25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Sentyabrın 4-də Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə şəhərdə sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbirdə giriş sözü ilə çıxış edərək son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və mədəni sahədə yüksələn inkişaf dinamikası sığortaya olan tələbi daha da artırıb. İnkişaf edən cəmiyyətin bir tələbi kimi sığortaya olan marağın artmasında vətəndaşların qarşılaşdığı gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərə görə aldığı sığorta ödənişlərinin əhəmiyyəti böyükdür.
Qeyd olunub ki, muxtar respublikamızda əhali gəlirlərinin artması, iqtisadi fəallığın yüksəlməsi, öz növbəsində, sığorta münasibətlərinin də inkişafını şərtləndirir. Belə ki, müasir dövrdə insanlar evdə, işdə, yolda qarşılaşa biləcəyi hər cür gözlənilməz hadisələrdən sığorta olunmağa xüsusi əhəmiyyət verirlər. Belə gözlənilməz hadisələrlə isə insanlar hər yerdə rastlaşa bilərlər.

Diqqətə çatdırılıb ki, baş vermiş müxtəlif gözlənilməz hadisələrə qarşı vaxtında sığorta olunmaq dəymiş zərərlərin qısa müddətdə bərpa edilməsinə şərait yaradır. Belə ki, sığorta hadisələrinin vurduğu maddi zərərlərə görə verilən ödənişlər insanlara maddi kömək üçün mühüm bir vasitədir. Bunun üçün sığorta sahəsində geniş izahat-maarifləndirmə işlərinin aparılmasının zəruri olduğu vurğulanıb.
Ötən dövrdə sığorta sahəsində görülmüş işləri təhlil edən baş direktor qeyd edib ki, cari ilin 8 ayında Naxçıvan şəhəri üzrə 12 min 680 sığorta müqaviləsi bağlanılıb. Onlardan da 2485-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 4411-i daşınmaz əmlakın icbari sığortası olub.
Bildirilib ki, ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avto­nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari qaydada sığortalanması həyata keçirilir. Çıxışda ev əmlakı, fərdi qəza sığortaları və digər könüllü sığorta növlərinin də əhəmiyyəti qeyd olunaraq bu sahədə işlərin genişləndirilməsi zərurəti də vurğulanıb.
Tədbirdə Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işlərlə bərabər, icbari qaydada sığorta olunmalı olan daşınmaz əmlakın, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaları üzrə hələ də sığorta edilməyən hüquqi və fiziki şəxslərin mövcud olduğu bildirilib.
Baş direktor vurğulayıb ki, qarşıda bu sahədə maksimum nəticə əldə etmək, əhali arasında sığorta mədəniyyətini daha da yüksəltmək və kütləviliyi təmin etmək kimi əhəmiyyətli vəzifələr durur.
Tədbirdə Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşadət Əliyev, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Naxçıvan Şəhər Şöbəsinin rəis müavini Nəsimi Hüseynov Naxçıvan şəhərində icbari sığortaların vəziyyəti üzrə məlumat veriblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbirə yekun vuraraq şəhərdə sığorta işinin günün tələbləri səviyyəsində aparılması istiqamətində müvafiq tapşırıqlar verib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3062526
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1132
4327
5459
113857
3062526

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter