23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Hər bir dahi şəxsiyyət tarixə öz xalqı qarşısındakı fövqəlbəşər xidmətləri ilə düşür. Bu dahi şəxsiyyətlərin böyüklüyü ondadır ki, onlar öz xalqı qarşısında misilsiz xidmətlər göstərir, onu xoş günlərə qovuşdururlar. Ulu öndərimiz Heydər Əliyev də belə nadir şəxsiyyətlərdəndir. Bu gün hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının həyatında ulu öndər Heydər Əliyevin işi və əməlləri yaşayır. Biz bu gün hara baxırıqsa, ulu öndərin qurub-yaratdıqlarını, xalqımıza bəxş etdiyi quruculuq töhfələrini görürük.
Ulu öndər həyatını Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr etmişdir. Ölkəmizdəki sabitliyin, sürətli iqtisadi inkişafın, həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, demokratiya sahəsində əldə olunan nailiyyətlərin hər biri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqının xoşbəxtliyi, səadəti, onun dövlətçiliyi, Vətənin müstəqilliyi üçün çalışmış dahi siyasətçi bu gün öz xalqının qəlbində yaşayır. Bu böyük xalq haqlı olaraq öz dahi oğlu ilə fəxr edir, öyünür, qürur duyur. Bəli, öyünməyə haqlıyıq, çünki ümummilli lider Heydər Əliyev bugünkü müstəqilliyimizi odun-alovun içindən öz həyatı bahasına çıxarıb xalqımıza bəxş etmişdir. 21 yaşı olan müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.
 Ulu öndər müstəqil Azərbaycanın əbədi, sarsılmaz və dönməz olması üçün əsaslı, etibarlı, möhkəm təməl üzərində demokratik prinsiplərə əsaslanan dövlətçilik əsasları yaratmışdır. Bu gün Heydər Əliyevin yolunu onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı, bütün dünya dövlətləri bu gün Azərbaycanın Heydər Əliyev yolu ilə addımladığını, ölkəmizin inkişafını görür. Bu gün Azərbaycanın qazandığı hər bir uğurda ümummilli liderin dəst-xətti görünür, nəfəsi duyulur. Azərbaycanın hər bir guşəsində Heydər Əliyevin işi və əməllərinin layiqincə yaşadılmasının şahidi oluruq. Ölkə Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin ideyalarına sadiq qalaraq ölkəmizi inamla irəliyə aparır. Ordumuz güclənir, iqtisadiyyat yüksəlir, xalqımızın həyat səviyyəsi günbəgün yaxşılaşır. İndi Azərbaycan Respublikası Heydər Əliyevin görmək istədiyi kimi inkişaf edir, yaşayır, möhkəmlənir. Ona görə də xalqımız ölkə Prezidenti İlham Əliyevin siyasətini dəstəkləyir və müdafiə edir.

Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da abadlıq, quruculuq işləri davam etdirilir. Elm, mədəniyyət, idman sahələrində yeni-yeni nailiyyətlər əldə olunur. Son 17 ildə Heydər Əliyev yolu ilə uğurla addımlayan Naxçıvan Muxtar Respublikası inkişaf edərək tərəqqiyə qovuşmuşdur. Yaşadığım Babək rayonunda da yeni sosial obyektlər tikilib istifadəyə verilmişdir. Bu obyektlərdən biri də mənim təhsil aldığım məktəbdir. Muxtar respublikanın hər yerində geniş vüsət alan məktəb tikintisindən bizə də pay düşmüş, müasir tələblər səviyyəsində inşa olunan məktəbimizdə yüksək tədris şəraiti yaradılmışdır. Babək rayonunda əhalinin məişət qayğıları həll olunmuş, insanların rifah halı yüksəldilmişdir. Əlbəttə, dövlətimizin bizə bu yüksək diqqət və qayğısı Heydər Əliyevin ideyalarının əldə rəhbər tutulması, yaşadılması və həyata keçirilməsi sayəsində baş verir. Biz məktəblilər, ümumilikdə, Azərbaycan gəncliyi yaradılmış bu şəraitdən səmərəli istifadə edərək ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməyə borcluyuq. 
Azərbaycan xalqı ixtiyarı öz əlində olan çıraq yandırıb. Bu, müstəqil Azərbaycan Respublikasının əsasını təşkil edən Heydər Əliyev siyasi xəttidir. Bu həm də Heydər Əliyev nuru, Heydər Əliyev işığıdır. Çünki dahi şəxsiyyət öz xalqı qarşısında layiqincə xidmət göstərmişdir. Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, orada dahi rəhbərimizin izi görünməsin.
Heydər Əliyev xalqın, millətin lideri kimi daima ürəklərdədir. Ümummilli liderə olan məhəbbətimiz ataya, anaya, Vətənə olan məhəbbət qədər əzizdir. Əbədiyaşar liderimiz Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaqdır.

 

Aysel Orucova
Babək qəsəbə tam orta məktəbinin X sinif şagirdi­

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3053324
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
518
3998
30556
104655
3053324

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter