22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2019-cu ilin ötən 3 ayında öz fəaliyyətini gücləndirmiş, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 3 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv etdirilmiş və muxtar respublikada vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi təşkil olunmuşdur.

Dövlət orqanlarında 305 vakant vəzifənin tutulması məqsədilə elan olunmuş müsabiqədə iştirak etmək üçün 583 nəfər sənəd təqdim etmiş, test imtahanında iştirak etmiş 570 namizəddən 257-si keçid balını toplamışdır. Komissiya tərəfindən 1-18 mart tarixlərdə keçirilən müsahibələrdə iştirak etmiş 210 namizəddən 106-sı keçid balını toplayaraq müvəffəqiyyət qazanmış, onlardan 99-u vakant vəzifəyə təyin olunmuşdur.

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün cari ilin 6 mart tarixində esse imtahanı keçirilmiş, iştirak edən 7 nəfərdən 6-sı uğur qazanmışdır. Muxtar respublikada ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqəyə 38 vakant vəzifə çıxarılmış, 8 vəzifənin tutulması üçün 10 nəfər sənəd təqdim etmişdir. 25-27 fevral 2019-cu il tarixlərdə keçirilmiş test imtahanlarında 10 namizəd iştirak etmiş, onlardan 5-i müvafiq keçid balını toplamışdır.
Şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə 11-14 fevral tarixlərdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları keçirilmiş, imtahanlarda 445 müəllim iştirak etmiş və 404-ü müvafiq keçid balını toplamışdır. Həmçinin vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün 15 namizədin iştirakı ilə test imtahanları keçirilmiş, onlardan 5-i müvəffəqiyyət qazanmışdır. Qanunvericiliyə uyğun olaraq 2019-cu ilin birinci rübündə keçirilmiş test imtahanlarında uğur qazanmış 257 nəfərə sertifikat ­verilmişdir.
Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında əvvəlki illərdən qalan 18 namizəddən 5-i cari ilin birinci rübündə işlə təmin olunmuşdur. Bundan başqa, dövlət qulluğu, vergi, gömrük, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul üçün təşkil edilmiş hazırlıq kurslarında 67 nəfər iştirak etmişdir.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icra edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün komissiyanın təcrübəli əməkdaşları tərəfindən ayda iki dəfə açıq dərslər keçilmişdir. Komissiyanın iş planına uyğun olaraq 7-21 fevral tarixlərdə “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında 8 maarifləndirici seminar keçirilmiş, həmin seminarlarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifə tutan 1032 dövlət qulluqçusu iştirak ­etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti