21 İyul 2019, Bazar

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ötən ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin daha da geniş işıqlandırılması məqsədilə www.naxgin.az saytı istifadəyə verilib. 2019-cu ilin mart ayında isə saytın dizaynı yenilənib, Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də fəaliyyət göstərməsi təmin edilib. 8 bölmədən ibarət olan müasir dizaynlı sayt vasitəsilə oxucular muxtar respublikada keçirilən tədbirlər, turnirlər, yarışlar barədə ətraflı məlumat əldə edəcək, ölkədaxili və beynəlxalq turnirləri canlı izləyəcək, idman və gənclər sahəsi ilə bağlı bütün suallara cavab tapa biləcəklər. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər, ictimai-siyasi proseslər və muxtar respublikanın turizm potensialını əks etdirən məlumatlar da saytda öz əksini tapacaqdır.
İnternet portalında, eyni zamanda şəhər və rayonlardakı Gənclər və İdman idarələri, nazirliyin tabe təşkilatları barədə məlumatlar, həmçinin muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının sayt linkləri də qeyd olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4282852
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
670
5147
36017
114210
4282852

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter