25 Yanvar 2020, Şənbə

Dünyanın çox mühüm strateji məkanlarından olan Cənubi Qafqaz son bir neçə yüzilliklər ərzində həm gərgin etnik münaqişələr, hərbi-siyasi qarşıdurmalar, müxtəlif xarici güclərin geosiyasi maraqlarının toqquşmaları meydanı, həm də tarixboyu müxtəlif etnosların, dinlərin və sivilizasiyaların yanaşı, bəzən iç-içə yaşadığı bir məkan olmuşdur. Cənubi Qafqaz zəngin dövlətçilik ənənələrinə malik olub Ön Asiyanın və Yaxın Şərqin bir sıra qüdrətli imperiyalarının mühüm tərkib hissəsini, bəzi hallarda isə özəyini təşkil etmişdir. Nəticədə, region əsrlərboyu qurulan və dağılan imperiyaların maraq dairəsində olmuş, hərbi yürüş və müharibələr meydanına çevrilmişdir.

Cənubi Qafqaz ərazilərinə sonralar yerləşdirilən yad, köçürülüb gətirilmə etnos olan erməni toplumunun bitmə­yən əsassız ərazi iddiaları, erməni siyasi-klerikal liderlərinin ekspansionist siyasəti, regionun yerli əhalisinə qarşı onların deportasiya və soyqırımı bu saxtakarlıqları və vandalizmi ifşa edəcək yeni elmi, elmi-kütləvi nəşrlərin yaranması zərurətini də ortaya çıxarmışdır. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun yenicə çapdan çıxmış “Sürünən erməni ekspansiyası, Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər” kitabı da qədim dövrdən müasir dövrə qədər Cənubi Qafqazda gedən etnik-siyasi proseslərə aydınlıq gətirir.
Kitabın elmi məsləhətçiləri akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Zəhmət Şahverdiyev, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Emin Şıx­əliyev, rəyçi isə tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlidir. Yeni nəşr müəllimlər, tələbələr, magistrantlar, ideoloji işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub, giriş, 4 fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir.

Ardını oxu...

Dünən Naxçıvan Şəhər Nəqliyyat İdarəsində avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti göstərən sürücülərə lisenziyaların verilməsi işi ilə əlaqədar müşavirə keçirilib. Tədbirdə xidmətin şöbə müdiri Elxan Novruzov çıxış edərək Ali Məclis Sədrinin 2018-ci il 22 ok­tyabr tarixli Fərmanının əhəmiyyətindən danışıb.

Ardını oxu...

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması regionda iqtisadi inkişafa əngəl olur.

Bu fikri Ukraynanın 106.1 FM radiosuna müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.

Ardını oxu...


Azərbaycan Respublikasının Gənclər Fondunun Xlll qrant müsabiqəsinin qalibi Babək Rayonunun Şəkərəbad kəndindən olan fəal gənc Məmmədli Nailənin fərdi layihəsinin Naxçıvan Şəhərində Gənclər Mərkəzində açılışı olacaq.

Ardını oxu...

Növbəti tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilir.

Ardını oxu...

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR