22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 2019-cu ilin II toplanış ilkin hazırlıq kursunu keçmiş gənc polis əməkdaşlarının andiçmə mərasimi olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov çıxış edərək bildirib ki, daxili işlər orqanlarında xidmətə yeni qəbul edilən gənc əməkdaşlar müstəqil xidmətə başlamaları münasibətilə qəbul etdikləri bu anda sadiq qalmalı, polis adını daim uca ­tutmalıdırlar.
Nazirliyin Kadrlar şöbəsinin rəisi, polis kapitanı Səadət ­İsgəndərli çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi kadr hazırlığı işində mühüm əhəmiyyətə malikdir. Hazırda məktəbin inzibati bina kompleksinin tikilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi üçün dərs proqramlarının və təhsil müddətinin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi və andiçmə mərasiminin Dövlət Bayrağı Muzeyində keçirilməsi göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ­Veteranlar Şurasının sədri Yusif Həsənov çıxışında gənc əməkdaşları təbrik edib. Sonra andiçmə mərasimi keçirilib.
Polis sıravisi Hüseyn Talıbov çıxış edərək gənc polis əməkdaş­ları adından yaradılan şəraitə və göstərilən etimada görə dövlətimizə minnətdarlıq edib.
Sonda Dövlət Bayrağı Muzeyində nümayiş etdirilən eksponat­lara baxış olub.

 Nail ƏSGƏROV