21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan hər birində tarixin bir səhifəsi həkk olunan qədim tarix və mədəniyyət abidələri şəhəridir. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilmiş VI konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi qədim diyarımızın bütün məziyyətləri ilə buna haqqı olduğunun təsdiqidir.
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin 25 noyabr 2016-cı ildə keçirilən ilk iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov ­demişdir: “Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir”.
Elə qəzetimizin redaksiyasında təşkil etdiyimiz dəyirmi masanın da əsas məqsədi əsrlərlə islami dəyərləri qoruyub saxlayaraq İslam Mədəniy­yətinin Paytaxtı olmağa layiq görülən Naxçıvanın tarixində açılacaq yeni səhifələr haqqında fikir mübadiləsi aparmaqdır.
Dəyirmi masada AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, professor, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşları Bəhruz Gülmalıyev, Sabir Xəlilov və Mərziyyə Hacıyeva iştirak edirlər.

– Təbii ki, hər bir müsəlman şəhəri mədəniyyət paytaxtı seçilmək şərəfinə nail ola bilmir. Sizcə, bu məsələdə əsas şərtlər nələrdir?
Fəxrəddin Səfərli: – Əlbəttə, Naxçıvan şəhərinə belə bir statusun verilməsini şərtləndirən bir sıra amillər olmuşdur. Şübhəsiz ki, belə mühüm bir qərar verilərkən Naxçıvan şəhərinin keçdiyi inkişaf yolu, burada mövcud olan türk-islam mədəniyyəti abidələri, bu abidələrə, ümumiyyətlə, milli-mənəvi dəyərlərə dövlət qayğısı, bütövlükdə, Naxçıvan Muxtar Respublikasında aparılan işlər nəzərə alınmışdır. Bütün bunlarla bərabər, Naxçıvanda müasir infrastruktur yaradılmasaydı, o, paytaxt ola bilməzdi. Çünki İslam Mədəniyyətinin Paytaxtı seçilən şəhərlərdə qədimliklə müasirlik harmoniya təşkil etməlidir. Həmin paytaxt ölkə səviyyəsində mühüm tarixi keçmişə, İslam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəni qurumlara malik olmalıdır. Naxçıvan şəhəri isə bütün bu tələblərə cavab verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “İslam Mə­dəniyyətinin Paytaxtı Naxçıvan – 2018”in açılış tədbirində demişdir: “Beşminillik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali İslam dinini 653-cü ildə könüllü qəbul etmişdir. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir; mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində İslam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır. Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, buzxana və hamamlar, qədim məscidlər və digər abidələr bu torpaqda yaradılmış çoxsaylı türk-islam mədəniyyətinin dövrümüzə qədər gəlib çatmış nadir nümunələridir. Bütün bunlar onu göstərir ki, İslam mədəniyyəti güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə inkişaf etmiş, böyük yaradıcı gücə malik olmuşdur. Naxçıvanda türk-islam mədəniyyəti on ikinci əsrdə – Azərbaycan Atabəylər dövləti zamanında özünün intibah mərhələsinə çatmışdır. Bu dövrdə yaşayıb-­yaradan memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə, Yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin əsasını qoymuşdur.”
Tam əminliklə demək olar ki, hazırda Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı kimi bu gün keçirilən tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir.
Bəhruz Gülmalıyev: – Ötən illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə çoxlu sayda müxtəliftəyinatlı tarix-mədəniyyət abidəsi bərpa olunub. Bu abidələrin əksəriyyəti türk-islam mədəniyyətinin daşıyıcılarıdır.
Bundan əlavə, son illərdə muxtar respublikada mövcud olan məscid və ziyarətgahlar da bərpa olunub, yeni məscidlər tikilərək əhalinin istifadəsinə verilib. Bu gün muxtar respublikada 211 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si müstəqillik illərində tikilib. 139 məscid, 25 pir isə yenidən qurulub və ya bərpa olunub. Hazırda Naxçıvan şəhərində eyni zamanda 2000 nəfərin ibadət edə biləcəyi böyük məscid binası inşa olunur. Bütün bunlar Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsini şərtləndirən amillərdir.

– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2005-ci il 6 dekabr tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncam tarix və mədəniyyətimizə verilən yüksək dəyər olmaqla yanaşı, eyni zamanda sanki böyük uzaqgörənliklə Naxçıvanımızın bir gün İslam mədəniyyətinin paytaxtı olacağına hazırlanması üçün verilmişdi.
Fəxrəddin Səfərli: – Şübhəsiz ki, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsinə gətirib çıxaran amillər içərisində Ali Məclis Sədrinin adıçəkilən sərəncamının da böyük rolu olmuşdur. Bu sərəncama əsasən ərazidəki tarix­-mədəniyyət abidələri pasportlaşdırıldı, həmin abidələr əsasında Azərbaycan və ingilis dillərində “Naxçıvan Abidələri Ensiklopediyası” hazırlandı. Ərazidəki türk-islam mədəniyyəti abidələri tədqiq olundu, 60-dan artıq abidə yüksək dövlət qayğısı ilə bərpa edildi. Deyərdim ki, Naxçıvan tarixinin və mədəniyyətinin hərtərəfli araşdırılmasına, tədqiqatların səmərəliliyinin artırılmasına 1996-cı ilin iyul ayında Naxçıvan şəhərində keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunda Ali Məclisin Sədri tərəfindən qarşıya qoyulan vəzifələrin icrası ilə başlanmışdır.
Simpoziumdan ötən müddət ərzində Naxçıvan Muxtar Respublikasında bir sıra tədbirlər həyata keçirildi, arxeoloji tədqiqatlar geniş miqyas aldı. Bölgədə arxeoloji ekspedisiyalar, o cümlədən ABŞ və Fransa arxeoloqlarının iştirakı ilə iki beynəlxalq ekspedisiya, Ali Məclis Sədrinin dəstəyi ilə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası fəaliyyət göstərməyə başladı. Uğurlu nəticələrə imza atıldı. Tədqiqatlar sübut etdi ki, Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən, ilkin şəhər mədəniyyətinin yarandığı ərazilərdən biri olmuşdur. Əsası bir yaşayış məskəni kimi 8000 il əvvəl qoyulmuş Naxçıvan 5000 il bundan əvvəl şəhər kimi formalaşmağa başlamışdır. Yüksək inkişaf yolu keçən Naxçıvan diyarı Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətlərinin yarandığı mərkəzə çevrilmişdir. Naxçıvanın orta əsrlər, yeni və ən yeni dövr tarixi, etnoqrafiyası, epiqrafikası, numizmatikası və sair ilə əlaqədar geniş tədqiqatlar aparıldı. Tarix elminin müxtəlif sahələri ilə məşğul olan yüksəkixtisaslı kadrlar hazırlandı. Tariximizin müxtəlif problemləri ilə əlaqədar Naxçıvan şəhərində bir sıra respublika və beynəlxalq miqyaslı simpozium və konfranslar keçirildi. Əlbəttə, bütün bunlar Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsinə öz töhfəsini verdi.
–Təşkilat Komitəsinin son iclasında Naxçıvandakı türk-islam mədəniyyəti abidələrindən Möminə xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələrinin və Qarabağlar Türbə Kompleksinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi də səsləndirilib. Bu, çox qürurvericidir.

Fəxrəddin Səfərli: – Qeyd etmək istərdim ki, Ali Məclis Sədrinin sərəncamı ilə ərazidəki tarix-mədəniyyət abidələri pasportlaşdırılarkən onlar dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Əlbəttə, bu abidələrin İSESKO-nun siyahısına daxil edilməsi ilə əlaqədar məsələ qaldırılmasının özü təqdirəlayiq və sizin qeyd etdiyiniz kimi qürurvericidir.
Hüseyn Həşimli: – Adıçəkilən abidələrin İSESKO-nun siyahısına daxil edilməsi qədim tariximizə müasir dövrün insanlarının əvəzsiz töhfəsidir.
– Ailə dəyərləri İslam dininin zirvəsində dayanır. Mənə elə gəlir ki, elə bir din tapmaq çətindir ki, orada ailəyə İslam dinində olduğu qədər dəyər verilsin.
Bəhruz Gülmalıyev: – İslamda ailə dəyərləri də müstəsna yer tutur. Bu din ailəni insan həyatının mühüm amillərindən biri hesab edir. Çünki ailə olmadan insanların qarşılıqlı əlaqələrini və bütövlükdə insan cəmiyyətini təsəvvür etmək çətindir. Məhəmməd Peyğəmbərin yaratdığı ailə modelinə əsaslanan ailələrimizdə həmin qaydalar bu gün də yaşadılmaqdadır. Xüsusilə də ailə hüququ, ailədə kişi və qadının hüquq və vəzifələri, övlad tərbiyəsi və başqa bu kimi çoxsaylı məsələlər yalnız bu dinə məxsus üstün cəhətlərdir.
Azərbaycanın ailə modelini öyrənən avropalı mütəxəssislər bu məsələdə onlardan daha çox irəli getdiyimizi bildirərək bu modeli elm kimi öyrənməyi düşünürlər.
– Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitablar”ın siyahısında “İslamda müdrik kəlamlar”, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri”, “Mister Hemferin xatirələri” kimi dəyərli əsərlərin yer alması da dinin düzgün öyrənilməsi, oradakı humanizmin, dünyəviliyin aşılanması baxımından çox əhəmiyyətlidir.
Hüseyn Həşimli: – “Oxunması zəruri olan kitablar” haqqında Sərəncam, ümumilikdə, Azərbaycan cəmiyyəti tərəfindən yüksək səviyyədə qarşılandı. Bu kitabların, eləcə də islami dəyərləri aşılayan və dini düzgün təbliğ edən adlarını sadaladığınız kitabların oxunmasının gənc nəslə tövsiyə olunması isə sözün əsl mənasında, onların hərtərəfli yetişməsinə göstərilən canıyananlıqdır.
Sabir Xəlilov: – Hər bir gəncin oxuması vacib olan “Mister Hemferin xatirələri” kitabı isə dini radikalizmə qarşı mübarizədə əvəzsiz mənbədir.
– Söz yox ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması onun zəngin turizm potensialını da ortaya qoyur.
Fəxrəddin Səfərli: – Kütləvi informasiya vasitələrindən də məlumdur ki, blokada şəraitində olmasına baxmayaraq, Naxçıvana gələn turistlərin sayı ildən-ilə artır. Çünki bəşər sivilizasiyasının, insanların ilk yaşayış məskənlərindən biri olan Naxçıvan ərazisi müxtəlif ölkələrə mənsub turistləri maraqlandıran abidələrlə, obyektlərlə zəngindir. Naxçıvanın adı müqəddəs kitabımız “Qurani-Kərim”də xatırlanan Əshabi-Kəhf ziyarətgahı, 1500-dən artıq qayaüstü rəsmi əhatə edən Gəmiqaya abidəsi, Nuh Peyğəmbərin yadigarı Haçadağ, dünyanın ən qədim duz mədənlərinin yerləşdiyi Duzdağdakı Fizioterapiya Mərkəzi, bənzərsiz və təkrarsız İslam memarlığı abidələri, orta əsr şəhərsalma mədəniyyətini bu günədək qoruyub saxlayan Ordubad şəhəri, gözəl təbiəti, təmiz havası, saf suyu ilə seçilən Batabat yaylağı və digərləri turistləri ən çox cəlb edən məkanlardır. Şübhəsiz ki, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə muxtar respublikaya gələn xarici ölkə, xüsusilə kütləvi informasiya vasitələrinin nümayəndələri bu gözəllikləri görür, onlar foto və videoçəkilişləri haqqında məlumatları öz ölkələrində nümayiş etdirirlər. Bu isə müxtəlif ölkə vətəndaşlarının Naxçıvanın turizm potensialı ilə bağlı məlumat əldə etməsinə, nəticədə, Naxçıvana turistlərin axınının güclənməsinə gətirib çıxarır.
– Bir il sonra geriyə baxanda İslam Mədəniyyətinin Paytaxtı kimi yaşayan Naxçıvanın ümumi mənzərəsində nələri görəcəyik?

Hüseyn Həşimli: – Bütövlükdə İslam mədəniyyəti Şərqin, o cümlədən Azərbaycanın milli-mənəvi dəyərlər sistemində mühüm yer tutur. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi də bu baxımdan böyük əhəmiyyət daşıyır. Minnətdarlıqla qeyd edirik ki, indiyədək həmin istiqamətdə görülmüş işlər, həmçinin iyunun 20-də muxtar respublikamızın paytaxtında bu münasibətlə keçirilən möhtəşəm açılış tədbiri qədim diyarımızın zəngin, çoxşaxəli mədəniyyət tarixinin və çağdaş yüksəlişinin parlaq təzahürü, mədəni tərəqqinin təntənəsi kimi İslam aləmində, ümumən, dünyada geniş əks-səda oyatmışdır. İllər sonra da geriyə baxanda bunları görə biləcəyik.
Mərziyyə Hacıyeva: – İslam Mədəniyyəti Paytaxtının Naxçıvanın tarixində açdığı yeni bir səhifədə tədbirə çoxsaylı ölkələrdən gələn qonaqların xoş xatirələrini oxuyacağıq.
Sabir Xəlilov: – Mən bu sualı İSESKO-nun Baş direktoru Əbdül­əziz Osman əl-Tuveycrinin açılış mərasimində söylədiyi fikirlər əsasında cavablandırmaq istəyirəm: “Mən ilk dəfədir, Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gəlirəm. Naxçıvanı kəşf etdikcə belə bir qənaətə gəlirəm ki, bura cənnətdir. İslam tarixinin bir parçası olan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir...” Bu fikirlər artıq 2018-ci ili İslam Mədəniyyətinin Paytaxtı kimi yaşayan Naxçıvanın ümumi mənzərəsinə həkk olunub.

– Bəs, görəsən, dünya tarixində blokada şəraitində olan bir ölkədə və ya diyarda belə böyük tədbir keçirmək mümkün olubmu? Yoxsa bu, tək Naxçıvan nümunəsi olaraq tarixin yaddaşına həkk olunacaqdır?
Fəxrəddin Səfərli: – Şübhəsiz ki, blokada hər bir ölkə və ya diyar üçün çox böyük fəlakətlərə səbəb olur, çətinliklər və problemlər yaradır. Ona görə də belə bir şəraitdə nəinki mötəbər tədbirlərin keçirilməsindən, heç inkişafdan da söhbət gedə bilməz. Bu cəhətdən Naxçıvan Muxtar Respublikası istisnalıq təşkil edir. Məlum olduğu kimi, muxtar respublikamız 30 ilə yaxındır ki, blokada şəraitində yaşayır. Buna baxmayaraq, bölgə son 23 il ərzində çox böyük inkişaf yolu keçmişdir. Bu il mayın 16-da ölkə başçısı cənab İlham Əliyev Naxçıvanda Müəllimlər İnstitutunun açılış mərasimində çıxış edərkən bu inkişafı, xüsusilə son 15 ildə ümumi daxili məhsulun on dəfəyə yaxın artdığını vurğuladı və bunu dünya miqyasında rekord göstərici kimi dəyərləndirdi. Məhz dünyada analoqu olmayan bu inkişafa görə muxtar respublikada aparılan işləri obrazlı şəkildə “Naxçıvan möcüzəsi” adlandırırlar. İyun ayının 20-də İSESKO-nun Baş direktorunun, Beynəlxaq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin, 10-dan artıq İslam ölkəsinin mədəniyyət nazirinin və nazir müavinlərinin, diplomatik nümayəndələrinin iştirak etdiyi “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri isə bütün dünyanın diqqətini tarix qədər qədim Naxçıvana yönəltdi. Fikrimizcə, 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilən Naxçıvan şəhəri sadaladığımız bütün cəhətləri ilə yeganə nümunə olaraq böyük iz buraxacaq və tarixin yaddaşına əbədi olaraq həkk olunacaqdır.
– Dəyərli fikirlərinizə görə hər birinizə minnətdaram. Yəqin, siz də Təşkilat Komitəsinin üzvü, akademik İsa Həbibbəylinin bu dəyərli fikirləri ilə razılaşarsınız. O deyir: “Bu torpaqda böyük mədəniyyət formalaşıb. Naxçıvan abidələrində islami dəyərlər və dünyəvilik vəhdətdə götürülüb. Nəticədə, Naxçıvanda İslam dininə cəhalət və fanatizmdən uzaq yeni bir baxış – elmi və mədəni yanaşma formalaşmışdır. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi və bununla bağlı görülən işlər İslama münasibətin Naxçıvan modeli, əslində isə ümumdünya miqyasında gerçək İslam modelidir”.

Hazırladı: Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3298644
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2466
4291
10412
83290
3298644

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter