23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasını nazir Rəhman Məmmədov açaraq məruzə edib.
Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində ­avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə payız-qış mövsümündə təhsil müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir təhsil infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə edilməsi barədə bir sıra tapşırıqlar verilib.
Vurğulanıb ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kənd­lərini də əhatə edib ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaradıb.

Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin binaları müasir istilik sistemi ilə təchiz olunub, bu da payız-qış mövsümündə həmin müəssisələrin fasiləsiz fəaliyyətini təmin edir. 2018-ci ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon təhsil şöbələri də daxil olmaqla, ümumilikdə, 239 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcəkdir. Ötən il təhsil müəssisələrinin 85 faizində istilik sistemi mövcud idisə, bu il təhsil quruculuğu sahəsində aparılan işlərin nəticəsində bu göstərici 91 faiz təşkil edir.
Hazırda istilik sistemi quraşdırılmayan təhsil müəssisələrinin sayı 25-dir. 2018-2019-cu tədris ilinin payız-qış mövsümündə bu təhsil müəssisələrində tədrisin fasiləsizliyini təmin etmək üçün yanacaq, mal və materiallara olan tələbat müəyyənləşdirilib.
Qeyd olunub ki, yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olub. Belə ki, 2018-2019-cu tədris ilində muxtar respublikada fəaliyyət göstərəcək 215 ümumtəhsil məktəbindən 208-i, yaxud 97 faizi birnövbəli rejimdə işləyəcəkdir. Bu da, öz növbəsində, tədrisin keyfiyyətinin əhəmiyyət­li dərəcədə yüksəlməsinə töhfə verəcəkdir.
Muxtar respublikanın təhsil müəssisələrində istilik sistemlərinə 363 nəfər nəzarət edir ki, onların da 314-ü müvafiq sertifikatı olanlardır. Digər 49 nəfər isə sertifikat almaq üçün payız-qış mövsümünə qədər müvafiq kurslara cəlb ediləcəkdir. Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, məktəblərdə elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparılacaqdır.
Təhsil naziri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Təhsil Nazirliyi və aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrinin yeni tədris ilinə hazır­lığı ilə bağlı reydlər aparılıb. Reydlər zamanı təhsil müəssisələrinin binalarının saxlanılması ilə yanaşı, istilik sistemlərinin mövcud vəziyyəti də araşdırılıb, bir sıra nöqsanlar aşkar edilib. Hazırda mövcud nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.

* * *

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Şahbuz Rayon İcra Hakimiyyətində də müşavirə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev məruzə ilə çıxış edərək qeyd edib ki, payız-qış mövsümünə hazırlıq istiqamətində rayonda nəzərdə tutulmuş tədbirlərin icrasına başlanılıb.
Aparılan abadlıq-quruculuq tədbirlərində bütün sahələrlə yanaşı, əhalinin qış aylarında rahatlığının təmin edilməsi üçün də lazımi şərait yaradılıb. Rayon mərkəzində fəaliyyət göstərən 49 idarə, təşkilat və müəssisənin yerləşdiyi inzibati binalardan 44-ü, həmçinin şəhər, qəsəbə və kəndlərdə, ümumilikdə, 23 yaşayış məntəqəsində fəaliyyət göstərən təşkilatların yerləşdikləri binalar müasir istilik sistemi ilə təmin edilib. Həmçinin rayon ərazisindəki 23 tam orta məktəbdən 22-si, 5 məktəbdənkənar təhsil müəssisəsindən 3-ü, 23 səhiyyə müəssisəsindən 22-si, 58 mədəniyyət müəssisəsindən 52-si müasir istilik sistemi ilə qızdırılacaq.
Vurğulanıb ki, rayonda quruculuq, abadlıq işlərinə göstərilən qayğının nəticəsində Şahbuz şəhərində bütün ictimai yaşayış binaları əsaslı surətdə təmir edilib. Qış mövsümünə hazırlıqla əlaqədar həmin binaların bütün kommunikasiya xətlərinə baxış keçirilib, nasazlıqların aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb.
Muxtar respublikamızda yol şəbəkəsinin müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsinin nəticəsidir ki, 24 yaşayış məntəqəsindən 23-nün yolu əsaslı təmir edilərək yenidən qurulub, asfalt örtük salınıb, nəqliyyatın rahat hərəkəti təmin edilib.
İcra başçısı qeyd edib ki, rayon əhalisinin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaq məqsədilə 2018-ci ilin ötən dövrü ərzində 4677 abonentə xidmət göstərilib, müvafiq təmir-bərpa işləri aparılıb.
Diqqətə çatdırılıb ki, abadlıq-quruculuq tədbirlərinin keçirildiyi Şahbuz şəhərində, Badamlı qəsəbəsində, eləcə də ayrı-ayrı yaşayış məntəqələrində lazımi yerlərdə təbii qaz xətləri yenidən işlənib, 7 yeni tikilmiş fərdi evə, 1 sosial obyektə təbii qaz xətti çəkilib, istismara yararsız 16 ədəd qaz sayğacı yenisi ilə əvəz edilib. Həmçinin 3605 abonentin qaz sayğacı müvafiq qutulara yerləşdirilib. Ötən 7 ayda 4 milyon 768 min 485 kubmetr təbii qazdan istifadəyə görə 609 min 436 manat vəsait toplanıb, yığım 100,7 faiz yerinə yetirilib.
Bildirilib ki, rayon əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsi daha da yaxşılaşdırılıb, bütün yaşayış məntəqələri müasir rabitə sistemi ilə əhatə olunub. 2018-ci ilin ötən dövrü ərzində 22 ATS və 19 poçt vasitəsilə 3720 abunəçiyə xidmət göstərilib. Şahbuz şəhərində, Külüs, Biçənək, Şahbuzkənd və Keçili kənd­lərində 7500 metr məsafədə daxili xətlərdə təmir işləri aparılıb, 50 yeni rabitə dayağı quraşdırılıb. Şahbuz-Biçənək kənd optik kabelinin Kolanı kəndi ərazisindən keçən yararsız hala düşmüş hissəsi, Biçənəkdəki kənddaxili magistral xətt, Badamlı qəsəbəsində ictimai yaşayış binalarının rabitə kabelləri, Keçili, Qızıl Qışlaq, Kükü, Aşağı Qışlaq və Yuxarı Qışlaq kənd­lərində magistral rabitə xətləri ­təmir-bərpa edilib. Ötən 7 ayda 179 min 482 manat həcmində rabitə xidməti göstərilib, 41 yeni ­telefon nömrəsi istifadəyə verilib.
Qeyd olunub ki, payız-qış mövsümündə də əhalinin içməli suya olan tələbatı da diqqətdə saxlanılıb, Şahbuz şəhəri, Daylaqlı və Kiçikoba kəndlərinin içməli suya olan tələbatı tamamilə ödənilib. Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemindəki xətlərə baxış keçirilib, Ayrınc, İşgəsu içməli su xətlərində kaptajların 280 metr, Şahbuz şəhərindəki, Badamlı, Kolanı, Mahmudoba kəndlərindəki sub­artezian quyularının təzyiqli boru xətlərində, ümumilikdə, 3,4 kilometrə yaxın məsafədə təmir işləri aparılıb.
İcra başçısı vurğulayıb ki, göstərilən hərtərəfli dövlət qayğısına cavab olaraq qış aylarında baş verə biləcək problemlərin qarşısının alınması üçün bütün imkanlardan istifadə ediləcək.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3053321
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
515
3998
30553
104652
3053321

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter