26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib.
İclası nazir Famil Seyidov açaraq məruzə ilə çıxış edib. Bildirib ki, avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisinin Sədri tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına mühüm tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin qarşısında isə mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünün təşkil edilməsi, qəbul olunmuş meyvə-­tərəvəzin saxlanılması üçün müvafiq texnoloji şəraitin yaradılmasına ­nəzarətin artırılması kimi vəzifələr qoyulub.
Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə­-tərəvəz məhsullarının tədarük оlunması istiqamətində kənd inzibati ərazi dairələri üzrə nümayəndələrlə birgə sоyuducu anbarların və isti­хana kоmplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların anbarlara tədarük edilməsi məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib. Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının saxlanması üçün ümumi tutumu 14 min 245 ton olan 33 soyuducu anbar yaradılıb. Muxtar respublika əhalisinin bu məhsullara olan tələbatını yerli istehsal hesabına təmin etmək məqsədilə Babək rayonunun Nehrəm kəndində tutumu 2500 ton olan soyuducu anbarın qurulması davam etdirilir.

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində muxtar respublika ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz məhsullarının saxlanması anbarlarına 3000 tonadək kənd təsərrüfatı məhsulu, o cümlədən 2 min 934 ton kartof, 4,3 ton soğan, 14,2 ton alma, 7,2 ton pomidor, 27 ton ərik, 0,2 ton sarımsaq və 13,4 ton kələm məhsulu tədarük olunub. Naxçıvan Muxtar Respublikası Nazirlər ­Kabinetinin müvafiq sərəncamına əsasən Şahbuz və Sədərək rayonlarında uzun müddət təyinatı üzrə istifadə edilməyən soyuducu anbarlar dövlət ehtiyacı üçün geri götürülərək cari təmir və avadanlıqlara texniki baxış aparılıb və anbarların tutumuna uyğun olaraq məhsul tədarükü başa çatdırılıb.
Vurğulanıb ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 35 halda orta nümunələr götürü­lərək keyfiyyət göstəriciləri təhlil edilib. 704 halda səyyar laboratoriya yoxlamaları aparılıb və normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
Nazir qeyd edib ki, əhalinin qış aylarında tərəvəz məhsulları ilə təmin olunması mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən diqqətin nəticəsində muxtar respublikada 129 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 22 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin ötən dövrü ərzində istixana komplekslərində istehsal olunan 358 ton tərəvəz məhsulları istehlakçılara təklif olunub. Bundan əlavə, muxtar rеspublikada fəaliyyət göstərən və gündəlik istehsal gücü 442 ton olan taxıl еmalı müəssisələrinə iyun-iyul aylarında 4 min 410 ton taxıl tədarük olunub. “Naxçıvan Buğda Məhsulları” MMC-nin tаxıl аnbаrında isə yerli tədarükdən əlavə 5 min 129 ton taxıl ehtiyatı mövcuddur.
İstehlak olunan malların ekspertizasına toxunan iqtisadiyyat naziri bildirib ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən un və un məhsullarının keyfiyyəti də daim nəzarətdə saxlanılıb və bu müddət ərzində 511 halda, о cümlədən 279 çörək, 181 halda unlu qənnadı məhsulları, 41 halda un, 5 halda buğda, 5 halda kəpək nümunəsi götürülərək labоratоriya müayinələrindən ke­çirilib. Eyni zamanda diqqətə çatdırılıb ki, muxtar respublikada ətlik və yumurtalıq istiqamətində fəaliyyət göstərən broyler quşçuluq təsərrüfatlarında cari ilin ötən dövrü ərzində 138 min 500 baş ətlik, 23 min 200 baş yumurtalıq istiqamətində quş bəslənilib. Haliyədə anbarlarda 568,7 ton quş əti, 10 min 400 ədəd yumurta məhsulu mövcuddur.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

* * *

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir­liyində keçirilən kollegiya iclasını nazir Rövşən Məmmədov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, 2018-ci il avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilmiş müşavirədə Ali Məclisin Sədri digər sahələrlə yanaşı, Rabitə və Yeni Texnologiyalar Nazirliyinə də tapşırıqlar verib. Qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı hazırda nazirlik və onun tabeliyində olan müəssisələr üzrə payız-qış mövsümü ilə bağlı heç bir maneə yoxdur. Belə ki, nazirliyin anbarında hazırda 140,8 kilometr uzunluğunda fiziki, 106,6 kilometr uzunluğunda fiber-optik kabellər var. Bundan əlavə, anbarda qəza halları üçün daim müxtəlif ­diametrli kabellərin hər birindən 2 kilometr olmaqla ehtiyat saxlanılır.
Qeyd olunub ki, mövsümdən asılı olmayaraq, istismar edilən bütün elektron qurğuların ehtiyat hissələrinin və blokların olmasına nəzarət edilir. Ehtiyat tükənmədən əlavə hissələrin alınması təmin olunur. Eyni zamanda avadanlıqların qorunması haqqında muxtar respublika rəhbəri tərəfindən verilən tapşırıqlar daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə bütün mümkün imkanlardan istifadə olunur. Belə ki, artıq bir neçə ildir, birbaşa ümumi elektrik şəbəkəsindən qidalanan avadanlıqlar gərginliyin ani artıb-azalmasına həssas olan gərginlik releləri ilə təchiz edilib. Telefon kabellərinin abunəçilərə paylanma nöqtələrinə ildırım və elektrikdən qoruma sistemi olan abunəçi qutuları və paylama şkafları qoyulur. Həmçinin muxtar respublikada həyata keçirilən geniş abadlıq və quruculuq işlərinin tərkib hissəsi olan kənd mərkəzlərinin tikilməsi və ATS-lərin stabil elektrik və istilik sistemi ilə təmin edilmiş müasir binalara köçürülməsi sayəsində son illər avadanlıqların sıradan çıxmasının qarşısı alınıb.
Diqqətə çatdırılıb ki, hazırda muxtar respublika üzrə mövcud 190 ATS-dən 18-i açıq havatipli, 152-si, həmçinin 177 poçt məntəqəsindən 161-i yeni binalarda yerləşir. İstilik sistemi olmayan iş yerləri isə qışda standart elektrik qızdırıcıları ilə qızdırılır. Bütün generator və akkumulyatorlara mərkəzləşmiş qaydada xidmət olunur. Rübdə bir dəfə baxış keçirilir və lazımi texniki xidmət göstərilir. Ötən ay Ordubad rayonunda yeni nəsil telefon sistemi istifadəyə verilib və əlavə 15 ədəd NGN tipli yeni nəsil avtomat telefon stansiyaları alınıb. Bununla əlaqədar Ordubad, Şərur, Şahbuz və Babək rayonları üzrə demontaj olunan ATS-lərdən çıxarılan akkumulyatorlar komplektləşdirilib. Bunun hesabına Culfa və Kəngərli rayonlarına tələb olunan 44 komplekt əvəzinə oktyabr ayının 25-dək enerjini az saxlayan istismar müddəti ötmüş 21 komplekt akkumulyatorun yeniləri ilə əvəz edilməsi nəzərdə tutulur.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3066739
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
771
4574
9672
118070
3066739

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter