25 May 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında keyfiyyətə nəzarət infrastrukturunun inkişafı, standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi istiqamətləri üzrə fəaliyyətin səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2014-cü ildə fəaliyyətini gücləndirmiş, dövlət proqramlarının qarşıya qoyduğu vəzifələr, sessiya və müşavirələrdə verilmiş tapşırıqlar uğurla icra olunmuşdur.
Komitənin müvafiq işçi qrupları tərəfindən elektrik, qaz və su sayğaclarının istismar müddətinə, məktəbli, tələbə və müəllim geyim formalarının, eləcə də məktəbli ləvazimatlarının keyfiyyət göstəricilərinə, təhsil müəssisələrinin yeməkxanalarına alınan ərzağın keyfiyyətinə, tikinti sektorunda, ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində texniki normativ-hüquqi aktların tələblərinə əməl olunmasına, istehlak bazarında məhsulların keyfiyyətinə nəzarət məqsədilə monitorinqlər aparılmışdır. Standartların tələblərinə uyğun olmayan 57039,05 manat dəyərində məhsul satışdan çıxarılmış, 30911,45 manat dəyərindəki məhsul məhv edilmiş, 23097,2 manat dəyərindəki məhsul təsərrüfatda yem məqsədilə aid strukturlara təhvil verilmiş, 3030,4 manat dəyərindəki məhsul isə istehsalçı və idxalçı müəssisələrə geri göndərilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın 2014-cü il 17 yanvar tarixli iclasının qərarı ilə 2014-cü il üçün tədbirlər planı təsdiq olunmuş, icrası nəzarətdə saxlanılmış, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilmişdir.

Bu sahədə görülən işlərin nəticəsidir ki, 2014-cü ildə Müsadirə Edilmiş Narkotik Vasitələri, Psixotrop Maddələri və Onların Prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 19 qram 21 milliqram heroin, 42 qram 178 milliqram həşiş qatranı, 192 qram 771 milliqram tiryək, 7 kiloqram 615 qram 785 milliqram qurudulmuş marixuana, 1 kiloqram 388 qram çətənə kolu, 6 qram 871 milliqram “Metafetamin”, 25 qram 54 milliqram “Metodon”, ümumi çəkisi 29 qram 737 milliqram olan 513 ədəd “Fenobarbital” preparatı yandırılaraq məhv edilmişdir. Həmçinin qanunsuz dövriyyədən ümumi çəkisi 703 qram 926 milliqram olmaqla, 41 qram 65 milli­qram heroin, 206 qram 431 milliqram tiryək, 382 qram 83 milliqram marixuana, 48 qram 307 milliqram həşiş, 26 qram 40 milliqram “Metadon”, habelə psixotrop maddə hesab olunan 6 qram 901 milliqram “Metafetamin” və ümumi çəkisi 29 qram 737 milliqram olan 513 ədəd “Fenobarbital” həbləri aşkarlanaraq götürülmüşdür.

Ardını oxu...

Yanvarın 29-da Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın növbəti iclası keçirilmişdir.
İclasda komissiyanın 2014-cü ilə aid tədbirlər planının icrası və 2015-ci il üçün tədbirlər planının təsdiq olunması barədə məsələlər müzakirə olunmuşdur.
Birinci məsələ ilə əlaqədar komissiyanın sədri Azər Zeynalov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini Qaçay Quliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Səhət Həbibbəyli və digərləri çıxış edərək narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilmiş mübarizə tədbirlərindən danışmış, komissiyanın 2014-cü ilə aid tədbirlər planının icrası barədə ətraflı məlumat vermişlər.
Komissiyanın sədri Azər Zeynalov iclasa yekun vuraraq bildirmişdir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələrini rəhbər tutmaqla gənclər arasında sağlam həyat tərzinin formalaşması və asudə vaxtın səmərəli təşkil edilməsi istiqamətində aidiyyəti dövlət orqanlarının və ictimaiyyətin səylərini əlaqələndirərək narkomaniyaya qarşı mübarizə tədbirlərini davam etdirəcəkdir.
İclasda komissiyanın 2015-ci il üçün tədbirlər planı təsdiq olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında keçirilən tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açıb. Yeni Azərbaycan Partiyası rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Orxan Məmmədov mövzu ilə bağlı məruzə edib.
Qeyd olunub ki, ölkəmizin hərtərəfli inkişafı bu günün gənclərindən daha çox asılıdır. Bu, bir faktdır ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində cəmiyyəti təhlükələrə sürükləyən siyasi-iqtisadi, mənəvi-ide­oloji böhranlar üzündən respublikamızda gənclər siyasəti tamamilə unudulmuşdu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və müasir gənclik” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurlu davamından, gənc­lərə hərtərəfli dövlət qayğısından danışıb. Saleh Məhərrəmov universitet tələbələrinin müxtəlif sahələrdə qazandığı uğurlardan da söhbət açaraq gəncləri bayram münasibətilə təbrik edib, onlara elm və təhsildə, müstəqil dövlətimizin inkişafı istiqamətindəki gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ardını oxu...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR