25 Oktyabr 2020, Bazar

Muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qоrunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qоyulmuş vəzifələrin icrası avqust ayında da davam etdirilmişdir.
Hesabat ayında cari ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı nazirliyin kollegiya iclası keçirilmiş, 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlanmış, Naxçıvan şəhərində və rayonlarda 550 qazanxanada texniki və yanğın təhlükəsizliyinin təmin olunmasına baxış olmuş, həmçinin maarifləndirmə işi aparılmışdır.

Muxtar respublikada mülki müdafiə işinin təşkili məqsədilə 53 müəssisə və təşkilatda mülki müdafiə sənədlərinin qanunvericiliyin tələblərinə uyğun işlənilməsinə metodik köməklik göstərilmiş, 7 tibb müəssisəsində radiasiya təhlükəsizliyinin vəziyyəti yoxlanılmış, 2 tibb müəssisəsinə radioloji-gigiyenik pasport verilmişdir.
Avqust ayında da pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlər davam etdirilərək Şərur və Babək rayonları ərazisində, ümumilikdə, 170 min kvadratmetr sahədə dezinfeksiya işi aparılmışdır.
Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 116 obyektdə diqqətli, 276 obyektdə nəzəri, 33 obyektdə məqsədli yoxlamalar keçirilmiş, 2 min 861 yaşayış evinə baxış keçirilərək yanğın cəhətdən təhlükəli оlan 32 elektrik xəttinin, 60 şlanqla çəkilmiş qaz xəttinin dəyişdirilməsi təmin edilmiş, 72 tezqatlanan tüstü borusunun istismarı dayandırılmışdır. Həmçinin 34 obyektdə yanğına qarşı maarifləndirici tədbir keçirilmiş, 5 min 973 vətəndaş yanğına qarşı təlimatlandırılmışdır. 87 obyektlə icbari sığorta müqaviləsi bağlanmışdır. Şahtaxtı gömrük-keçid məntəqəsində könüllü yanğınsöndürmə komandasının hazırlığı yoxlanılmışdır.
Ay ərzində Uzunoba çimərliyində xilasedici dalğıcların xidməti təşkil edilmiş, suda boğulma təhlükəsi ilə üzləşmiş 5 vətəndaş xilas edilərək ilk tibbi yardım göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası 

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR