25 Yanvar 2020, Şənbə

  

Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca De Maionun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Qanlı 20 Yanvar hadisələri ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən, ölkəmizə qarşı qərəzli və yalan məlumatların yer aldığı “Ermənilərin Azərbaycan tərəfindən gizlədilən qətliamı” adlı məqaləsi dərc edilib.

Bununla əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “La Verita” qəzetinin redaksiyasına ünvanladığı cavab məktubu tam şəkildə dərc olunub. Səfirin cavab məktubunda bildirilir: “Mətbuatın italyan oxucularına çox da tanış olmayan tarixi məqamlara diqqət ayırması həmişə maraqlıdır. Ancaq təəssüflə bildiririk ki, cavab hüququndan istifadə etməklə dərc olunmasını xahiş etdiyimiz bu məktubumun səbəbi müəllifin hadisələri dərindən araşdırmadan Azərbaycan üçün faciələrlə dolu bir tarixi dövrü təsvir etməsidir.

Bununla əlaqədar olaraq qeyd etmək istərdik ki, məqalədə müəllifin erməni propaqandasından qaynaqlanan məlumatlarla həqiqətdən uzaq bir şəkildə xatırlatdığı məhz bugünkü 20 Yanvar tarixində Azərbaycan Qara Yanvarın 30-cu ildönümünü anır. Ermənistanın bu propaqandasının məqsədi Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış, çağdaş tarixdə Azərbaycan xalqına qarşı ən qanlı qırğınlardan biri olan Qara Yanvar hadisələrinin də daxil olduğu faciəli hadisələrə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin köklərini və mahiyyətini gizlətmək və təhrif etməkdir.

Ardını oxu...

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti parlament seçkiləri ərəfəsində seçki kampaniyasını və siyasi mühiti qiymətləndirmək üçün Azərbaycanda ikigünlük səfərdədir.

Ölkəmizdə bir sıra görüşlər keçirəcək nümayəndə heyəti səfərdən sonra bəyanat yaymağı planlaşdırır. AŞPA nümayəndə heyəti tam şəkildə seçkiləri müşahidə etmək üçün Azərbaycana fevralın 9-da gələcək.

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 18 oktyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqənin müsahibə mərhələsi keçirilib.
Məlumat üçün bildirək ki, müsabiqəyə çıxarılmış 186 vakant vəzifənin tutulması üçün 61 nəfər sənəd təqdim etmişdi. 25-26 dekabr 2019-cu il tarixlərdə keçirilmiş test imtahanlarında iştirak edən 60 namizəddən 13-ü müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan nazir Niyazi Novruzov bildirib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, insanların sosial rifah halının daha da yaxşılaşması, müalicə-profilaktika işlərinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması və ümumiyyətlə, əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə də müsbət təsirini göstərib. Belə ki, muxtar respublikada 2019-cu ildə 5303 uşaq doğulub, təbii artım 0,7, doğum göstəricisi 11,5, ölüm göstəricisi 4,5, 1 yaşa qədər uşaq ölümü 1,1 promilli təşkil edib.

Ardını oxu...

2019-cu ilin noyabr və dekabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının Tele­viziya və Radio Şurası muxtar respublikada yayımlanan telekanalların fəaliyyətini izləmiş, təhlillər apararaq aidiyyəti üzrə məlumat vermişdir.
Bəhs edilən dövrdə şura rüblük monitorinqlər hazırlayarkən mətbuat xidmətlərinin fəaliyyətini təhlil etmiş, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət orqanlarının mətbuat xidmətlərinin qarşılıqlı əməkdaşlığına dair hesabatlar ­ hazırlamışdır.

Ardını oxu...

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR