25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Qarnizonu qoşunlarında iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Əlahiddə Ümumqoşun Orduda keçirilən hərbi andiçmə mərasimində gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı içərək ordu sıralarına tam­hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar. Tədbirdə çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanı, ­general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilib. Əlahiddə Ümumqoşun Ordu müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu daha əlverişli mövqelərdə möhkəmləndirib. Hərbi andı yenicə qəbul etmiş əsgərlərimiz çalışmalıdırlar ki, torpaqlarımızın müdafiəsi məqsədilə komandirlər tərəfindən öyrədilənləri, silah və texnikanın sirlərini dərindən mənimsəsinlər.
Andiçmə mərasimi şəxsi heyətin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb. Mərasimdən sonra əsgər valideynləri və yaxınları hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olublar.

Valideynlər övladlarının hərbi xidmət keçmələrindən qürurlandıqlarını ifadə ediblər. Çünki övladları şərəfli Azərbaycan əsgəri adını qazanıb və əmindirlər ki, onlar müasir şəraitə, hərtərəfli təminata malik hərbi hissələrdə xidmət edirlər. Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində əsgərlərin heç bir çətinliklə üzləşmədən xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb. Gənclərin təntənəli şəkildə hərbi xidmətə yola salınması, hərbi hissələrə qəbulunun və andiçmə mərasimlərinin yüksək səviyyədə, bayram əhval-ruhiyyəsində keçiril­məsi əsgərlərimizə verilən yüksək qiymətin təzahürüdür.
Qeyd edək ki, hərbi xidmətə yeni başlamış gənclərin ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanması üçün planauyğun dərs və praktik məşğələlər keçirilir.

* * *

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən hərbi andiçmə mərasiminə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər. Tədbirdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovun və Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun təbrikləri şəxsi heyətə çatdırılıb.
Andiçmə mərasimində çıxış edənlər əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.
Sonda xüsusi təyinatlı bölüyün nümunəvi çıxışları olub.

* * *

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən andiçmə mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər. Mərasimdə alay komandiri, polkovnik-leytenant Azadil Hüseynov çıxış edərək bildirib ki, hərbi anda sadiq qalmaq hər bir əsgərin müqəddəs borcu olmalıdır. Çünki gənc əsgərlər andı qəbul edərkən Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaqlarına, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəklərinə təntənəli surətdə and içirlər.
Tədbirdə Mülki Müdafiə Alayının zabiti, baş leytenant Nicat ­Seyidzadə, əsgər Elxan Mahmudov, gənc əsgər İlkin Abdullayev çıxış ediblər. Qonaqlar adından Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, valideyn Mütəllim Əliyev gənc əsgərləri təbrik edib, onlara Vətənin müdafiəsində uğurlar ­arzulayıblar.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov çıxışında Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin rolundan, Mülki Müdafiə Alayının inkişaf tarixindən, nazirliyə və onun struktur qurumlarına göstərilən dövlət qayğısından ətraflı bəhs edib, gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıb.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3061960
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
566
4327
4893
113291
3061960

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter