21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Təhsil müəssisələri üçün yeni binaların tikilərək müəllim və şagirdlərin istifadəsinə verilməsi, məktəblərin ən müasir maddi-texniki baza ilə təchiz olunması, bacarıqlı pedaqoqların tədrisə cəlbi bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdəndir. Bütün bunlarla yanaşı, şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı da diqqət mərkəzində saxlanılır, hər il ənənəvi məktəbli yarmarkaları təşkil olunur. Nəticədə, valideynlərin də qayğıları xeyli azalıb. 

Artıq bir neçə gündür ki, Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda növbəti məktəbli yarmarkası təşkil olunur. Bundan başqa, muxtar respublikanın bölgələrində də analoji tədbir keçirilir ki, bu da valideynlərə uzaq məsafə qət etmədən övladlarına lazım olan ləvazimatları rahat şəkildə almalarına imkan verir. Yarmarkada qiymətlərin ucuz olması və çeşid zənginliyi hər kəsin ürəyincədir.
Səhərin erkən saatlarında valideynləri övladları ilə birgə yarmarkada məktəbli geyimi, dərs ləvazimatı seçərkən görmək olar. Buradakı qiymətlər və təklif olunan ləvazimatlarla maraqlanmaq məqsədilə Mərkəzi bazara yollandıq, yarmarkaya üz tutan valideyn və şagirdlərin fikirlərini öyrənməyə çalışdıq. Görünən o idi ki, satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, qiymətlərin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır. Yarmarkada olarkən söhbətləşdiyimiz satıcılar, valideyn və şagirdlər yaradılmış şəraitdən, göstərilən xidmətdən ağızdolusu danışdılar.
Yarmarkada məktəbli ləvazimatları ilə yanaşı, dərs vəsaitlərinin, test kitablarının, bədii ədəbiyyat nümunələrinin də satışa çıxarılması alıcıların marağına səbəb olub. Burada olarkən qələbəlik müşahidə etdik və ilk olaraq alıcı sıxlığı olan piştaxtaya yaxınlaşdıq. Müştərilərə təmkin və nəzakətlə xidmət göstərən satıcı Elvin Əliyev suallarımızı cavablandırdı. O qeyd etdi ki, yarmarka təşkil olunan gündən böyük alıcı kütləsi ilə qarşılaşır. Demək olar ki, məktəbli formalarına olan tələbat gündən-günə artır.

Valideyn Ceyhun Məmmədov çeşid bolluğundan və satış qiymətlərindən çox razıdır. Bu barədə dediklərindən:
– Əvvəllər övladlarımız üçün geyim dəsti, dərs ləvazimatları əldə etməkdən ötrü ayrı-ayrı ünvanlara üz tutardıq. Bazar və dükanlardakı qiymətlər münasib olmadığından bəzən evə əliboş qayıdardıq. Bu baxımdan artıq bir neçə ildir ki, təşkil olunan ənənəvi məktəbli yarmarkası biz valideynlərin işini xeyli asanlaşdırıb. Bu da imkan verir ki, daha az vəsaitlə ləvazimatların hamısını və ən əsası da keyfiyyətlisini alaq. Yarmarkanın təşkilinə görə valideynlər adından dövlətimizə minnətdarlığımı bildirirəm.
Yarmarkada satış yerlərini müşahidə edərkən qucaqdolusu dərs ləvazimatı ilə qarşımıza çıxan məktəbli Polad Məmmədov və Cəmilə Səfərova da öz sevinclərini bizimlə bölüşdülər. Məktəblilər qeyd etdilər ki, valideynləri onları hər il təşkil olunan bu yarmarkaya gətirir. Çünki burada sərfəli qiymətə bütün məktəbli ləvazimatlarının keyfiyyətlisini ala bilirlər.
Alıcılarla yanaşı, satıcıların da razı qaldıqları elə üzlərində yaranan təbəssümdən aydın olurdu. Onlar yaradılan şəraitdən, geniş alıcı kütləsindən ürəkdolusu danışdılar, bu xeyirxah işin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Sonda onu da qeyd edək ki, məktəbli yarmarkası sentyabrın 16-dək davam edəcək. Bu müddət ərzində valideynlər istənilən məktəbli ləvazimatını münasib qiymətə ala biləcəklər. Süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən lazımi nəzarət tədbirləri görülür və çox yaxşı haldır ki, hər il olduğu kimi, bu il də məktəblilərimiz sevdikləri doğma təhsil ocaqlarına zövqlü geyim və dolu çanta, sevinc və ruh yüksəkliyi ilə qədəm qoyacaqlar.

Pərviz HACILI

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3300086
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3908
4291
11854
84732
3300086

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter