18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Culfa rayonunda kənd təsərrüfatında işlərin gedişi və payızlıq taxıl əkininə hazırlığın vəziyyəti mövzusunda müşavirə keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək bildirib ki, bu gün muxtar respublikada həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları nəticəsində kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlər Culfa rayonunda da özünü bariz şəkildə göstərir.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 13 yanvar tarixli Sərəncamına uyğun olaraq hər il kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə əkin üçün hər hektara 50 manat, biçin üçün isə 40 manat həcmində yardımların verilməsi kənd təsərrüfatı məhsullarının maya dəyərini aşağı salmaqla əldə olunmuş gəlirin çoxalmasına zəmin yaradıb.
İstehsalçılara güzəştli kreditlərin verilməsi, onların zəruri texnika və avadanlıqlarla, həmçinin gübrələrlə, keyfiyyətli və məhsuldar toxum materialı ilə təmin edilməsi, bundan başqa, kənd təsərrüfatı məhsullarının birbaşa satışına kömək məqsədilə satış yarmarkalarının təşkili torpaq mülkiyyətçilərinin əkinçiliyə marağının daha da artmasına səbəb olub.

Çoxşaxəli tədbirlər nəticəsində kənd təsərrüfatına az yararlı torpaqların əkin dövriyyəsinə qatılması, əkin prosesində mütərəqqi metodlara üstünlük verilməsi, həmçinin sahələrin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məhsul istehsalını xeyli artırıb.
İcra başçısı diqqətə çatdırıb ki, rayonda kənd təsərrüfatı təyinatlı torpaqların əkinə cəlb olunması hesabına əkin sahələrinin genişləndirilməsi tədbirləri davam etdirilməli, həyata keçirilən meliorasiya tədbirləri nəticəsində əkin dövriyyəsinə daxil edilən yeni torpaq sahələrindən səmərəli istifadə olunmalıdır.
Əkinəyararlı olmayan ərazilərdə meyvə bağlarının, yaşıllıq zolaqlarının salınması həyata keçirilməlidir. Yeni salınmış meyvə bağlarına və yaşıllıq sahələrinə aqrotexniki qulluq edilməli, isti yay günlərində mövcud yaşıllıqların qorunmasına diqqət artırılmalıdır. Əkin sahələrinin suvarılması zamanı su itkisinin qarşısının alınması məqsədilə suvarma tədbirləri növbəlik əsasında aparılmalı, suyun bölgüsü və ondan səmərəli istifadə bundan sonra da diqqət­də saxlanmalıdır.
Vurğulanıb ki, ailə təsərrüfatlarının yaradılması kənd təsərrüfatı sektorunun inkişafında mühüm rola malikdir. Ona görə də kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan torpaq mülkiyyətçilərinə hərtərəfli dövlət qayğısı göstərilir. Torpaq mülkiyyətçiləri bundan yararlanmalı, yeni ailə təsərrüfatları yaradaraq səmərəliliyə nail olmalı, kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmalı, sahibkarlıq fəaliyyətlərini genişləndirməlidirlər.
Torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb ki, biçindən sonra taxıl sahələrinin yandırılması yolverilməzdir. Bu həm ekoloji, həm də aqrotexniki qaydalar baxımından zərərlidir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov bildirib ki, hazırda gələn ilin məhsulu üçün əkiləcək torpaq sahələrində şum aparılır. Yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki tədbirlər, yəni sahənin əkin üçün seçilməsindən başlamış biçinə qədər olan bütün texnoloji proseslər vaxtında və keyfiyyətlə yerinə yetirilməli, taxıl əkiləcək sahədə növbəli əkinə ciddi əməl olunmalıdır.
Qeyd olunub ki, aqrotexniki tədbirlər içərisində məhsuldarlığa ən çox təsir göstərən səpin işləridir. Belə tədbirlərdən heç biri taxılın məhsuldarlığına, onun böyümə və inkişafının gedişinə səpin müddəti qədər güclü təsir göstərə bilmir. Taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün yerinə yetirilən kompleks aqrotexniki tədbirlər içərisində ərazinin torpaq-iqlim şəraitinə uyğun taxıl sortlarının seçilməsi, rayonlaşdırılmış səpin materiallarından istifadə edilməsi və toxumun səpin üçün düzgün hazır­lanması xüsusi yer tutur. Bioloji xüsusiyyətlərinə görə torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış taxıl sortları əkildikdə taxılın məhsuldarlığı xeyli artır. Bu səbəbdən rayonun torpaq-iqlim şəraitinə uyğun toxum sortlarından istifadə edilməlidir.
Torpağa üzvi və mineral gübrələrin verilməsi qaydalarından danışan nazir diqqətə çatdırıb ki, əkilmiş taxıl sahələrinə gübrələrin verilməsi qanunauyğun həyata keçirilməlidir.
Sonra təsərrüfatçı Abbas Tağıyev çıxış edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hüseyn ŞƏKƏRƏLİYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3285679
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
527
3637
23448
70325
3285679

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter