21 Noyabr 2019, Cümə axşamı

Ulu Vətənin bütövlüyündən yalnız coğrafi baxımdan ayrılan bir torpaq – Naxçıvan. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyar həmişə bütöv üçün, onunla birgə, həm­ahəng yaşayıb, bütövlüyün, vahidliyin, tamlığın simvolu olub.
Naxçıvan tarixən Azərbaycan dövlətçiliyinin və Azərbaycançılığın qorunub saxlanmasında özünəməxsus rol oynayıb. Əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üzərində yerləşməsi onu fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirib. Ərazisi dəfələrlə işğal olunsa da, tarixi ərazisini günümüzədək qoruyub saxlaya bilib.
İnkişaf etmiş, əhalisinin rifahının yüksək olduğu ölkələrdə belə, həmişə problemlər olur və elə indi də bu ölkələrin çoxu sosial-iqtisadi problemlərdən əziyyət çəkirlər. Əslində, bir çox hallarda problem və onun həlli yeniliyə stimul verir. 21 illik müstəqilliyi dövründə hüquqi, demokratik dövlət və müasir vətəndaş cəmiyyəti quruculuğuna ardıcıl olaraq uğurla nail olan Azərbaycan unudulmamalıdır ki, 70 ildən çox liberal iqtisadiyyatın olmadığı, əvəzində birpartiyalı avtoritar-totalitar sistemin hakim olduğu qondarma ideologiyaya əsaslanan bir dövlətin – SSRİ-nin tərkibində olub. Keçmiş SSRİ-nin dağılması ilə yenicə müstəqillik qazanan dövlətlərin hamısında bir ideoloji boşluq yaranıb və bu çatışmazlıq müxtəlif problemlər, o cümlədən mənəvi böhranla müşayiət olunub. Amma bu gün qətiyyətlə demək olar ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bütün bu problemlər tamamilə aradan qaldırılıb. Ulu öndərin davamçısı cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 9 il ərzində isə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ardını oxu...

2 fevral – Gənclər Günü ilə bağlı bu mövzuda tədbirlər keçirilib

2 fevral – Gənclər Günü münasibətilə “Naxçıvan” Sərhəd Diviziyasında tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Naxçıvan” Sərhəd Diviziyasının birgə keçirdiyi tədbiri diviziya komandirinin tərbiyəvi işlər üzrə müavini Həmzə İmanov açmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, “Naxçıvan” Sərhəd Diviziyasının zabiti Akif Əsədov çıxış edərək bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin bütün sahələri kimi, gənclərlə iş sahəsi də inkişaf etdirilmiş, dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Ötən illər ərzində gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı, gənclərin təşkilatlanması, milli maraq və mənafelərinin təminatı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının yaradılmasının 20 illiyinə həsr edilmiş yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının şura üzvü Elçin Hüseynəliyev açaraq tədbir iştirakçılarını 20 illik yubiley münasibətilə təbrik edib.

Yığıncaqda Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədovun məruzəsi dinlənilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb. Dövlət müstəqilliyimizin itirilmək təhlükəsi qarşısında qaldığı bir zamanda xalqın son ümidinin, inamının ifadəsi kimi belə bir partiyanın yaranması və tarix səhnəsində öz sözünü deməsi zəruri idi. Məhz bu inam uğrunda mübarizə aparan, xalqımızı səfərbər edən, təşkilatlandıran mütərəqqi insanlar ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyanın təməl daşlarını qoyaraq 1992-ci ilin 21 noyabrında muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində Azərbaycanın hər yerindən böyük çətinliklər bahasına axışıb gələn 550 nəfər nümayəndənin iştirak etdiyi təsis konfransında Yeni Azərbaycan Partiyasını yaratdılar. Yeni Azərbaycan Partiyasının rəhbəri və yaradıcısı ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinin böyük nüfuzu, təcrübəsi, iradəsi və zəkasının gücünə bələd olan xalq kütləvi surətdə Yeni Azərbaycan Partiyasını dəstəklədi və bu partiyanın üzvlüyünə daxil olmaq üçün çoxsaylı müraciətlər edildi. Partiya təşkilatlanmağa başladı və ölkənin bütün rayonlarında təsis konfransları keçirildi.
Vurğulanıb ki, bu proseslərin məntiqi davamı olaraq, 30 yanvar 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının təsis konfransı keçirilib. Ulu öndərimizin bu konfransda söylədiyi tarixi əhəmiyyət kəsb edən proqram xarakterli nitqi indi də o konfransın iştirakçısı olmuş partiya üzvlərinin xatirəsində yaşayır.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatında 2 fevral – Gənclər Gününə həsr olunmuş “Azərbaycan gəncliyi gələcəyin aparıcı qüvvəsidir” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev açmışdır.
Sonra Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Elvin Məmmədov çıxış edərək mövzu ilə bağlı məruzə etmişdir. Qeyd olunmuşdur ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla həyata keçirilir. Muxtar respublikada yeniyetmə və gənclərin təhsili, asudə vaxtlarının səmərəli təşkili, sağlam böyümələri üçün onlarla obyekt tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib. Bu gün gənclər muxtar respublika həyatının bütün sahələrində, o cümlədən qanunverici və icraedici orqanlarda uğurla təmsil olunurlar. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənc­lərlə bağlı Dövlət proqramları gənc­lərin sosial rifahının yüksəldilməsinə yönəldilmişdir. Məhz bu qayğının nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi həyatımızın bütün sahələrində aparıcı qüvvə kimi çıxış edir.
Sonra məruzə ətrafında Gənclər Birliyi idarə heyətinin üzvlərindən Fərqanə Hüseynli, Pərviz Xəlilov və başqaları çıxış edərək gənclərə göstərilən dövlət qayğısından danışmışlar.
Tədbirin sonunda bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Xəbərlər şöbəsi

Hər il olduğu kimi, ötən il də muxtar respublikada infrastrukturun yenidən qurulması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, müxtəlif sahələrdə nailiyyətlər əldə edilib. Qazanılan uğurlarda bölgələrimizin də xüsusi payı var. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılmasının müsbət nəticələrini Kəngərli rayonunun timsalında da görmək mümkündür. Qeyd etmək yerinə düşər ki, rayonda sistemli və davamlı xarakter alan quruculuq tədbirləri bu bölgəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Bu da son nəticədə insanların rahat, firavan yaşamasına səbəb olur.

Uğurlara aparan yol və ya rayon haqqında qısa arayış

Haqqında söhbət açdığımız rayon 19 mart 2004-cü ildə yaradılıb. Ərazisi 680 kvadratkilometr olan rayonun 29 min 539 nəfər sakini var. Mərkəzi Qıvraq qəsəbəsidir. On kənd – Qarabağlar, Xok, Şahtaxtı, Çalxanqala, Yurdçu, Böyükdüz, Qabıllı, Xıncab, Təzəkənd, Yeni Kərki rayonun inzibati ərazi vahidinə daxildir. Xatırladaq ki, adıçəkilən kəndlərin bir neçəsi Kəngərli rayonu yaradılmamışdan əvvəl Şərur rayonunun, bir neçəsi isə Babək rayonunun tərkibində idi. Yaradıldığı gündən bu yana görülən işlər nəticəsində Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı dəyişiklik baş verib, bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilib, təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib. Aqrar sahənin rayon iqtisadiyyatında mühüm rol oynaması üçün məqsədyönlü işlər həyata keçirilib. Bu gün Kəngərli rayonu muxtar respublikamızın sosial-iqtisadi inkişafında özünəməxsus yerə və paya sahibdir.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR