19 Noyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il üçün iş planına uyğun olaraq “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində “Mebel fabriklərində baş verə biləcək ­yanğınların qarşısının alınması və söndürülməsi işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

 

Təlimin keçirilməsinin məqsədi fabrikin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, istehsal sahələrinin dayanıqlı fəaliyyətinin təmin edilməsi, fövqəladə hallarda işçilərin və maddi vəsaitlərin yanğından mühafizəsinin təşkili üzrə rəhbər heyətin və mülki müdafiə qüvvələrinin praktik bacarıqlarının təkmilləşdirilməsidir. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi və digər icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqə də fabrikdə şərti baş vermiş yanğınların söndürülməsinin təşkili də qarşıya qoyulan əsas məqsədlərdəndir.
Təlim mebel fabrikində mövcud olan ilkin yanğınsöndürmə avadanlıqlarının və mühafizə vasitələrinin tətbiqi ilə 7 tədris yerində həyata keçirilib.
İki mərhələdən ibarət təlim zamanı fabrikin rəhbər heyətinin yarana biləcək situasiyanı qiymətləndirmək və qərar qəbul etmək bacarığı təkmilləşdirilib, nazirliyin “112” və “101” xidmətləri ilə qarşılıqlı əlaqədə yanğınlara çevik reaksiya verilməsi üsulları məşq etdirilib.
Təlimə “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin 51 nəfərdən ibarət mülki müdafiə qüvvələri, “Zil-130” markalı yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri, həmçinin Fövqəladə Hallar Nazirliyinin Naxçıvan şəhər və Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin hər birindən 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili və ümumilikdə, 14 nəfər yanğınsöndürən cəlb olunub. Təlim uğurla, təhlükəsizlik qaydalarına tam əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov təlimdən sonrakı çıxışında qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində bu kimi təlimlərin keçirilməsi davam etdiriləcək, müəssisələrin fövqəladə hallara hazırlığı diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3288645
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
413
3080
413
73291
3288645

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter