqla, büdcəyə 13 milyon 394 min 879 manat artıq vəsaitin mədaxil edilməsi təmin edilib. Büdcə gəlirlərinin 84,3 faizi və ya 73 milyon 205 min 241 manatı Vergilər Nazirliyi, 10,8 faizi və ya 9 milyon 378 min 630 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılıb, 4,3 faizi və ya 3 milyon 743 min 409 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6 faizi və ya 467 min 599 manatı isə digər mənbələr hesabına icra olunub.

Ardını oxu...

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclasda idarənin rəisi Fazil İbrahimov çıxış edərək bildirib ki, respublikamızda təməli ümummilli ­liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yeni iş yerləri yaradılıb, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, iqtisadiyyata investisiya qoyuluşlarının artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə nail olunub.
Azərbaycan Respublikası Hesab­lama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin 2018-ci ildəki fəaliyyəti idarənin Əsasnaməsinə, təsdiq olunmuş iş planına və digər müvafiq normativ sənədlərə əsasən davam etdirilir.
Diqqətə çatdırılıb ki, idarəyə 2018-ci ildə dövlət təşkilatlarından 26-sı elektron olmaqla, 74 məktub daxil olub. 19-u elektron olmaqla, 80 məktub isə dövlət təşkilatlarına göndərilib. İdarənin 2018-ci il üçün təsdiq olunmuş iş planına əsasən Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin dövlət büdcə­sinin icrası haqqında illik hesabata rəy hazırlanıb.

Ardını oxu...

(Mənsur şeir)

Gözəlliklərini görməyə ömürlərin bəs etmədiyi, ecazkarlığı qarşısında insanın dili tutulan nazlı diyar, Tanrının sığal çəkdiyi məkan – NAXÇIVAN!
Payızını qırmızımtıl yarpaqlarında sevdiyim, qışına binalarının kirəmitlərindən sallanan buzlarında heyran qaldığım, yazına qaranquşlarının cəhcəhində vurulduğum, yayında coşqun çayların şaqraq sularına gömüldüyüm ürəkparam. Sözlərə sığışmayan qiymətsiz diyar...
Sən Cavid əfəndinin özünü dünyalara təqdim etdiyi səhnəsən. Məmməd Araz ədəbiyyata səndən salam söyləyib, şeir torpaq. Öpmək istəyirəm gecələrinin nur çələngindən, gözlərimi bir an belə ayırmadan baxmaq istəyirəm səhərlərinin sübh şəfəqinə. Doymuram səndən, doymaq istəmirəm diyarımdan. Azadlığımın azadlığa çıxdığı ümmanım, NAXÇIVANIM!
Qədimlik qoxulum, gənclik nəfəslim, min illər keçsə də, gəncliyindəki qədimlik özünü itirməz, itirməyəcək. Torpağın zər, daşın dürdür, mənim qızıl məmləkətim. Möminə xatın cənnət payındı, Əlincə düşmənə gözdağın. Batabatsa bu qədər əsrarəngizliyin olsun mavi göz muncuğun. Hər şeyin ən gözəlini Tanrı sənə veribdi, doğmaların doğması. Təsadüf deyil. Axı təsadüf belə olmur. Şairlərin şairi, şeiri, sözü səndə. Ən gözəl təbiətin elə özü səndədir. Bilirsən, göz işığım? Sən o qədər gözəlsən...
Doğma Azərbaycanın iki gözündən biri sənsən, özəlsən. Bax buna görədir ki, paxıl qonşuların da, bədnam düşmənlərin də əli, gözü səndədir. O əlləri qırmağa lazım olan qılınc da, o gözləri oymağa gərək olan bıçaq da səndədir, şairlərin sözündə, yazarların qələmindədir, NAXÇIVANIM!
Sən İslam mədəniyyətinin beşiyi, dünyaya açılan, Qoca Şərqin daima açıq olan qapısısan, Həyat eşqim!!! Bu gözəlliklərə, əzəmətə ülvilik qatanın, memarlıq edənin də var. O ŞƏXS ki qüsursuzluğuna qüsursuzluq qatır. Günü-gündən zirvələrin ən ümdə sakini edir səni, Gözəllik abidəmi... Nə qədər ki ONUN əli üstündə vardır, sən də var olub milyonların həmişəvar varlığına dönəcəksən, göz bəbəyim, Nuh ocaqlı Nuhçıxanım...

Qızbəsti SULTAN
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclasında 2018-ci ildə muxtar respublika məhkəmə­lərinin fəaliyyətinin yekunları müzakirə olunub.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev 2018-ci ildə muxtar respublikada hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində görülmüş genişmiqyaslı işlərdən, ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətindən bəhs edib.
Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər həyata keçirilib. Hаkimlərin pеşə bаcаrıqlаrının аrtırılmаsı, onlar tərəfindən ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi ilə bağlı olaraq Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, hüquqi biliklərin daha da möhkəmləndirilməsi istiqamətində, eləcə də milli qаnunvеriciliyə еdilən əlаvə və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işləri də uğurla aparılıb.

Ardını oxu...

Yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran ­vəzifələrlə bağlı iclas keçirilib.
İclasda agentliyin baş direktoru Hikmət Əsgərov çıxış edərək diqqətə çatdırıb ki, sığorta işinin daha da təkmilləşdirilməsi məqsədilə ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən muxtar respublikanın bütün rayon (şəhər) İcra hakimiyyətləri ilə birlikdə “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” müşavirələr keçirilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb olunması məqsədilə agentliyin və Dövlət Yol Polisi əməkdaşlarının birgə müntəzəm reydləri də təşkil olunub.
Bildirilib ki, görülmüş işlərin nəticəsində ötən ildə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərdən sığorta tədiyələrinin toplanması həcmi 2017-ci illə müqayisədə artmışdır. Bu dövrdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanmış sığorta tədiyələrinin həcmində 690 ədəd, daşınmaz əmlakın icbari sığortası üzrə toplanmış sığorta tədiyələrinin həcmində 6,2 faiz, yaxud müqavilə sayında 582 ədəd, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə toplanmış sığorta ­tədiyələrinin həcmində 6,3 faiz, yaxud müqavilə sayında 47 ədəd artım olub. Əmlakın yanğın və digər risklərdən sığortası üzrə toplanmış tədiyələrin həcmi 2,2 faiz, sığorta müqavilələrinin sayı isə 26 ədəd artıb.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3537631
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1409
4172
14771
60873
3537631

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter