21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Günü-gündən abadlaşan, gözəlləşən muxtar respublikamızda gənc nəslin vətənpərvər böyüməsi, hərtərəfli inkişafı, ətraf mühiti dərk edərək mühafizə etməsi üçün ekoloji tərbiyənin mühüm əhəmiyyəti vardır. Hazırda böyüməkdə olan gənc nəslin ekoloji təhsil və tərbiyəsində, asudə vaxtlarının maraqlı keçməsində Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin rolu böyükdür. Bu məktəbdənkənar müəssisə 1970-ci ildə Gənc Təbiətçilər Stansiyası kimi fəaliyyətə başlayıb, 1991-ci ildə həmin baza əsasında Ekoloji Tərbiyə Mərkəzi yaradılıb. 

Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq üçün buraya üz tutduq, direktor Aynur Mustafayeva ilə həmsöhbət olduq. O bildirdi ki, təbiət haqqında bilikləri öyrənmək, ekoloji təhsil və tərbiyəni möhkəmləndirmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, istedadlı uşaqları üzə çıxarmaq işində bizim mərkəzin də üzərinə mühüm vəzifələr düşür. Burada 33 adda dərnək fəaliyyət göstərir və bu dərnəklərin işinə 7 adda kabinə nəzarət edir. Hər bir ekoloji dərnəyə şəhərimizin müxtəlif məktəblərindən şagirdlər cəlb edilib. 2017-2018-ci tədris ilində şəhər məktəblərinin 816 şagirdi ekoloji dərnəklərə üzv yazılıb.

Direktor qeyd etdi ki, dərnəklərə 42 müəllim, 2 biologiya üzrə fəlsəfə doktoru cəlb olunub. Məşğələlər şəhərimizin orta məktəblərində, eyni zamanda Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan Qarnizonunun tam orta məktəbində keçirilir. Dərnək üzvləri ərazimizin zəngin təbii sərvətləri, flora və fauna növləri, qiymətli, şəfalı bitkiləri, torpaqları, ətraf mühiti, ekologiyası haqqında hərtərəfli biliklər əldə edirlər. Dərnək rəhbərləri məktəblilərə təbiəti sevdirir, onlarda doğma yurda məhəbbət hissi oyadır.
Aynur Mustafayeva qeyd etdi ki, cari ildə məktəblilərə “Naxçıvan Muxtar Respublikası ərazisində bitən dərman bitkiləri və onun ekologiyası”, “Zooekologiyanın əsasları”, “Quşlar və ətraf mühit”, “Təbii sərvətlər və ətraf mühit”, “Bioloji müxtəlifliyin qorunması” dərnəklərinin rəhbərləri tərəfindən interaktiv dərslər keçilib və bu dərslər, eyni zamanda 200-dən artıq məktəb tərəfindən izlənilib. Bütün bunların nəticəsində dərnək üzvlərinin məktəbdə aldıqları biliklər daha da dərinləşir, onlar müstəqil işləyir, təcrübələr aparır, herbarilər toplayır, bitkiləri təyin edir və təbiət haqqında biliklərini artırırlar.
Ötən tədris ili müddətində bir sıra məktəblərdə müxtəlif tədbirlər həyata keçirilib. Ekoloji təqvimdəki əlamətdar günlərlə bağlı bir sıra orta məktəblərdə keçirilən təmizlik və abadlıq aksiyalarında fəal iştirak edən dərnək üzvlərindən Zümrüd Babazadə, Səma Rəcəbova, Qurban İsmayılov, Dilbər Abbaslı, Nərmin Gülmalıyeva fəxri fərmanla təltif ediliblər. Yay tətili müddətində isə dərnək üzvləri ekskursiyalara gedib bitkilər, müxtəlif nadir eksponatlar, sərgi üçün materiallar toplayır, bitkilərdən herbarilər hazırlayır, müxtəlif ekoloji oyunlar, bilik yarışmaları təşkil edir, güllərə bəzək bitkilərinə qulluq edərək yay tətillərini şən və maraqlı keçirirlər.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3045059
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
820
5665
22291
96390
3045059

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter