22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən 2019-cu ilin mart ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edilmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2019-cu il 19 mart tarixli 29 nömrəli Qərarı ilə “Dövlət büdcəsindən maliyyələşən bir sırа təşkilatların işçilərinin aylıq vəzifə mааşlаrı sxemlərinin təsdiq edilməsi hаqqındа” Nахçıvаn Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 aprel tarixli 56 nömrəli Qərarında dəyişikliklər edilmişdir.
Həmçinin Nazirlər Kabinetinin 2019-cu il 19 mart tarixli 29 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 12 sentyabr tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nda bir sıra dəyişikliklər də edilmişdir. Dəyişikliyə əsasən ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin mətbuat xidməti