04 Aprel 2020, Şənbə

Əkrəm Əylislinin “Drujba narodov” jurnalında dərc olunan “Daş yuxular” əsəri məndə qəti bir fikir formalaşdırdı ki, belə əsər yazan adamın damarlarında azərbaycanlı qanı axa bilməz! Əsərdə tarixi həqiqətlər təhrif edilib, azərbaycanlılar qaniçən və qəddar kimi təqdim olunub, Azərbaycan qadını aşağılanıb. Bu əsər bütövlükdə Azərbaycan xalqını, millətini, adət-ənənələrini alçaltmağa yönəlmiş bir əsərdir.
Yer üzündə zalım, qəddar, terrorçu kimi ad çıxaran erməniləri sülhsevər və mədəni bir xalq kimi tanıtmaq yalnız Əkrəm kimi vətən xaininin işidir. Onun ilahiləşdirdiyi ermənilər XX əsrin əvvəllərində etdiklərini əsrin sonunda da davam etdirərək Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törətməklə öz iç üzlərini bir daha açdılar. Xocalı qətliamının icraçılarından biri olan David Xeyreyanın “Xaç naminə” kitabında yazdıqlarını, yəqin Əkrəm Naibov da oxumamış deyil. O yazır: “Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid körpü düzəltdilər. Mən ölülərin üzərindən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: “Qorxma, ürəklə keç! Bu hal müharibənin qanunlarından biridir”. Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üzərindən adlayıb bataqlığı keçdim... Ayaqlarım və fotokameram qana batmışdı”.
Bu da Əkrəmin “qardaşı” Xeyreyanın dedikləri. Əlbəttə, Əkrəmdən fərqli olaraq Xeyreyan yuxularını danışmır, 20 il bundan əvvəl baş vermiş reallıqları danışır. Budur Əkrəmin dünyaya sırımaq istədiyi “ideal” erməniliyin iç üzü! Əlləri uşaq qanına bulaşmış balayanların, köçaryanların, ohanyanların, sarkisyanların “Daş yuxular”da bəraət alması Əkrəmin ermənilərə genetik bağlılığının ifadəsidir.
Uydurma “böyük Ermənistan” kimi xəstə niyyətlərinə çatmaq üçün milyonlarla türkün qanını tökən erməniləri mədh edən Əkrəm “Daş yuxular” əsərini yazmaqla ədəbiyyat tarixində özünə şərəfsiz bir abidə ucaltdı.

Surə Seyid
filologiya üzrə fəlsəfə doktoru

Аrхiv mаtеriаllаrı, tədqiqаt əsərləri, müаsirlərin хаtirələri təkzib­оlunmаz fаktlаrlа təsdiq еdir ki, 1918-ci il Nахçıvаn əhаlisi üçün böyük müsibətlərlə bаşlаnmışdır. Rus оrdusundаn аldıqlаrı döyüş sursаtı ilə silаhlаnmış еrməni quldur dəstələri аrtıq mаrt аyındа Nахçıvаn bölgəsinin müхtəlif yеrlərində faciəli qırğınlar törədirdilər. Оnlаr Nахçıvаn və Şərur-Dərələyəz qəzаlаrının, Ordubadın kəndlərinə bаsqınlаr еdir, əhаliyə divаn tutur, qаdınlаrı, uşаqlаrı, qоcаlаrı bеlə öldürür, hеç kimə rəhm еtmirdilər. Аrхiv mаtеriаllаrı təsdiq еdir ki, 1918-ci ilin yаyının əvvəllərinə qədər еrmənilər çохlu miqdаrdа müsəlmаn kəndini yаndırmış, minlərlə günаhsız insаnı qətlə yеtirmişdilər.

Bеlə bir vахtdа Nахçıvаn ərаzisi Аzərbаycаn хаlqının qəddar düşməni, Türkiyədə hərbi andına xəyanət etdiyinə görə cəzalandırılan qаniçən Аndrоnik Оzаnyаnın hücumlаrınа məruz qаlmışdır. 1918-ci ilin iyul аyında Хоy şəhəri yахın­lığındа türk qоşunlаrı tərəfindən məğlub еdilən Аndrоnik öz qоşunlаrı ilə Culfа bölgəsinin Yаycı kəndi yахınlığındа Аrаzı kеçərək Nахçıvаn ərаzisinə dахil оlmuşdur. 

Ardını oxu...

Akademik İsmayıl Hacıyevlə müsahibə

 Xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında çap olunan “Daş yuxular” əsəri, bu əsərdə ermənilərin azərbaycanlıların zülmünə məruz qalan tərəf kimi təsvir edilməsi, Naxçıvan Muxtar Respublikasında ermənilərin törətdiyi qətliamlar, Ordubad rayonunun Əylis kəndinin tarixi, orada erməni kilsələrinin olması ehtimalı və sairlə bağlı sualları Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik, millət vəkili İsmayıl Hacıyev cavablandırır.

– İsmayıl müəllim, öncə “Daş yuxular” əsəri barədə təəssüratlarınızı bilmək istərdik...

Ardını oxu...

Bir vaxtlar biz eşidəndə ki, Azərbaycan Respublikasının Milli Məclisinə millət vəkilliyinə namizəd Əkrəm Əylisli verilir, rayon ictimaiyyəti buna öz təəccübünü gizlətmədi. Çünki səni yaxşı tanıyan öz həmkəndlilərin buna narazılıq edirdilər. Lakin biz sənə inandıq. Baxmayaraq ki, sən bitərəf kimi öz namizədliyini irəli sürmüşdün. Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvləri sənə səs verdi, sənin təbliğatını da apardıq və nəticədə sən Milli Məclisin deputatı seçildin. Lakin deputat olduğun illərdə sən bir dəfə də olsun öz seçicilərinlə görüşmədin. Hələ o vaxtlar sənin necə bir adam olduğunu biz hiss etdik.
Nəticədə, nəinki sənin keçmiş seçicilərin, bütün Ordubad camaatı və bütün Azərbaycan xalqı sənin qərəzli yazılarına görə sənə nifrət etdi. Sənin nə kəndin var, nə də Azərbaycan xalqın var. Sən bizim hamımızın düşmənisən.

Ardını oxu...

Sənin “Daş yuxular” əsərin barədə mətbuatdan öyrəndik. Çox təəssüf etdik ki, bir zamanlar xalqın millət vəkili olmuş adam öz xalqına xəyanət edir.
Məgər sən bilmirsən ki, bu xalq dəyirmanına su tökdüyün erməni daşnaklarının üzündən nə bəlalar çəkib? Məgər sən bilmirsən ki, bu xalq öz müstəqilliyini, azadlığını əldə etmək üçün nə qədər şəhid verib, torpaqlarımızın 20 faizdən çoxu işğal olunub? Xalqımızın başına Xocalı faciəsi gətirilib?
Yazdıqların bir daha sübut edir ki, səninlə xalqımızın ən qatı düşmənləri olan Zori Balayanın və Silva Kaputikyanın heç bir fərqi yoxdur. Sən bu əsərinlə erməni havadarlarınla bir sırada dayanırsan. Sənin kimi ləyaqətsiz adamın Azərbaycan Respublikasında yaşamağa mənəvi haqqı yoxdur. Rədd olub Azərbaycan torpağından gedin!

Ordubad rayon Dəstə kənd ictimaiyyəti və ziyalıları adından:

Tofiq Babayev, Məhəmməd Quliyev, Şirəli Məmmədov, Qərib Məmmədov, Əfifə Cəfərova, Abbas Qasımov, Mehdi Quliyev, Lalə Tağıyeva, Rəşid Əsgərov, Şabanəli Məmmədov, Cəmilə Nağıyeva, Firudin Məmmədov, Səbirə Məmməd­ova, Məhəmməd Musayev, Rza Rzayev, Nəcibə Əsgərova, Günay Nağıyeva.

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR