17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclası nazir Cavid Səfərov açıb.
Bildirilib ki, payız-qış mövsümündə mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb. Bütün ocaqçıların müvafiq kurslara cəlb olunmasına diqqət artırılıb. Nazirliyin tabeliyində olan müəssisələrinin, eləcə də Ahıllar Evinin mövsümə hazırlığı ilə bağlı müvafiq tədbirlər görülür, hərbi hissələr üçün yun corabların toxunması işinin bu il də davam etdirilməsi diqqətdə saxlanılır.
Vurğulanıb ki, payız-qış mövsümünə hazırlıqla bağlı nazirlik və onun tabeliyində olan qurumların inzibati binalarına baxış təşkil olunub, istilik, su və kanalizasiya xətlərinin istismara yararlı­lığı yoxlanılıb. Həmin inzibati binalarda aşkar edilən nöqsanlar aradan qaldırılıb. Qeyd olunanlarla yanaşı, inzibati binaların mühafizəsinə və mühafizəçilərin fəaliyyətinə nəzarət artırılıb. Mövsümə hazırlıqla bağlı görülən işlər davam etdirilir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı təsdiq olunub.

 *  *  *

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2018-2019-cu il­lərin ­payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açıb. Vurğulayıb ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazır­lıqla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilən tapşırıqların icrası Naxçıvan şəhərinin idarə, müəssisə və təşkilatları tərəfindən yüksək səviyyədə təmin edilməlidir. İcra başçısı bu istiqamətdə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Müzakirə olunan məsələ ilə bağlı Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov bildirib ki, 4 avqust 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə təhsil orqanlarına da tapşırıqlar verilib. Bununla əlaqədar olaraq Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin qışa hazırlığı yoxlanılıb, təhsil müəssisələrinin qazanxanalarına baxış keçirilib və mövcud nasazlıqlar aradan qaldırılıb. Hazır­da məktəblərdə cari təmir işləri aparılır, binaların dam örtükləri, qapı və pəncərələri payız-qış mövsümünə hazırlanır.
Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru Ələkbər Kərimov bildirib ki, növbəti payız-qış mövsümünə hazırlıqla əlaqədar yarımstansiyalara elektrik şəbəkəsinin kollektivi tərəfindən abonentlərin təchizat sxemlərinə baxış keçirilib, aşkar olunan qüsurlar yerindəcə aradan qaldırılıb, yeni yarımstansiyalar quraşdırılıb. Şəbəkə üzrə ötən 7 ay ərzində əhalinin elektrik enerjisi təchizatının keyfiyyətini yaxşılaşdırmaq üçün 84 elektrik hava xətti dirəyi istismara verilib, 2,6 kilometr uzunluğunda yeni elektrik hava xətti çəkilib, 5,2 kilometrə qədər yararsız naqil yenilənib. Qəzalı vəziyyətdə olan bir neçə elektrik hava xətti dirəyinə beton altlıqlar vurulub, əsaslı təmir işləri görülüb. Aparılan reydlərdə elektrik enerjisindən israfçılıqla istifadə hallarının qarşısının alınması üçün tədbirlər görülüb. Belə ki, ilin ötən dövrü ərzində 7 halda sayğacdankənar xətt aşkar edilib, 1572 manat vəsait cərimə olaraq şəbəkənin hesabına ödənilib.
Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin rəisi Orxan Rüstəmov çıxışında bildirib ki, bəhs olunan dövrdə 131 əhali, 6 qeyri-əhali abonentləri olmaqla, cəmi 137 abonentə qaz çəkilib. Payız-qış mövsümünə hazırlıq məqsədilə yeraltı ortatəzyiqli dəmir və poli­etilen daşıyıcı və paylayıcı qaz kəmərləri üzərində istismarda olan 113 ədəd qaz quyusuna baxış keçirilib, diametri 50 millimetrlik 4 istismara yararsız kran yenisi ilə əvəz olunub. 70 qaz quyusu çöküntüdən təmizlənib.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Nəsimi Novruzov bildirib ki, idarə tərəfindən mövsümə hazırlıqla əlaqədar mərkəzləşdirilmiş, eləcə də fərdi qazanxanalara baxış keçirilib, cari və əsaslı təmirə ehtiyacı olan qazanxanalar müəyyənləşdirilib və bir sıra tədbirlər görülüb.
Diqqətə çatdırılıb ki, bu payız­-qış mövsümündə Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş, 38 fərdi qazanxana vasitəsi ilə 173 yaşayış binası, 7634 mənzil, 30 inzibati bina istiliklə təmin olunacaqdır. Qazanxanalarda çalışan ocaqçılar peşə kurslarına cəlb olunub, onlar üçün maarifləndirici tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılır.
Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin müdiri Təranə Cəfərova deyib ki, şöbənin tabeliyində olan müəssisələrin 18-i ümumi istilik sisteminə qoşulub. Həmin müəssisələrdə istilik sistemlərinin, elektrik naqillərinin vəziyyəti yoxlanılaraq mövcud nöqsan və çatışmazlıqlar aradan qaldırılır. Müəssisələrin qazanxana işçilərinə qış mövsümünün başlaması ilə əlaqədar kurs keçilib və sertifikatı olan ocaqçılarla əmək müqaviləsi bağlanılaraq işə götürülür.
Müşavirəyə İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov yekun vurub.

*  *  *

Babək Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açaraq məruzə edib. Bildirilib ki, verilən tapşırıqlara uyğun olaraq rayondakı qazanxanlara fərdi baxış keçirilib, çatışmazlıqlar müəyyənləşdirilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar olaraq işlər aparılır. Rayon mərkəzində yerləşən 3 təşkilat və 4 məktəbdənkənar müəssisə qazla, dördmərtəbəli inzibati, 5 mərtəbəli 60 mənzilli yaşayış binalarında qazanxanalar işləyəcək. Həmçinin rayonda fəaliyyət göstərən 32 təhsil, 30 səhiyyə, 62 mədəniyyət müəssisəsi qazanxana və kombi sistemi ilə qızdırılacaqdır. Digər təhsil, səhiyyə və mədəniyyət müəssisələrini də istiliklə təmin etmək üçün tədbirlər görülür.
2018-2019-cu illərin payız-qış mövsümündə istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün rayon Elektrik Şəbəkəsi tərəfindən görülən işlərdən bəhs edən Rasim Hüseynov diqqətə çatdırıb ki, 126 abonent üçün sayğac quraşdırılıb. Bundan başqa, Babək qəsəbəsində smartkarttipli sayğacların quraşdırılması işi də sürətlə aparılır, transformator və yarımstansiyalar texniki baxışdan keçirilir.
Vurğulanıb ki, rayonda istehlakçıların fasiləsiz təbii qazla təminatı da qarşıda duran mühüm vəzifələrdəndir. Belə ki, bu il rayon Qaz İstismar İdarəsi tərəfindən 106 evə qaz xətti çəkilib, Nehrəm, Aşağı və Yuxarı Buzqov, Zeynəddin kəndlərində təmir-bərpa işləri aparılıb, qaz sayğaclarına müdaxilələrin qarşısını almaq üçün 6229 abonent qutusu quraşdırılıb.
Diqqətə çatdırılıb ki, əhalinin içməli suya olan tələbatının ildən-ilə yaxşılaşması istiqamətində də müəyyən işlər görülür. Rayonun Şıxmahmud-Xəlilli və Şəkərabad kəndlərində əhali fasiləsiz içməli su ilə təmin edilib, Babək qəsəbəsi və ətraf kəndlərin içməli su sistemlərinin yenidən qurulması işləri davam etdirilir.
İcra başçısı mövsümə hazırlıq işləri ilə rayonun idarə, müəssisə və təşkilatlarının qış aylarında səmərəli fəaliyyəti məqsədilə görüləcək işləri diqqətə çatdırıb.
Sonra mövzu ilə bağlı çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3284347
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2832
3444
22116
68993
3284347

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter