22 Sentyabr 2019, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün keçilən interaktiv dərsdə AMEA Naxçıvan Bölməsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Azərbaycanın milli bayramı olan Novruz bayramının yaranması və Novruz bayramına aid adət ənənələr haqqında şagirdlərə geniş məlumat verib.
Bildirilib ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra öz tarixi keçmişini, zəngin ənənələrini inkişaf etdirib, məhz bundan sonra digər milli bayramlar kimi, Novruz da dövlət səviyyəsində daha geniş qeyd olunmağa başlanıb. Uzun əsrlərdir ümumxalq bayramı-Novruz ölkəmizin digər guşələrində olduğu kimi Naxçıvan Muxtar Respubliksında da müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır.

2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT-nin 64-cü Baş Assambleyasının iclasında hər il martın 21-i günü “Beynəlxalq Novruz Günü” elan olunub.
İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbində izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR