02 Aprel 2020, Cümə axşamı

Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat edib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür. 

Ardını oxu...

Yaz mövsümündə muxtar respublika ərazisində, xüsusilə kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə yaşıllaşdırma tədbirləri aparılır. Bu işlərin davamı olaraq Ordubad rayonunda yeni meyvə bağı salınıb.

Ardını oxu...

Əhalidən evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmək xahiş olunur.

Məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın əhaliyə müraciətində əksini tapıb.

Ardını oxu...

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Qərargahdan verilən məlumata görə, Hazırda əksər dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını almaq mümkün olmamışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bugünədək dünyada 787 469 nəfər COVID-19 infeksiyasına yoluxmuş, 37 846 nəfər isə bu xəstəlikdən vəfat etmişdir.

Ardını oxu...

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda qondarma seçkilərlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: 

“Ermənistan Respublikasının 2020-ci ilin 31 mart tarixində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qondarma "seçkilər" keçirməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi aşağıdakıları bildirir:

Ardını oxu...

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR