14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edib və etməkdədir.
“Qurban” sözü lüğəti mənada “yaxınlaşmaq” dеməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır. Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır. Qurban İslam aləmində ən dəyərli bayramlardan biri, eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. İslam dinində bu ayin xüsusi mahiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
Yüksək insani keyfiyyətlərdən olan dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı hicrətin ikinci ilində fərz qılınıb. “Qurani-Kərim”in “Kövsər” surəsində deyilir: “Rəbbin üçün namaz qıl və qurban kəs. De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”. “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”. Bundan əlavə, Peyğəmbərimiz (s.ə.s) buyurub: “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.

Azərbaycan İslam dünyasının ayrılmaz parçasıdır və tarixən İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib. Digər müsəlman ölkələri kimi, Azərbaycanda da ­İslam dinindən irəli gələn vəzifələr böyük ehtiramla yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlı zəvvarın Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən sayılan qurban kəsilməsinə əməl etməsi xalqımızın öz dinimizə bağlılığının nümunəsidir.
Ölkəmizdə Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu müqəddəs bayramı yüksək qiymətləndirərək deyirdi: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.
Milli-mənəvi, islami dəyərlərin qorunması və təbliğinə ciddi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insanlar arasında həmrəyliyin və saflaşmanın bərpa olunmasında bu bayramın rolunu yüksək qiymətləndirir. Dövlət başçısının Qurban bayramı münasibətilə bu il Azərbaycan xalqına təbrikində deyilir: “Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının ­mənəvi-ruhi birliyini, əməlisaleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir...
İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir.”.
Ölkəmizdə rəsmi olaraq iki gün qeyd edilən bu dostluq, qardaşlıq bayramının özünəməxsus qurban kəsmək şərtləri var. Bu şərtlərə görə qurban kəsən şəxs müsəlman olmalıdır. Qurban ibadəti qurbanlıq heyvanın bayram günlərində qayda-qanunlara uyğun şəkildə qurban sahibinin özü tərəfindən kəsilməsi və ya başqasına kəsdirməsi ilə yerinə yetirilmiş olur. Qurban üzrlü səbəbdən bayram günü kəsilməzsə, bayramın ikinci, üçüncü günü də kəsilə bilər. Ancaq unutmayaq ki, bu ayini günün birinci yarısı, yəni gün dönməzdən əvvəl yerinə yetirmək lazımdır.
Qurban kəsmək azad və varlı müsəlmanlara vacibdir. Fitrə verməyə məcbur olan kimsə qurban kəsər. Qaldığı evdən başqa bir evi olan kimsə də qurban kəsməlidir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burada əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: “Kəsdiyiniz qurbanlardan Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”.
Səfərdə olanlara qurban kəsmək vacib deyildir. Nisab miqdarı malı olmayanların kəsdikləri qurban nafilədir. Bəzi məzhəblərə görə, qurban kəsmək üçün ağıl və həddi-büluğa çatmaq şərt sayılmır. Beləliklə, varlı olan uşağın malından valideynin qurban kəsməsi lazımdır.
Kasıb, imkanı olmayan ailələrin qurban kəsməsi vacib deyil. Bu, yalnız ona imkanı olan adamların boynunda haqdır. Qurban əti satılmaz və ya satın alınmaz. Qurban yalnız paylanmaq üçün kəsilər ki, bu paylamanın da şərtləri vardır. Belə ki, kəsilmiş qurban üç yerə bölünür. Həmin üç hissənin biri ehtiyacı olan qonşulara, bir hissəsi qohum-əqrəbaya paylanılır, digər bir hissəsi isə evdə saxlanılır. Quşlardan və ov heyvanlarından qurban kəsmək doğru deyil. Qurban kəsmək ibadəti həm də insanlara sərvətini ehtiyacı olanlarla paylaşmaq əxlaqını qazandırır.

Əqiqə qurbanı

Övlad ailəyə Uca Allahın ən gözəl, ən yaxşı və ən böyük hədiyyəsidir. Buna görə də övlad sahibi olan ailə bu məqsədlə bir qurban kəsər ki, buna “əqiqə” deyilir. Bu qurban övladın dünyaya gəlişindən başlayaraq həddi-büluğa çatana qədər hər hansı bir zamanda kəsilə bilər. Ən münasib olanı doğuşun həftəsində, yəni yeddinci günü kəsməkdir. Əqiqə qurbanını sahibi də yeyə bilər.

Niyyət qurbanı

Hər hansı bir işin həyata keçəcəyi təqdirdə qurban kəsəcəyini niyyət edən şəxsin bu məqsədlə kəsdiyi qurbana “niyyət qurbanı” deyilir. Niyyət qurbanını yerinə gətirmək vacibdir. Niyyət qurbanından sahibi, onun qohumları – atası, anası, babaları, uşaqları və nəvələri yeyə bilməz. Bunun mənası budur: niyyət qurbanı tamamilə kasıbların haqqıdır.
Qurban bayramının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin.
Qurban kəsmək və onu paylaşmaq sosial bərabərliyə ən gözəl nümunələrdən biridir. Bu bayramda hamı sevinməlidir: varlılar Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıb­lar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmət və qayğıya görə.
Qurban bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılayır. Dinimizin təlqin etdiyi ədalət prinsipləri də Qurban bayramında özünü göstərir. Bu bayram insanların mənən saflaşması, onların daha sıx birləşməsi üçün bir vasitədir. Bu birlik ovqatı bizim hamımız – cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir. Məhz birliyimiz, həmrəyliyimiz düşmənlərimizi məğlubiyyətə uğradacaq, böyük qələbəmizi təmin edəcəkdir.

Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3271255
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
876
4121
9024
55901
3271255

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter