25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvanda keçiriləcək “Avropa günləri”nin iştirakçısı olan Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar sentyabrın 22-də ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Qonaqlara muzeyin yaradılması barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Ardını oxu...

Muxtar respublikada keçiriləcək “Avropa günləri” çərçivəsində sentyabrın 21-də qədim diyara gələn Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar Naxçıvan şəhərinin tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanış olublar.

Ardını oxu...

Doğma yurdumuz Naxçıvan müstəqillik illərində, sözün həqiqi mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: insanların yaşayış səviyyəsi yüksəlib, həyata baxışları köklü surətdə dəyişib. Bu illər ərzində iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib və bu tədbirlər ardıcıl davam etdirilir. Sosial-iqtisadi inkişafımızı şərtləndirən amillər içərisində ən başlıcası muxtar respublikada böyük vüsət alan quruculuq işləridir. Heç bir fərq qoymadan bütün şəhər və kənd yaşayış məntəqələrində görülən bu işlər doğma yurdumuzun simasını əsaslı surətdə dəyişir. Belə yaşayış məntəqələrindən biri də müasirləşən İbadulla kəndidir.

XIX əsrə aid mənbələrdə bu kəndin adı “Abadulla” kimi qeydə alınıb. Güman olunur ki, kəndin əvvəlki adı başqa imiş, yaxud yeni salınan kəndin əsası İbadulla adlı şəxs tərəfindən qoyulduğu və ya ona mənsub olduğu üçün kəndə bu ad verilib. Bununla yanaşı, belə qənaətə gəlinir ki, “Abadulla” adının “abad” hissəsi “abadlıq, abadanlıq”, “ulla” hissəsi isə “əla, ən uca”, “çox gözəl” mənalarında işlənərək adın mənasında “əla, abad yer”, “çox gözəl abad məkan” anlamı yaradıb.
...Neçə illərdir ki, muxtar respublikanı ağuşuna alan tikinti-­quruculuq işlərini, müasirləşən kəndləri görəndə düşünürdüm ki, bizim kəndimiz nə vaxt müasirliyə qovuşacaq? Bu gün kəndimizdəyəm və onun simasının nə qədər dəyişildiyini görür, çox sevinirəm.

Ardını oxu...

Sentyabrın 20-də “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” layihəsinin açılışı olub. Bununla əlaqədar Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında “Sərhəd-nəzarət məntəqələrində profilin yaradılması və şəxsiyyətin müəyyənləşdirilməsi” mövzusunda 2 günlük təlim keçirilib.
Təlimdə Dövlət Sərhəd Xidmətinin və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, Niderland və Çex Respublikasından gələn beynəlxalq ekspertlər iştirak ediblər.
Məlumat üçün bildirək ki, Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq çərçivəsində həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin məqsədi nizamlı miqrasiya idarəçiliyini gücləndirməklə yerdəyişmə üzrə tərəfdaşlığı imzalayan iştirakçı ölkələr arasında birbaşa mübadilə üçün möhkəm zəmin və real imkanlar yaratmaqdır. Həmçinin layihənin məqsədi həm də sərhəd-nəzarət məntəqələrində çalışan əməkdaşların yoxladıqları sənədlərin təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.
Qeyd edək ki, təlim müddətində iştirakçılara nəzəri biliklərlə yanaşı, gündəlik praktikada tətbiq etmək üçün bəzi məsləhətlər və miqrasiya sahəsində çalışan əməkdaşların istifadəsi üçün nəzərdə tutulmuş lüğət verilib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu Şərur rayonunun Zeyvə kəndində olub. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi üçün 1, torpağa mülkiyyət hüququna dair dövlət aktlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi üçün 7, məhdudiyyət və yüklülüyə dair arayışın verilməsi üçün 11, dublikat sənədin verilməsi üçün 1, torpaq sahəsinin plan-ölçüsünün verilməsi üçün 1, ümumilikdə, 21 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib.
Rayonun Düdəngə, Oğlanqala, Aşağı Yaycı, Yengicə və Dizə kəndlərindən də vətəndaşların səyyar xidmət qrupuna müraciətləri qəbul edilib. Sənədlər komitənin Şərur Rayon İdarəsi tərəfindən elektron sistemə daxil olunub. Texniki sənədlərin hazırlanması üçün müasir geodeziya-ölçü avadanlıqları vasitəsilə torpaq sahələrinin ­ölçüləri dəqiqləşdirilib.
Cari ilin ötən dövrü ərzində komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 69 yaşayış məntəqəsində 564 vətəndaşın müraciəti qəbul edilib və müvafiq qaydada icra olunub. Mülkiyyət sənədləri hazırlanaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə vətəndaşlara çatdırılıb.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3061959
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
565
4327
4892
113290
3061959

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter