2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Nахçıvаn Muхtаr Rеspublikаsı Daxili İşlər Nazirliyində kеçirilən müşаvirəni nazir, general-leytenant Fazil Ələkbərov açaraq geniş məruzə ilə çıxış edib.
Nazir bildirib ki, ötən dövr ərzində elektrik enerjisi və qazdan sayğacdan­kənar istifadə hallarının qarşısının аlınmаsı məqsədilə aidiyyəti təş­kilatlarla birgə reydlər keçirilib, elеktrik, qаz və istilik sistеmindən istifаdə оlunаn еnеrjiyə görə hаqqın ödənilməsi üçün əhаli ilə mааrifləndirici söhbətlər аpаrılıb. Cari ilin müvafiq dövründə elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadə edən 105 nəfər vətəndaş aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb, ümumilikdə, 37 min 682 manat məbləğində cərimə tətbiq edilərək büdcəyə ödənilib.
Vurğulanıb ki, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının payız-qış mövsümünə hazırlığı ilə əlaqədar bir sıra işlər görülüb, əsgər kazarmalarının istilik sistemində əvvəlki illərdə mövcud olmuş nasazlıqların aradan qaldırılması məqsədilə təmir işləri aparılıb, elektrik və qaz təsərrüfatı yoxlanılaraq bütün şəхsi hеyət isti qış gеyim fоrmаsı ilə təmin оlunub. Həyata keçirilən tədbirlər nəticəsində Dахili Qоşunlаrın “Nахçıvаn” Əlahiddə Əməliyyat Briqadası, еləcə də dахili işlər оrqаnlаrında 2017-2018-ci illərin payız-qış mövsümü prоblеmsiz başa çatıb.

Fazil Ələkbərov bildirib ki, 2018-ci il avqust ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə nazirlik qarşısına qoyulan vəzifə və tapşırıqların icrası ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirməlidir. Belə ki, Dövlət Yol Polisi İdarəsi tərəfindən tехniki cəhətdən nаsаz аvtоmоbillərin qış аylаrındа hərəkətinə məhdudiyyətlər qоyulmаlı, bu cür аvtоmоbillərin аşkаrlаnmаsı üçün rеydlər təşkil оlunmаlıdır. 

Qış aylarında müntəzəm olaraq avtomobil yollarının müayinəsi həyata keçirilməli, buz bağlamış yolların təmizlənməsi və buz bağlama ehtimalı daha çox olan yollarda şor qum tədarükünün görülməsi üçün Naxçıvan Muxtar Respublikası Аvtоmоbil Yоllаrı Dövlət Agentliyi ilə birgə müvafiq tədbirlər həyata keçirilməlidir.
Nаzirliyin struktur qurumlаrının inzibаti binаları müayinə olunaraq qаzаnхаnаlаrdа olan çаtışmаzlıqlаr аrаdаn qаldırılmаlı, istilik-qızdırıcı xətləri təmir olunmalı, elektrik enerjisindən və qazdan qənaətlə istifadə edilməklə israfçılığın qarşısı qətiyyətlə alınmalıdır.
“Yanğınsöndürmə vasitələri qış mövsümünə uyğun olaraq hazırlanmalı, hazırkı limitdən qənaətlə istifadə etməklə yanacaq ehtiyatı yaradılmalı, xidməti avtomobillər rezin şinlərlə təmin olunmalı və mühərriklərin donmaması üçün qış aylarında donmayan mayelərdən istifadə olunmalıdır”, – deyən nazir diqqətə çatdırıb ki, nazirliyin Maddi-texniki təminat şöbəsi şəxsi heyəti mövsümi isti geyimlərlə təmin etməli, tibb xidməti soyuq havalarda şəxsi heyət arasında yayıla biləcək yoluxucu xəstəliklərin qarşısının alınması üçün müvafiq qabaqlayıcı tədbirlər həyata keçirməlidir. Qazanxanalarda yalnız xüsusi sertifikatı olan vətəndaşlar işə götürülməlidir.
Elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadə etmə hallarının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla birgə reydlər keçirilməli, elеktrik, qаz və istilik sistеmindən istifаdə оlunаn еnеrjiyə görə hаqqın ödənilməsi istiqamətində şəxsi heyət arasında və əhаli ilə mааrifləndirici söhbətlər аpаrılmalıdır.
Qeyd olunub ki, qış mövsümü ilə əlaqədar satışa çıxarılan müxtəlif çeşidli qızdırıcı sobaların standartlara uyğun olub-olmamasını müəyyənləşdirmək üçün əlaqəli dövlət orqanları ilə birlikdə reyd yoxlamaları keçirilməli, köhnə qızdırıcı vasitələrin satışının və istifadə olunmasının qarşısı qətiyyətlə alınmalıdır. Sobalar quraşdırılmadan öncə vətən­daşlarla Fövqəladə Hallar Nazir­liyinin yerli qurumlarının əməkdaşları ilə birlikdə sobalardan istifadə haqqında maarifləndirici söhbətlər aparılmalıdır.
Reyd yoxlamaları keçirilərkən sudan israfçılıqla istifadə olunması hallarına yol verməmək məqsədilə tədbirlər görülməli və quraşdırılmış su sayğaclarına qanunsuz müdaxilə hallarının qarşısı alınmalıdır.
Qışа hаzırlıqlа əlаqədаr Dахili Qоşunlаrın “Nахçıvаn” Əlahiddə Əməliyyat Briqadasındа da müvafiq tədbirlər həyata keçirilməli və qarşıya çıxan vacib məsələlər operativ həll olunmalıdır.
Tədbirdə nazirliyin tabeliyində olan aidiyyəti qurumların rəhbərlərinin çıxışları dinlənilib.

* * *

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir­liyində keçirilən müşavirəni nazir Mayis Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, payız mövsümündə muxtar respublika ərazisində, o cümlədən ayrı-ayrı rayonlarda, magistral yol kənarlarında, sututarların, su kanallarının ətrafında, meşə fondu torpaqlarında, xüsusilə kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə 250 hektardan çox sahədə yaşıllaşdırma, meşəsalma, meşə­bərpa, yeni meyvə, üzüm bağlarının salınması tədbirlərinin icra edilməsi nəzərdə tutulmuşdur. Cari ilin yaz əkin mövsümündə muxtar respublika ərazisində, şəhər, qəsəbə və kəndlərdə, ümumilikdə, kənd təsərrüfatı əkinləri üçün yararsız olan 223 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılmış, yeni meyvə bağları salınmışdır. Ümumilikdə, 15 hektar üzüm bağı, 4 hektar badam bağı olmaqla, 90 hektar sahədə meyvə (ərik, alça, alma, gilənar, tut, badam, üzüm), 133 hektar sahədə meşə massivi, yaşıllıq zolaqları salınmış və əvvəllər əkilmiş sahələrdə, təbii meşələrdə meşəbərpa (toxumla və tinglə) tədbirləri icra edilmişdir. Yaşıllaşdırma tədbirlərində, ümumilikdə, 222 mindən artıq meşə və meyvə tingi, həmişəyaşıl ağaclar, bəzək və gül kolları əkilmişdir. Dövlət proqramına uyğun olaraq meyvəçiliyin inkişaf etdirilməsi məqsədilə inzibati rayonlarda, ümumilikdə, 67,9 hektar sahədə meyvə bağları, qoruyucu yaşıllıq zolaqları salınmış, bərpa işləri aparılmışdır. Bu yaşıllaşdırma tədbirlərində, ümumilikdə, 65 mindən artıq ting əkin dövriyyəsinə daxil edilmişdir ki, bunun da 60 mini meyvə tingi, 23 min 500-ü üzüm kolu, qalanı isə meşə, həmişəyaşıl, bəzək və gül kollarıdır.
Qeyd olunub ki, nazirliyin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsi, Meşə təsərrüfatı idarəsi, Meşəsalma və Meşə tingliyi müəssisəsi tərəfindən 2018-ci ilin payız mövsümündə həyata keçiriləcək əkin və əkin-bərpa, yaşıllaşdırma və yeni meyvə bağlarının salınması işlərinin mütəşəkkil keçirilməsi üçün sentyabr, oktyabr aylarında əkin aparılacaq ərazilərin sxem-planları hazırlanmalı, ting ehtiyatı yaradılmalı, torpaq hazırlığı işləri görülməli, texnika, maşın və mexanizmlər saz vəziyyətə gətirilməlidir. Əkin işlərinin keyfiyyətinin yüksəldilməsi üçün rayonlaşdırma işlərinin aparılması, torpaqların münbitliyinin artırılması tədbirləri davam etdirilməlidir. Xüsusilə dağlıq və meşə fondu ərazilərində toxumla əkin işlərinin aparılmasına üstünlük verilməlidir. Dövlət meşə fondu ərazilərində quruyan ağacların təmiz­lənməsi və hərbi hissələrə verilməsi işləri müntəzəm şəkildə görülməlidir. Duzdağ daşduz mədən sahəsi ərazisində geoloji kəşfiyyat işləri davam etdirilməli, yeni şaxta yerinin layihə-smeta sənədlərinin hazırlanması başa çatdırılmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olub.

* * *

Naxçıvan Beynəlxalq Hava Limanında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə hava limanının direktoru Mənşur Gülməm­mədli məruzə ilə çıxış edib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar xüsusi avtonəqliyyat xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, lazımi ehtiyat hissələrinin alınması, sürücü­lərin bilik səviyyəsinin yoxlanması, texnikalardan düzgün və təyinatı üzrə istifadə qaydalarına əməl olunması yönündə maarifləndirmə işləri davam etdirilməli, uçuş-enmə zolağı, dönmə yolları və təyyarə dayanacaqlarında qartəmizləmə metodu verilmiş xüsusi planlara uyğun aparılmalıdır. Hava gəmilərinin buzlaşmaya qarşı emalı, mayelərin toplanması, təyyarələrin yedəklənməsi, qarşılanıb yola salınması prosesləri mövsümə uyğunlaşdırılmalıdır.
Hava limanının direktoru bildirib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar ən vacib məsələlərdən biri də soyuq havalarda hava gəmilərinin uçuş-enmə zolağına təhlükəsiz, maneəsiz enib-qalxmasının təmin olunmasıdır. Aerodrom təminatı sahəsi bu istiqamətdə ardıcıl hazırlıq işləri aparmalıdır. Mövsümün sonuna qədər uçuş-enmə zolağında cari təmir işləri başa çatdırılmalı, ölçü cihazlarının – skidometr və ATT-2 avadanlıqlarının test yoxlamaları keçirilməli, mühəndis-texnik heyəti işini payız-qış mövsümünə uyğun təşkil etməli, qartəmizləmə qrafikləri hazırlanmalı və tələb olunan səviyyədə aerodromun normal istismarını təmin etməlidir. Bundan əlavə, qarlı və soyuq havalarda aero­vağzal kompleksi və yardımçı binaların, uçuş-enmə zolaqlarının işıqlandırma sistemlərinin yoxlanması reqlamentə uyğun olaraq davam etdirilməlidir. Uçuşların elektrik işıq texnikası ilə təminatı xidmətinin mühəndis-texnik heyəti payız­-qış mövsümünə hazırlıqla əlaqədar maarifləndirilməli və test yoxlamaları keçirilməlidir. Dizel generatorlarının, transformatorların, kəsintisiz enerji mənbəyi olan UPS qurğularına texniki baxışın keçirilməsi davam etdirilməlidir. Eyni zamanda mövsümə hazırlıqla əlaqədar yanacaq-sürtkü materialları anbarında qulluq göstərən yanacaq maşınlarının, çənlərin, nasos qurğularının sazlığı nəzarətdə saxlanılmalıdır. Yanacaqların keyfiyyətinə nəzarət, filtr-süzən qurğuların saz saxlanılması, mövsümün sonuna qədər tələb olunan yanacağın toplanılması davam etdirilməlidir.
Bildirilib ki, Aviasiya təhlükəsizlik xidmətinin müşahidə-mühafizə qüllələrində istilik cihazlarının quraşdırılması, rabitə və telefon xətlərinin yoxlanılması və aerovağzal kompleksinin baxış avadanlıqlarına texniki qulluq göstərilməsi işi də davam etdirilməlidir. Bununla yanaşı, Texnoloji avadanlıqların istismarı və təmiri sahəsi yeni quraşdırılan avadanlıqların sazlığını yoxlamalı, teleskopik traplara, liftlərə və baqaj konveyerlərinə payız-qış mövsümü ilə əlaqədar test yoxlamaları keçirməlidir. Ümumilikdə, hava limanının bütün xidmətlərinin payız-qış mövsümünə hazırlığı oktyabrın 15-dək yekunlaşdırılmalıdır.
Tədbir məruzə ətrafında çıxışlarla davam edib.

* * *

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində keçirilən müşavirəni nazir, general-leytenant Şamı Abdullayev açaraq qeyd edib ki, ötən müddət ərzində nazirlik tərəfindən muxtar respublikada qazla iş rejiminə keçirilmiş 736 qazanxananın yanğın və texniki təhlükəsizliyi vəziyyəti yoxlanılıb. Müvafiq peşə ixtisası üzrə şəhadətnaməsi olmayan mövsümi işçilər peşə kurslarına cəlb olunaraq, ümumilikdə, 254 nəfər ocaqçı-maşinist ixtisası üzrə hazırlanıb. Standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi üçün 122 ticarət obyektinin sahibkarları və istehlakçıları ilə maarifləndirici söhbətlər aparılıb, onlara bildirişlər təqdim edilib.
Qışa hazırlıqla bağlı nazirliyin balansında olan “Man” və “İveco” markalı yanğınsöndürmə avtomobillərinin yağları, yanacaq və hava filtrləri dəyişdirilib, 16 min litr köpük əmələgətirən maye ehtiyatı yaradılıb, 2 yanğınsöndürmə avtomobili üçün 10 ədəd şin alınıb. Mülki müdafiə alayında 3 aylıq ­ərzaq, əşya və yanacaq-sürtkü materialları ehtiyatı yaradılıb, hərbi hissənin yaşayış və qeyri yaşayış sahələrində, həmçinin yanğın təhlükəsizliyi şöbələrinin inzibati binalarında və texniki qarajlarında cari təmir işləri aparılıb. 2 əməliyyat-minik, 1 yanğınsöndürmə avtomobili və Mİ-17-1V tipli xilasedici vertolyot təmir etdirilib. Səfərbərlik ehtiyatları anbarında əşya və əmlakların təlimatın tələblərinə uyğun saxlanılması və təzələnməsi, həmçinin 9 ədəd dəm qazını aşkarlayan cihazın Bakı şəhərində texniki nəzarətdən ke­çirilməsi təmin edilib.
Cari ilin 7 ayında yanğın təhlükəsizliyi orqanları tərəfindən 1036 obyektdə əsaslı, 1228 obyektdə nəzəri yoxlama keçirilib, qaz və elektrik qızdırıcı cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmələrin qarşısının alınması məqsədilə obyektlərdə maarifləndi­rici söhbətlər aparılıb. Fövqəladə hallar zamanı muxtar respublikada fəaliyyəti zəruri olan 122 obyektin hazırlıq vəziyyəti yoxlanılıb. Naxçıvan şəhərində və rayon mərkəzlərində 160 yaşayış binasının 5400 mənzilində tüstü bacaları yoxlanılıb, 22 təhlükə potensiallı obyektdə yanğın və texniki təhlükəsizliyin vəziyyəti, mühafizə işinin təşkili nəzarətdə saxlanılıb, həmçinin taxıl ehtiyatları anbarının və un dəyirmanlarının fəaliyyət rejimlərinə ­nəzarət edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

* * *

Payız-qış mövsümünə hazır­lıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar Şərur rayonunda keçiri­lən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov məruzə ilə çıxış edib.
Bildirib ki, hazırda rayon mərkəzindəki 524 mənzilli 17 çoxmərtəbəli yaşayış binasında, müxtəlif yaşayış məntəqələrindəki 47 təhsil, 47 səhiyyə, 94 mədəniyyət müəssisəsində müasir istilik sistemi mövcuddur. Geniş quruculuq tədbirləri aparılan İbadulla, Kosacan və Kərim­bəyli kəndlərində inşa edilən, yaxud yenidən qurulan sosial-mədəni obyektlərdə, Şərur şəhərində Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan binada da müasir istilik sistemi quraşdırılacaqdır. Mərkəzləşdirilmiş istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin payız-qış mövsümündə yanacağa və tələb olunan avadanlıqlara tələbatı öyrənilib və ümumilikdə, 47 min 460 litr ağ neftə, 65 kvadrat­metr şüşəyə, 73 ədəd şiferə, 331 metr polietilen örtüyə ehtiyac olduğu müəyyən edilib. Ayrılan yanacağın və digər avadanlıqların vaxtında təmin olunması istiqamətində işlər davam etdirilməlidir.
Kamal Cəfərov bildirib ki, əhalinin payız-qış aylarında fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təmin edilməsi üçün avadanlıqlara texniki baxış davam etdirilməli, tənzimləyici qurğuların mövsümə uyğun nizamlanması, xətlərdəki nasazlığın vaxtında müəyyən edilməsi, sayğacdankənar istifadənin qarşısının alınması, texnoloji rejimə uyğun həyata keçirilməsi təmin olunmalıdır. Qaz təsərrüfatında çalışanların ixtisas hazırlığına cəlb olunması diqqət mərkəzində saxlanılmalıdır.
Mal-material ehtiyatlarından səmə­rəli istifadə təmin edilməli, işlənilən materialların yerinə yenilərinin alınıb gətirilməsi və sabit ehtiyatın yaradılmasına diqqət yetirilməlidir.
Qeyd olunub ki, mövcud qazanxanaların fasiləsiz işini təmin etmək məqsədilə onların elektrik enerjisi, təbii qaz və su ilə təchizatı məsələləri nəzarətdə saxlanılmalı, istilik sistemlərinin dayanıqlılığına və qazanxanaların qəbul olunmuş texniki normalar çərçivəsində istismarına diqqət artırılmalıdır. Qazanxanalarda çalışanlar peşə hazırlığı kurslarına cəlb edilməli və sertifikat aldıqdan sonra mövsümi işə qəbul üçün müqavilə bağlanmalıdır.
Rayon Yol Təmir-Tikinti İdarəsi payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini təmin etmək üçün texnikaların işlək vəziyyətdə saxlanmasını, maşın və mexanizmlərin ehtiyat hissələrinin yaradılmasını, qum tədarükünü davam etdirməli, qarşıya çıxa biləcək problemlərin həlli üçün indidən tədbirlər görməlidir. Payız­-qış mövsümündə marşrut avtobuslarının və taksi maşınlarının qrafikə uyğun hərəkəti və texniki sazlığı diqqətdə saxlanılmalı, mövcud nəqliyyat vasitələri və digər texnikalar saz vəziyyətə gətirilməli, onlar üçün zəruri ehtiyat hissələri yaradılmalıdır.
Bildirilib ki, ilin bütün fəsillərində istehlakçı tələbinin keyfiyyətli məhsullar hesabına ödənilməsi üçün mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş yerli kənd təsərrüfatı məhsullarının soyuducu anbarlar tərəfindən tədarükü davam etdirilməlidir. Soyuducu anbarlara meyvə və tərəvəz məhsullarının tədarükü nəzarətdə saxlanmalı, bu işdə sahibkarlara əməli köməkliklər göstərilməlidir.
Sonra məruzə ətrafında müzakirələr olub.

Elman Məmmədov

* * *

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamaq barədə müvafiq tapşırıqlar verilib. Verilən tapşırıqların düzgün və vaxtında icra edilməsi üçün xidmət tərəfindən cəzaçəkmə müəssisələrində qazanxanaların fasiləsiz işləməsi, məhkumların isti geyimlə, keyfiyyətli ərzaqla təmin olunması, o cümlədən sağlamlıqlarının qorunması istiqamətində bir sıra işlər görülüb və bu sahədə tədbirlər davam etdirilir.
Qeyd olunub ki, xidmət tərəfindən məhkumlar faydalı əməyə cəlb edilərək müəssisələrin ətrafında 7 hektar ərazidə taxıl və tərəvəz məhsulları əkilib. Əldə olunan məhsullardan 750 kiloqram yarma, 8 ton kartof, 1 ton 500 kiloqram soğan, eləcə də müxtəlif adda tərəvəz məhsulları tədarük edilərək məhkumların istifadəsinə verilib. Eyni zamanda payız-qış mövsümü ilə əlaqədar nəzərdə tutulan 700 kiloqram turşunun hazır­lanmasına və müəssisə ərazisində payız əkini ilə bağlı ayrılan ərazilərdə hazırlıq işlərinə də başlanılıb. Əlavə olaraq Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin perimetrində min metr uzunluğu və 4 metr hündürlüyü olan hasarın fasadında, yataqxanalarda və inzibati binalarda, müşahidə qüllə­lərində və dayaqlarında, eləcə də müəssisənin ətrafında və daxilində təmir-bərpa işləri aparılır.
Sonra məruzə ətrafında çıxışlar olub.

* * *

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində ke­çirilən iclası agentliyin direktoru Bəxtiyar İsmayılov açıb.
Bildirilib ki, ötən dövrdə standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan, istifadə qaydaları haqqında Azərbaycan dilində müvafiq təlimatı olmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi, bununla əlaqədar istehlakçıların və sahibkarların aidiyyəti qurumlarla birlikdə əvvəlcədən məlumatlandı­rılması məqsədilə birgə iş planına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən 122 təsərrüfat subyektində davamlı olaraq müşahidə xarakterli monitorinqlər aparılıb. Təsərrüfat subyektlərinə təhlükəsizlik sistemi, Azərbaycan dilində istifadə təlimatı və keyfiyyətini təsdiqləyən müvafiq müşayiətedici sənədləri mövcud olan elektrik, qaz cihazlarının satışının həyata keçirilməsi barədə bildirişlər və qazla işləyən məişət cihazları üçün təhlükəsiz istifadə üzrə təlimat təqdim olunub.
Qeyd edilib ki, ötən dövr ərzində monitorinqlər üzrə sənaye üsulu ilə hazırlanmayan 45 ədəd qaz başlığı satışdan çıxarılaraq götürülüb, 2 ədəd mətbəx qaz pilətəsinin təhlükəsizlik sistemi olmadığı aşkarlanaraq satışdan çıxarılıb. Payız-qış mövsümünə hazırlıq çərçivəsində, ümumilikdə, satış məqsədilə 1955 ədəd qaz sobası, 122 su­qızdırıcı idxal olunub, onlardan 1526 qaz sobası, 122 suqızdırıcıda nöqsan aşkarlanmadığından satışına icazə verilib, 429 qaz sobasının isə baxış keçirilərkən dəm qazına qarşı təhlükəsizlik sistemi olmadığı aşkarlanaraq istehsalçı ölkəyə geri qaytarılması təmin edilib. Bununla yanaşı, vətəndaşlar tərəfindən şəxsi istifadə üçün gətirilmiş 63 qaz sobasına baxış keçirilib, onlardan 21-də nöqsan aşkarlanmadığından istifadəsinə icazə verilib, 41-də dəm qazına qarşı təhlükəsizlik sistemi olmadığı, birinin isə yeni olmadığı aşkarlanaraq istehsalçı ölkəyə geri qaytarılması təmin edilib.
Diqqətə çatdırılıb ki, idxal olunan qaz qızdırıcılarına 7 və qaz ləvazimatlarına 34 uyğunluq sertifikatı verilib. Muxtar respublika üzrə 796 qazanxanada 4309 ədəd ölçmə vasitəsi (3162 manometr, 1147 termo­metr) yoxlamadan keçirilib. Yoxlama zamanı 4 manometr, 3 termometr yararsız hesab edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

* * *

“Naxçıvanqaz” İstehsalat Birliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclası birliyin direktoru Ramin İsmayılov açaraq məruzə edib. Bildirib ki, oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxış yekunlaşdırılmalı, mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görülməli, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işləri vaxtında başa çatdırılmalıdır. Həmçinin istismar üçün yararsız qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqətdə saxlanılmalı, qaz sayğaclarına müdaxilələrin qarşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması işləri ilin sonunadək yekunlaşdırılmalıdır. 

Qeyd olunub ki, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülməli, təbii qazdan qanunsuz istifadə hallarına nəzarət gücləndirilməli, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanması təmin edilməlidir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların ixtisas hazır­lığına cəlb olunmasına diqqət artırılmalı, qış mövsümü başlayanadək işçilər müvafiq geyim və avadanlıqlarla təmin olunmalıdırlar.
Vurğulanıb ki, payız-qış mövsümündə təbii qaza olan tələbatın artması ilə əlaqədar qaz nəqli sisteminin daha artıq yüklənməsi və gərgin işləməsi nəzərə alınaraq magistral qaz kəmərləri üzərində quraşdırılan və istismarda olan qazpaylayıcı stansiyalarda sutka ərzində qaz nəqlinin texnoloji rejimi və qaz sərfinin qeydiyyatı ciddi nəzarətə götürülüb və mövsümlə əlaqədar digər tədbirlərin aparılması diqqətdə saxlanılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

* * *

Kəngərli Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açıb.
İcra başçısı bildirib ki, son illərdə həyata keçirilən uğurlu tədbirlərin nəticəsində muxtar respublikamızın bütün bölgələri, o cümlədən Kəngərli rayonu dayanıqlı elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunur. Mövcud enerjidaşıyıcılarının intensivliyinin artırılmasının, bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, ilin bütün fəsillərində heç bir problem və çatışmazlıq hiss olunmur.
Diqqətə çatdırılıb ki, rayonda əhalinin etibarlı elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün mövcud infrastrukturun yenilənməsi davam etdirilməli, istismar üçün yararsız olan avadanlıq və xətlər vaxtında müəyyən edilərək dəyişdirilməlidir. Enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilməli, mövsüm ərzində elektrik enerjisindən istifadə zamanı yaranan texniki itki minimuma endi­rilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.
Qaz təchizatı sistemində də müəyyən zəruri tədbirlər görülməlidir. Rayon Qaz İstismar İdarəsi payız-qış mövsümündə fasiləsiz qaz nəqlini təmin etmək üçün mütəmadi olaraq qaz xətlərinə texniki baxış keçirməli, nasazlıqlar və sayğacdan­kənar istifadələr vaxtında aradan qaldırılmalıdır.
Kamal Ələkbərov bildirib ki, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirlərinin nəticəsi olaraq rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların ­əksəriyyəti müasir istilik sistemi ilə təchiz olunub.
Vurğulanıb ki, mövsüm ərzində bütün qazanxanalarda elektrik enerjisi, təbii qaz və su təchizatı sahəsində mövcud problemlər araşdırılaraq nöqsanlar aradan qaldırılmalı, idarə, müəssisə və təşkilatlarda istilik, su və kanalizasiya xətlərinin istismara yararlılığı yoxlanılmalı, təmirə və ya yenilənməyə ehtiyacı olanların qısa müddətdə dəyişdirilməsi üçün müvafiq tədbirlər görülməlidir.
Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fasiləsiz fəaliyyəti təmin edilməli, rayon Kommunal Müəssisələr Kombinatı payız-qış mövsümünə ciddi hazırlaşmalı, yolların vaxtında təmizlənməsi və hərəkətin intensivliyinin təmin olunması üçün kommunal xidmət texnikalarının saz vəziyyətə gətirilməsinə diqqət artırılmalıdır. Baytarlıq İdarəsi heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə əlaqədar maarifləndirmə tədbirləri həyata keçirməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılmasını diqqətdə saxlamalıdır.
Sonra məruzə ətrafında çıxışlar olub.

Babək İsmayılov