25 Yanvar 2020, Şənbə

1924-cü il yanvarın 18-də Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun Qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin nəzdində Naxçıvan Daxili İşlər Komissarlığı yaradılmış və bununla da muxtar respublikada polis orqanlarının formalaşmasının əsası qoyulmuşdur.
Azərbaycan polisinin, o cümlədən Naxçıvan polisinin əsl inkişafı, milli­ləşməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı güclənmiş, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə, milli kadrların yetişməsinə xüsusi önəm verilmişdir. Sovetlər Birliyinin süqutundan sonra da polis orqanlarına ən böyük kömək və qayğı 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ulu öndər Heydər Əliyev tərəfindən göstərilmişdir. Belə ki, onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Müdafiə Komitəsi yaradılmış və polis Müdafiə Komitəsi ilə birgə torpaqlarımızın qorunmasında fəal iştirak etmişdir.

Ardını oxu...

Yanvarın 16-da Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ardını oxu...

Bakıda sovet ordusu tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı kütləvi qırğın törədilmişdir. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Ozamankı SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartı”ndan məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz həbs edilmişdir. 

Bu qanlı terrora qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər Sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər. Bakıda və Azərbaycanın digər bölgələrində sovet ordusunun törətdiyi qanlı cinayətlərlə Naxçıvana erməni hücumunun zaman etibarı ilə üst-üstə düşməsi hadisələrin eyni mərkəzdən idarə olunduğunu sübut edirdi. Sədərəyi qoruyan könüllülər oldu. Həmin gün 8 şəhid verildi. Erməni quldurları Naxçıvan torpaqlarını ələ keçirmək məqsədilə 1990-1993-cü illərdə dəfələrlə Sədərəyə hücum ediblər. Daha dəqiq desək, bu qısa müddətdə Sədərəkdə 14 dəfə qanlı döyüş olub. Həmin döyüşlərdə 108 nəfər şəhidlik zirvəsinə ucalıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın18-də yaradılmışdır.
Müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların qəbulu və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər zamanın tələbləri ilə səsləşmiş, cəmiyyətin inkişafını, başlıcası isə insan və vətəndaş hüquq, azadlıqlarının təmini məsələlərini əsas amil kimi götürmüşdür. Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görülmüş, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyulmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Ardını oxu...

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR