18 Fevral 2020, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə əvvəlcə İncəsənət ­fakültəsinin sərgi salonunda 20 Yanvar faciəsi qurban­larına həsr edilmiş 30-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub. Fakültənin akt zalında davam edən tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları faciənin dəhşətlərini özündə əks etdirən videoçarxı izləyiblər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixinə faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Vurğulanıb ki, ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra həmin hadisələrə real siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib. Rektor bu faciənin gənc nəslə çatdırılması ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini bildirib.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Arzu Abdullayev 29 il bundan əvvəl yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının taleyində faciəli günlər yaşandığını, qırmızı imperiyanın “Qızıl ordu”su tərəfindən günahsız insanların güllə­baran edildiyini, 147 mülki vətəndaşın öldürüldüyünü, 600-dən çox insanın isə yaralandığını qeyd edib. Bildirilib ki, Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adı əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk edilib.
Sonda tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.

Səadət ƏLİYEVA

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR