23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi və dövlət qulluğunun yüksək şəxsi keyfiyyətlərə və ixtisas biliklərinə malik kadrlarla komplekləşdirilməsi istiqamətində işlərin görülməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci ildə elan edilmiş müsabiqəyə 40 dövlət orqanından 305 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 583 nəfər sənəd təqdim etmişdi.
Müsabiqənin 7-21 yanvar 2019-cu il tarixlərdə keçirilən test imtahanları mərhələsində 570 namizəd iştirak edib və onlardan 257-si uğur qazanıb. Test imtahanında keçid balını toplamış 250 nəfər və digər müsabiqələrdə sertifikat əldə etmiş 25 nəfər olmaqla, ümumilikdə, 275 namizəd müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmişdi.
Müsabiqənin 1-18 mart 2019-cu il tarixlərdə keçirilən müsahibə mərhələsində 210 namizəd iştirak edib, 106 nəfər müvəffəqiyyət qazanıb. Onlardan 100-nün sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilib və 99-u iddia etdikləri vəzifələrə təyin olunub, 1 namizəd təklif olunan vəzifədən imtina edib. Müsahibə mərhələsində müvafiq keçid balını toplamış 6 namizəd ehtiyat kadr siyahısına salınıb ki, gələcəkdə həmin şəxslərin müvafiq işlə təmin olunması diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006453
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
687
4717
13943
88835
4006453

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter