18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Tariximizin yeni və ən yeni dövrlərini oxuduqca, müəllimlərimizin bu dövrü təhlil edən dərslərini dinlədikcə məlum olur ki, ötən əsrin ikinci yarısı Azərbaycanın inkişafı baxımından olduqca mühüm bir dövrdür. Bu dövr ölkəmizin hərtərəfli inkişafı ilə səciyyələnir. Əlbəttə ki, bu inkişafın təməlində xalqımıza məxsus olan və onun, sözün əsl mənasında, milli kimliyini ifadə edən özünəməxsus atributlarının və mədəniyyətinin tərəqqisi durur.
İnsanın milli mənsubluğunu bildirən amillər sırasında dil birincidir. Yəni bəşəriyyət danışdığı dillə millət­lərə və dövlətlərə bölünmüşdür. Ana dilimiz Azərbaycan dili türk dillərinə mənsub olan və tarixi minilliklərlə ölçülən qədim dillərdən biridir. Zaman-zaman ana dilimizə qarşı təzyiqlər olmuş, onun işləklik dairəsinin məhdudluğuna çalışılmışdır. Yaxın keçmişimiz olan Sovet İttifaqı dövründə də bu siyasət həyata keçirilmişdir. Lakin müasir tariximizə adını qızıl hərflərlə öz əməlləri, uzaqgörən ideyaları və müdrik rəhbərliyi ilə yazdıran xalqımızın ümummilli lideri Heydər Əliyev qətiyyətlə bu mənfur siyasətin ölkəmizdə həyata keçirilməsinin qarşısını almışdır. Bu, ana dilimizin o zamankı Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit olunması ilə nəticələnmişdir. Məhz bu uğurlu nəticənin əldə olunması ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirdiyi siyasətlə bağlıdır. Həmin dövrdə dahi rəhbər mərkəzin təzyiqlərinə məhəl qoymadan cəsarətlə ana dilinin müdafiəsinə qalxmış, rəsmi dövlət tədbirlərində Azərbaycan dilində çıxış etmişdir. Ulu öndərin ölkə rəhbəri kimi ilk belə çıxışı Azərbaycana rəhbərliyinin birinci dövrünün ilk illərində indiki Bakı Dövlət Universitetinin yubiley tədbirində olmuşdur. Bundan sonra məktəblərdə “Azərbaycan dili” fənninin tədrisi saatı artırılmış, məktəblilər üçün dilimizin özünəməxsus xüsusiyyətlərini geniş şəkildə əhatə edən dərsliklər çap olunmağa başlanmışdır. Bununla yanaşı, bütün dövlət idarələrində sənədləşmələr Azərbaycan dilində aparılmışdır. Bütün bunlar dilçi alimləri Azərbaycan dilinin fonetik, leksik, qrammatik quruluşu ilə bərabər, dilimizin digər sahələrinin də tədqiqinə və bu araşdırmaların doğma ana dilində əks olunmasına ruhlandırmışdır. Beləliklə, Azərbaycan dili və onun sahələri digər türk dilləri ilə müqayisəli şəkildə tədqiq olunmağa başlanmışdır.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra digər tale­yüklü məsələlərlə yanaşı, dövlət dili məsələsi də, sözün əsl mənasında, öz həllini gözləyən problemlər sırasında idi. Belə ki, müstəqilliyin ilk illərində Azərbaycana “rəhbərlik edənlər” Azərbaycan Respublikasının dövlət dilinin “Türk dili” adı ilə təsbit olunmasına çalışmışlar. Məlumdur ki, belə adlanma Azərbaycan və Türkiyə türkcəsinin eyniləşdirilməsi əsasında irəli sürülmüşdür. Lakin mövcud dil faktları türk dili ilə Azərbaycan dilinin oxşarlığı ilə yanaşı, ayrı-ayrılıqda fərqləndirici xüsusiyyətlərə malik olduğunu göstərməkdədir. 
1995-ci ilin noyabrında, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu zamanı ulu öndər Heydər Əliyevin dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması təklifi ümumxalq səsverməsi ilə birmənalı şəkildə qəbul olunmuş və bu, Konstitusiyanın 21-ci maddəsində öz əksini tapmışdır.
Dahi rəhbər Heydər Əliyevi xalqımıza sevdirən özünəməxsus cəhətlərini saymaqla tükənməz. Məhz ana dilinin varlığını qoruyub-saxlayan, işləkliyini təmin edən görkəmli dövlət xadimi Heydər Əliyev təkcə elə bu fəaliyyətinə görə dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaqdır.
Ulu öndərin Azərbaycana rəhbərliyinin ikinci dövrünü Azərbaycan dilinin inkişafı, işləkliyi, dünya dilləri içərisində tanınması dövrü kimi xarakterizə etmək olar. Ümummilli liderimiz bu sahədə müxtəlif sərəncam və fərmanlar imzalamış, qərarlar qəbul etmiş, beləliklə, ana dilimizin regionda əhatəli şəkildə işləkliyinə nail olmuşdur.
Bir cəhəti də xüsusilə qeyd etməliyik ki, dahi şəxsiyyətin çıxışları Azərbaycan dilinin zənginliyini, incəliyini və fikir ifadəetmə kimi yüksək qabiliyyətini tam mənası ilə özündə əks etdirmişdir. Onun istənilən sahə üzrə etdiyi çıxışlar, söylədiyi nitqlər Azərbaycan dilinin zəngin söz sərvətinin dəyərli inciləridir.
Mən dahi öndərin adını daşıyan məktəbdə təhsil alıram. Çalışıram ki, ana dilimizin incəliklərinə yiyələnəm. Söz verirəm ki, mən də ulu öndərimiz kimi doğma dilimizi dərin məhəbbətlə sevəcəyəm.

Arzu ƏLİYEVA
Heydər Əliyev adına tam orta
məktəbin XI sinif şagirdi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287601
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2449
3637
25370
72247
3287601

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter