20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə bədən tərbiyəsi və idman siyasəti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1994-cü il 26 iyul tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, müxtəlif illərdə imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərmanlar, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” Sərəncam ölkəmizin işıqlı gələcəyi naminə gənclərə böyük ümidlər bəsləndiyini bir daha sübuta yetirib.

Yaşadığımız əsrin ilk illərində respublikamızda aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi cəmiyyətimizin yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratdı. Bu prosesdə gənclərin də inkişafı təmin edildi. Sirr deyil ki, Azərbaycanda həyata keçirilən uğurlu sosial­-iqtisadi inkişaf strategiyasının əsas fundamental istiqamətlərindən biri ölkə rəhbərinin gənc­lərə göstərdiyi diqqət, onların cəmiyyətdə özlərinə yer tutması üçün yaradılan şəraitdir. Azərbaycan gəncləri də beynəlxaq arenalarda istər siyasi baxımdan, istərsə də idman sahəsində qazandıqları uğurlarla onlara göstərilən qayğıya əməli işləri ilə cavab verdiklərini dəfələrlə sübut ediblər.

Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörənlik və qətiyyətlə həyata keçirdiyi idman siyasətinin güclənməsi hər bir Azərbaycan gəncinin layiqli vətəndaş kimi böyüməsinə imkan verir. Atılan addımlar və idman sahəsində ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, ölkəmiz gənclərin gələcəyinin yaxşılaşdırılması və onların hərtərəfli qayğı ilə əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Son illər bu istiqamətdə görülən işlər belə deməyə əsas verir. Gənclərin idmanın müxtəlif sahələrinə cəlbi üçün müəyyən addımlar atılması, yeni idman qurğularının quraşdırılması, idman komplekslərinin tikilməsi, yeni futbol meydançalarının yeniyetmə və gənclərin ixtiyarına verilməsi də məhz göstərilən dövlət qayğısının ifadəsidir. Cəmi bir neçə il ərzində uşaq və yeniyetmə idmanı, demək olar, yenidən təşkil edilərək kütləviləşdirilib, onların arasında yarışların keçirilməsi ənənəyə çevrilib.
Son 20 ildə muxtar respublikada 2 olimpiya-idman kompleksinin, 2 üzgüçülük, 1 şahmat mərkəzinin, 6 Uşaq-gənclər şahmat, 9 Uşaq-gənclər idman məktəbinin, Stend və Sportinq Atıcılıq Mərkəzinin, 1 peyntbol meydançasının istifadəyə verilməsi, məktəblərdə müasir idman zallarının yaradılması da buna geniş imkanlar açıb. İdman növlərinin gənclər arasında kütləvi hal alması üçün boks, güləş, karate-do, kikboksinq, şahmat, futbol, voleybol, basketbol, yüngül atletika, paralimpiya, hava və ekstremal, atıcılıq federasiyaları fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclərin cəmiyyət həyatında mühüm rol oynadığını bildirərək deyib: “Hər bir ölkənin gələcəyi cəmiyyətin ictimai-siyasi həyatında aparıcı rol oynayan gəncliyin əlindədir. Gənc nəslin sağlam ruhda böyüməsi, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması çox vacibdir”.
Təsadüfi deyil ki, hazırda muxtar respublikada gənclərin idman sahəsinə axını özünü daha qabarıq şəkildə büruzə verməkdədir. Blokada vəziyyətində yaşamasına baxmayaraq, muxtar respublikada bu sahənin inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində lazımi addımlar atılır. İdmançılarımızın uğurlarının artması da idmançılara, idmanın inkişafına, idman ideyalarının təbliğinə göstərilən diqqət və qayğının nəticəsidir.
İdmanın inkişafı və Naxçıvanda bədən tərbiyəsinin həyat tərzinə çevrilməsi həm də yarış təşkilatçılığından asılıdır. Bu gün muxtar respublikada beynəlxalq idman yarışlarının təşkilatçılığı Naxçıvanın təbliğində, diyarımızın turizm potensialının inkişafında əhəmiyyətli təsir vasitəsidir. Yaradılan müasir idman infrastrukturu Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açıb. 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, müxtəlif vaxtlarda sərbəst və yunan-Roma güləşi üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirlər, beynəlxalq şahmat festivalları, üzgüçülük üzrə Azərbaycan çempionatı, veteranlar arasında ağırlıqqaldırma üzrə dünya kuboku, kikboksinq üzrə beynəlxalq peşəkar turnir və futbol üzrə ­“Heydər­ Əliyev kuboku” turnirinin Naxçıvanda keçirilməsi bu qədim diyarda idmanın həyat tərzinə çevrilməsinin ifadəsidir.
Bu istiqamətdə reallaşdırılan tədbirlər ilin ötən dövründə də davam etdirilib. Belə ki, bəhs olunan müddətdə Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birlikdə ­200-dən­­ artıq yarış və turnir keçirib. Sevindirici haldır ki, Naxçıvanda idmanın inkişafına olan qayğı tək olimpiya-idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Bununla yanaşı, qadınların idmana cəlbi yönündə də mühüm işlər görülür. Gənclər və İdman Nazirliyinin nəzdində bədii gimnastika bölməsində 150-dən çox qız bu növlə məşğul olur. Digər federasiyalara da qızların cəlbi sevindirici haldır.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi bu fikir­lər artıq Naxçıvanda özünü doğruldub: “Biz Azərbaycan idmanının şərəfini ləyaqətlə qorumağa, ölkənin şan-şöhrətini yüksəltməyə söz vermişdik. Biz bunu etdik”.
İdman sahəsində qazanılan nailiyyətlər həm də Naxçıvanın ümumi inkişaf səviyyəsinin, iqtisadi potensialının yüksək olduğunu bir daha nümayiş etdirir. Qazandığımız uğurlar muxtar respublikanın beynəlxalq yarışlara ev sahibliyi etməsi, Naxçıvanın idman siyasətinin təbliğçisi kimi imicinin möhkəmlənməsi ilə bir vəhdət təşkil edir, qədim diyarımızda idmanın kütləviliyindən xəbər verir. Bu isə sağlam həyat tərzi və sağlam mənəviyyatın formalaşdırılması deməkdir.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3044071
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5497
5384
21303
95402
3044071

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter