23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

“İntibah” anlayışı hansısa bir tarixi inkişaf dönəmini əks etdirən termin kimi hələ orta əsrlərdə italyan mütəfəkkirləri tərəfindən işlədilmişdir. Klassik tarixşünaslıqda bu anlayış, əsasən, Şərqin sürətli mədəni, elmi, iqtisadi tərəqqisini əks etdirən Müsəlman İntibahı dövrü və Qərbin mədəni, elmi-texniki, iqtisadi inkişafını və tərəqqisini əks etdirən Avropa İntibahı dövrü ilə əlaqədar işlədilmişdir. Bu iki klassik intibahı təhlil edərkən alimlər xüsusilə bir məqama – varislik məsələsinə diqqət yetirmişlər. Yəni dünya tarixinin iki intibahı məntiqi olaraq biri digərinin nəticəsi olmuşdur. Müsəlman İntibahı dövrü X-XII əsrləri əhatə edərək Avropa intibahına zəmin yaratmışdır. Lakin yuxarıda haqqında danışdığımız hər iki intibah müəyyən ortaq dəyərlərə sahib olan ölkələrin ümumi siyasi, iqtisadi, mədəni, ictimai inkişafını səciyyələndirir. Bununla yanaşı, müxtəlif ölkələrin tarixinin xüsusi dövrləri olmuşdur ki, bu dövrlərdə ölkənin sürətli inkişafı və qüdrətlənməsi baş vermiş, həmin dövr lokal intibah və tərəqqi dövrü kimi səciyyələndirilmişdir. Bu mənada Azərbaycan tarixində də bir neçə intibah dövrünü qeyd etmək olar. Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın ən qədim dövrlərdən günümüzə qədərki tarixinə ümumi nəzər salarkən, fikrimizcə, üç intibah dövrü haqqında danışmaq mümkündür.

Eramızdan əvvəl IX-VII əsrlər Naxçıvan tarixinin birinci intibah dövrü, eramızın XII əsri Naxçıvan tarixinin ikinci intibah dövrü, XX əsrin sonu, XXI əsrin əvvəlləri isə bu qədim yurdun tarixinin üçüncü intibah dövrüdür.
Hər üç intibah dövrü üçün xarakterik olan əsas cəhət ondan ibarətdir ki, göstərilən dövrlərin hər birində Naxçıvanın tərəqqisi və inkişafı birbaşa olaraq Azərbaycan ərazisində formalaşmış müstəqil dövlətin mövcudluğu ilə əlaqədar olmuşdur.

Bu mənada Naxçıvan tarixinin birinci intibah dövrünü Oğlanqala intibahı da adlandırmaq olar. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev dünyanın müxtəlif ölk­ə­lərinin tədqiqatçıları ilə apardığı çox­illik elmi tədqiqatların nəticəsi olaraq belə qənaətə gəlmişdir ki, eramızdan əvvəl IX-VII əsrlərdə Naxçıvan ərazisində mövcud olmuş dövlət nəinki öz dövründə yüksək inkişaf etmiş bir dövlət olmuş, həm də regionda maraqları olan, habelə mübarizə aparan daha böyük dövlətlərdən özünü müdafiə etmişdir. Məhz o zaman mövcud olmuş dövlətin paytaxtı olmuş Oğlanqalada aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan möhtəşəm memarlıq-müdafiə sistemləri, maddi-mədəniyyət nümunələri tariximizin birinci intibahından xəbər verir. Tədqiqatlar nəticəsində müəyyən edilmiş digər mühüm məsələ Oğlanqala əhalisinin özünəməxsus dilinin və mədəniyyətinin olmasıdır. Öz dövrü üçün Oğlanqala dövlətinin siyasi inkişafın ən yüksək səviyyəsinə çatdığını göstərən amillərdən biri də bu dövlətin hələ o dövrdə işğalçı dövlətlərə qarşı qonşu dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələr saxlamasıdır. Ehtimal edilir ki, Oğlanqala Urartunun eramızdan əvvəl IX-VIII əsrlərdə apardığı işğalçı müharibələr qarşısında nəinki müqavimət göstərmiş, hətta qonşu dövlətlərlə birlikdə işğalçıya qarşı mübarizə aparmaq üçün ittifaqa da daxil olmuşdur. Urartu mənbələrində “Etuini” adlandırılan bu ittifaqda tarixi Azərbaycan ərazilərində mövcud olmuş kiçik tayfalar və dövlətlər birləşmişdir. 
Oğlanqaladan tapılan keramika və digər maddi-mədəniyyət nümunələri Oğlanqala dövlətinin yüksək iqtisadi inkişafı ilə yanaşı, onun Urartu ilə, həmçinin indiki İran və Gürcüstan ərazisində mövcud olmuş digər dövlətlərlə iqtisadi, ticarət əlaqələri haqqında da qiymətli məlumat verir. Oğlanqala tədqiqatçılarının bu ərazidə mövcud olmuş saraydan tapılan və üzərində mixi işarələr olan təsərrüfat küpünün parçalarına əsasən, Oğlanqalanın özünəməxsus yazı sisteminin olduğunu demələri artıq birinci tarixi intibahın növbəti xəbərçisidir. Beləliklə, yuxarıda sadalanan faktlardan da aydın olduğu kimi, Naxçıvan tarixinin birinci intibahı dövrü ərazinin yüksək səviyyəli inkişafı və tərəqqisi ilə xarakterizə olunur.
Naxçıvanın ikinci intibah dövrü isə XII əsrə təsadüf edir. Həmin dövrdə Naxçıvanın inkişafı və tərəqqisi Azərbaycan Atabəylər – Eldənizlər dövləti ilə əlaqəlidir. İkinci intibah dövrünü əvvəlki intibah dövründən fərqləndirən əsas cəhətlərdən biri və birincisi onun lokal deyil, qlobal intibah dövrü sayılan IX-XII əsrləri əhatə edən Müsəlman İntibahının davamı, Azərbaycan intibahının – renessansının tərkib hissəsi olmasıdır. Bu barədə akademik Ziya Bünyadov yazırdı: “Azərbaycan Atabəyləri dövlətinin hakimiyyət dövrü mədəni həyatın yüksəlməsi ilə səciyyələnir. Bu zaman dünya mədəniyyətinə görkəmli dahilər bəxş etmiş Azərbaycan poetik məktəbi yaranır və ən yüksək çiçəklənmə dövrünə çatır. Parlaq poetik məktəbin inkişafı, şübhəsiz, əlamətləri hələ də lazımi səviyyədə öyrənilmə­miş ümumi mədəni yüksəlişlə əlaqədar idi. Bu baxımdan haqqında danışdığımız dövrü Azərbaycan intibahı (renessansı) adlandırmaq olar”.
Bu dövrdə Naxçıvan ərazisinin inkişafı və tərəqqisi o dərəcədə yüksək səviyyədə olmuşdur ki, mənbələrdə Naxçıvanın adı Arran və Azərbaycan vilayətlərinin tərkib hissəsi kimi deyil, Atabəylər dövlətinin tərkibində olan 6 iri vilayətdən biri kimi çəkilir. Daxili və xarici ticarətin mərkəzlərindən biri kimi Naxçıvanda əhalinin sayının 100 min nəfər olduğu qeyd edilir. Naxçıvanın tərəqqisi birbaşa olaraq şəhərin Atabəylər dövlətinin paytaxtı olması ilə də əlaqədardır. Möhkəm hərbi şəhər istehkamına malik olan Naxçıvanda o zaman Eldənizlər dövləti tərəfindən aparılan quruculuq işləri nəticəsində saraylar, mədrəsələr, məscidlər, məqbərələr inşa olunmuşdur. Həmin dövrdə tikilən müxtəlif abidələr təkcə o dövrün deyil, bütün bəşər tarixinin ən qiymətli memarlıq inciləri sırasında bu gün də özünəməxsus yer tutur.
XII əsr intibahı sürətli iqtisadi-siyasi inkişaf dövrü olmuş və mədəni inkişafı da məhz iqtisadi inkişaf şərtləndirmişdir. Bu dövrdə Naxçıvanda iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sənətkarlığın inkişafı müşahidə edilmiş, yerli sənətkarlar daxili və xarici bazar üçün parça, örtük, keçə, çuxa, saxsı və taxta qablar, keramik məmulat və həmçinin misdən, qiymətli metallardan hazırlanmış məmulatlar istehsal etmişlər.
Naxçıvan tarixinin üçüncü intibah dövrünü isə bir çoxlarımız fərqində olmadan 17 ildir ki, yaşayırıq. Bəli, Naxçıvan tarixinin üçüncü intibah dövrü müstəqil Azərbaycanın 1993-cü ildən başlayan inkişafının və tərəqqisinin, intibahının ayrılmaz tərkib hissəsidir. Lakin bu intibaha aparan yola Naxçıvan daha əvvəl çıxmışdır. Əgər ümumazərbaycan miqyasında bu proses 1993-cü ildən başlanmışdırsa, Naxçıvanda böyük intibaha aparan yol XX əsrin 90-cı illərinin əvvəllərində müəyyənləşdirilmişdir. Naxçıvanın üçüncü intibahının xarakterik xüsusiyyətlərindən biri də onun Azərbaycanın əsas hissəsindən ayrı düşməsinə baxmayaraq, ümummilli inkişaf proseslərindən bəhrələnməsidir. Yuxarıda da qeyd etdiyimiz kimi, intibah – renessans bir çox hallarda, əsasən, mədəni inkişafla bağlı proses kimi xarakterizə olunsa da, intibaha aparan yol əvvəlcə iqtisadi inkişafdan keçir. Bu mənada tariximizin üçüncü intibahının dərindən öyrənilməli və təhlil olunmalı məqamlarından biri iqtisadi inkişafın Naxçıvan modelidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsasları müəyyənləşdirilən və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla inkişaf etdirilən bu modelin əsas uğuru blokada şəraitində, ölkənin əsas ərazisi ilə birbaşa əlaqənin olmadığı şəraitdə belə, inkişafı təmin etməsi, eyni zamanda inkişafın sistemli xarakter daşıması və sürətli təkamül yolu ilə getməsindədir. Blokada şəraitində – iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunması, istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işləri, sosial problemlərin səmərəli həlli və ən əsası əhalinin güzəranının yaxşılaşdırılması inkişafın Naxçıvan modelinin xarakterik xüsusiyyətləridir. Məhz bütün bunlar – iqtisadi sahə ilə yanaşı, ictimai həyatın bütün sahələrində gedən kompleks inkişaf prosesləri tariximizin ən yeni dövrünü məhz Naxçıvan tarixinin üçüncü intibah dövrü adlandırmağımıza imkan verir.
1996-2012-ci illər ərzində həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə, muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Sürətli inkişafa rəvac verən iqtisadi inkişafın Naxçıvan modeli tarazlı və davamlı inkişaf üçün başlıca amildir. Məhz düzgün iqtisadi siyasət nəticəsində şəhər və rayonlarımızda canlanma yaranmış, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində işsizliyin səviyyəsi xeyli dərəcədə azaldılmışdır. Naxçıvanın üçüncü intibah dövründə təkcə paytaxt Naxçıvan şəhərində və rayon mərkəzlərində deyil, hətta ən ucqar kəndlərdə belə, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi sosial-iqtisadi və mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaratmışdır.

Bu inkişaf, bu tərəqqi isə ölkəmizdə dövlət-xalq birliyini möhkəmləndirir. Milli dövlətçiliyin, milli intibahın bəhrələrini görən vətəndaş bu dövlətin sadiq müdafiəçisinə çevrilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “İnsanların yüksək həyat standartları səviyyəsində yaşaması və səmərəli fəaliyyət göstərməsi üçün ölkədə sabitlik, sosial-iqtisadi inkişaf, dövlət və xalq birliyi olmalıdır. Bu gün Azərbaycanda yüksək sosial-iqtisadi inkişaf, davamlı sabitlik, xalq və dövlət birliyi mövcuddur. Bunun da nəticəsində bütün sahələr inkişaf edir, insanların sosial-rifah halı yüksəldilir, genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının, bütün sahələrdə əldə olunan uğurlarının təməlində insan zəhməti və fədakarlığı dayanır”.


Elnur KƏLBİZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3054495
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1689
3998
31727
105826
3054495

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter