24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın tarixinə qurucu, xilaskar lider kimi daxil olmuşdur. Günəş şəfəqlərini necə aləmə saçırsa, ulu öndər Heydər Əliyev də Günəştək öz ağlını, zəkasını, bütün güc və bacarığını Azərbaycan xalqından və Azərbaycan dövlətindən əsirgəməmişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinə və Azərbaycançılığa xidmət etmiş, Azərbaycanı milli müstəqilliyə qovuşdurmuşdur. Ulu öndərimizin dərin zəkası, güclü iradəsi, siyasi təcrübəsi sayəsində Azərbaycan yaşadı, irəlilədi, inkişaf etdi, işıqlı sabahlara doğru addımladı. O, elə bir şah əsər yaradıb ki, bu əsərin hər vərəqi gələcək nəsillər üçün elmi axtarış mövzusu olacaq. Onun şah əsəri müstəqil Azərbaycandır.
Müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr xalqımızın çoxəsrlik tarixində müstəsna əhəmiyyəti olan milli dirçəliş mərhələsidir. Ulu öndərimiz 1993-cü ilin 15 iyununda Milli Məclisin tarixi iclasında demişdir: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb vəziyyətini tam məsuliyyətlə dərk edərək bütün fəaliyyətimi respublikanın bu vəziyyətdən çıxarılması işinə yönəldəcəyəm. Bu sahədə mən nə lazımsa, edəcəyəm və heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası bundan sonra heç vaxt müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq və heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanımızın hər bir bölgəsində ulu öndərimizin izləri vardır. Ötən hər gün bir daha təsdiq edir ki, ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı həyatı, çoxcəhətli və yorulmaz fəaliyyəti xalqa və Vətənə xidmət etməyin nümunəsidir. Əslində, Vətən, millət və dövlətçilik bu dahi şəxsiyyətin ömrünün mənasını təşkil edir. O, ən böyük azərbaycanlı, Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi idi. 
Ümummilli liderimiz Heydər Əliyev yalnız və yalnız Azərbaycan üçün çalışmış və mübarizə aparmışdır. Saysız-hesabsız təqiblərə və təzyiqlərə məruz qalan, torpaqları talan olan, vətəndaşları bir-birinə silah çəkən Azərbaycan məhz Heydər Əliyev zəkası ilə sabitliyə, əmin-amanlığa qovuşmuşdur.
Ulu öndərimiz yaddaşlarda canlı tarix, müqəddəs amallar salnaməsi və müstəqil, qüdrətli Azərbaycanın memarı kimi yaşayır.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Düşünürəm ki, Heydər Əliyev və Azərbaycan eyni məfhumdur. Bunları bir-birindən ayrı təsəvvür etmək olmaz. Nə qədər Azərbaycan var, Heydər Əliyev də var. Çünki Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev başa düşülür.
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun ulu öndər Heydər Əliyev kimi dünya miqyasında sayılıb-seçilən milli lideri var. “Nə qədər ki Azərbaycan var, mən də varam, mən isə Azərbaycanda əbədi olacağam!”– deyən ümummilli lideri­miz müstəqil və qüdrətli Azərbaycan dövlətini yaratmaqla, ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirməklə əbədiyaşarlıq hüququ qazanmışdır.
Mən də bir azərbaycanlı kimi yoluma işıq saçan, sönməz bir məşəl kimi yanan bu ömürdən ibrət dərsi alaraq onun kimi yaşamağa, onun kimi işləməyə, onun kimi öyrənməyə, onun kimi öyrətməyə və onun kimi vətəndaş olmağa çalışacağam.

 

Rəqsanə İsmayılova
Kəngərli rayonunun Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3059813
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2746
4261
2746
111144
3059813

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter