14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmış, bununla da, Milli Ordumuzun əsası qoyulmuşdur. 1920-ci ildə ölkəmiz Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan Ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur.
Güclü, qüdrətli ordusu olmayan dövlət öz müstəqilliyini qoruyub saxlamaq iqtidarında deyil və gec-tez məhvə məhkumdur. Dövlətin özünü qoruması üçün, ilk növbədə, mütəşəkkil orduya ehtiyacı var. Bunun üçün də hər bir müstəqil dövlət öz ordusu ilə tanınır, nüfuz qazanır. Azərbaycanın zəngin dövlətçilik tarixində də güclü, mütəşəkkil ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Digər sahələrdə olduğu kimi, ölkəmizdə güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı da görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur.

Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. Lakin o dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması dahi rəhbərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşıyır. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli Milli Ordusunun peşəkar komandan heyətini təşkil etmişdir.
Milli ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində ulu öndərin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi ­ 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın ­ 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir. Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilmişdir.
1991-1993-cü illərdə ölkəmizdə hakimiyyətdə olanların səriştəsiz siyasəti nəticəsində ordu quruculuğu diqqətdən kənarda qalmışdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda Silahlı Qüvvələrin təşkili prosesi yeni vüsət almış, ordu quruculuğu prosesi vacib və zəruri məsələ kimi diqqət mərkəzində saxlanılmış, hərbi təhsil sistemi yenidən qurulmuş, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Dahi şəxsiyyətin ­rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin strukturu tam formalaşdırılmış, bütün növ hərbi birləşmələr, piyada, tank, artilleriya qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qoşunları, əlahiddə taborlar yaradılmış, hərbi hissələr komplektləşdirilmişdir. Görkəmli dövlət xadiminin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması da diqqət mərkəzində saxlanılmış, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Hazırda Silahlı Qüvvələrimizin sülhməramlıları müxtəlif münaqişə zonalarında öz missiyalarını uğurla yerinə yetirirlər.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artmasına və nəticə etibarilə, ordumuzun güclənməsinə şərait yaratmışdır. Ordu quruculuğu sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır.
Dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaratmışdır. Ölkə Prezidenti bu barədə demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Bu gün Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublika ərazisindəki hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Bir faktı qeyd etmək yerinə düşər ki, son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
Naxçıvanda xalq-ordu birliyi özünün ən yaxşı ifadəsini tapmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tez-tez sərhəd bölgələrindəki hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin həyat tərzi və problemləri ilə mütəmadi olaraq maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur.
Muxtar respublikada hərbi kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilmiş, kursantlar üçün müasir tədris, rahat məişət və yaşayış şəraiti yaradılmışdır. Artıq hərbi lisey ölkəmizdə gələcəyin peşəkar zabitlərinin yetişdirilməsinə mühüm töhfə verən mötəbər təhsil ocağıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Bu gün müstəqil Azərbaycanda ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkə Prezidentinin rəhbərliyi ilə ordumuz inkişaf edərək ən müasir səviyyəyə gəlib çatmışdır. Ən yeni silah və texnika ilə təminat, vətənpərvər və peşəkar şəxsi heyət, hərbi qulluqçulara davamlı qayğı Azərbaycan Ordusunun reallıqlarıdır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu və birləşmələri də mühüm təşkilatlanma yolu keçərək daha da möhkəmlənmişdir”.
Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Biz belə bir qüdrətli ordu ilə Vətənimizi düşməndən qorumağa həmişə hazırıq. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün ölkəmizin hər cür imkanı, ən əsası isə qüdrətli ordusu vardır.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272107
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1728
4121
9876
56753
3272107

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter