18 Sentyabr 2021, Şənbə
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə…

Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub  YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da…

Prezident İlham Əliyev Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət - FOTOLAR

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər…

“ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanışlıq YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət”…

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin…

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub YENİLƏNİB - FOTOLAR

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.  Azərbaycan…

Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun…

Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq YENİLƏNİB  - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının…

“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olub  YENİLƏNİB-2 - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və…

Ordubad dəmir yolu stansiyası ilə tanışlıq YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında…

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib  YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



Naxçıvan Azərbaycanın ən qədim yurd yerlərindən, ulu əcdadlarımızın müqəddəs ruhunu qoruyub saxlayan, Azərbaycançılıq üçün bütün atributların, maddi və mənəvi keyfiyyətlərin daşıyıcısı kimi şöhrət tapan məskənlərimizdən biridir. Çox qədim və zəngin maarifçilik ənənələrinə malik bu diyarda müasir dövrün tələblərinə cavab verə biləcək müəyyən ixtisaslar üzrə mütəxəssis hazırlığı Naxçıvan Muxtar Respublikasının yaranması və inkişafının müxtəlif mərhələləri ilə bağlıdır. 1921-ci ildə Naxçıvanın muxtar diyar kimi Azərbaycanın tərkibində qalmasını təsdiqləyən beynəlxalq Moskva və Qars müqavilələri imzalandıqdan sonra burada mədəni həyatın dirçəlməsinə və təhsil sahəsində irəliləyişin, yenilik meyillərinin güclənməsinə zəmin yarandı. Muxtariyyətin ilk dövrlərində təsərrüfat, mədəniyyət və təhsil sahəsində işləyə biləcək kadrlar hazırlamaq məqsədilə orta ixtisas məktəbləri (texnikumlar) yaradıldı ki, bu təhsil müəssisələrinin məzunları bölgənin təsərrüfat, təhsil, sosial-mədəni həyatının fəal iştirakçısı oldular. XX əsrin 20-ci illərində Naxçıvan Pedaqoji Texnikumunun, Naxçıvan Pedaqoji Qız Məktəbinin və Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun yaradılmasını ali təhsilə gedən yolun başlanğıc mərhələsi kimi qiymətləndirmək olar. 1939-1956-cı illərdə Naxçıvan ikiillik Müəllimlər İnstitutunun fəaliyyət göstərməsini də muxtar respublikamızda ali təhsil strukturunun formalaşdırılmasının bünövrəsi hesab etmək olar. Bu təhsil müəssisəsi Naxçıvanın ümumtəhsil məktəblərinin müəllim kadrları ilə təmin edilməsində mühüm rol oynamışdır. Məktəbin məzunlarından bir çoxu sonralar müxtəlif elm sahələri üzrə tədqiqatçı-alim, şair və yazıçı, dövlət işçisi kimi tanınmışdır.

 Dövrün sosial və pedaqoji düşüncəsinə uyğun gələn ali təhsil müəssisəsinin əsası isə 1967-ci ildə ozamankı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının açılışı ilə qoyuldu. “Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir”, – deyən ümummilli lider Heydər Əliyev respublikaya rəhbər­lik etdiyi ilk illərdən Naxçıvanda iqtisadiyyatın, mədəniyyətin, təhsilin inkişafına yüksək qayğı və diqqət göstərmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyətə başlaması da məhz bu qayğının nəticəsi idi. Dahi siyasətçi özünün böyük uzaqgörənliklə həyata keçirdiyi bu maarifçi ideyası haqqında sonralar demişdir: “Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biridir. Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyan insanlardan biri və onun təşəb­büskarıyam. Universitetin ötən bu müddətdə nə qədər böyüməsini, inkişaf etməsini öz gözlərimlə görürəm… Mən bu gün böyük iftixar hissi keçirirəm ki, 30 il bundan öncə əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir”. 

29 dekabr 1990-cı ildən universitet statusu alan Naxçıvan Dövlət Pedaqoji İnstitutu həmin dövrdən etibarən yalnız pedaqoji kadr deyil, nəinki diyarımızın, həmçinin Azərbaycanın digər bölgələri üçün müxtəlif ixtisaslar üzrə mütəxəssis hazır­lığına başlayır. Dərin bilikli, yüksək səviyyədə ixtisaslaşmış vətənpərvər mütəxəssislərin böyük bir dəstəsinin yetişməsi, nəinki Naxçıvan Dövlət Universitetinin, ümumən, Azərbaycan təhsilinin uğuru, nailiyyəti idi. Universitetin elmi potensialı artaraq daha da möhkəmlənir ki, bu da tədris-tərbiyə işlərinin günümüzün tələbləri səviyyəsində qurulmasına əsaslı təsir göstərirdi. Buradakı elm-tədris, ixtisaslı kadr hazırlığı üzrə potensial həmin ali təhsil ocağına ölkə səviyyəsində rəğbətin yaranmasına, onun daha da inkişaf etməsi, nüfuzunun, şöhrətinin artması məqsədilə mühüm tədbirlərin reallaşdırılmasına stimul vermişdir. Universitetin 25, 30, 40, 50 illik yubileylərinin keçirilməsi ali təhsil müəssisəsinin ölkə üçün necə bir əhəmiyyətə malik olduğunu göstərir. Universitetin 25 və 30 illik yubiley tədbirlərində ulu öndər Heydər Əliyev şəxsən iştirak etmiş, universitetin regionun həyatında, ölkə­nin təhsil və elmi mühitində mövqeyini qiymətləndirməklə tövsiyələrini vermişdir: “Universitetin professor-müəllim heyətinə ali təhsilin, elmin, mədəniyyətin inkişafında yeni-yeni uğurlar arzulayıram. Universitetin tələbələrinə, gənclərinə cansağlığı, yüksək vətənpərvərlik, təhsil uğrunda daim mübarizə aparmaq üçün əzm arzulayıram. Naxçıvan gənclərinə hərbi-vətənpərvərlik hisslərini daha da yüksəltməyi arzulayıram. Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qorusunlar, yaratsınlar, inkişaf etdirsinlər, daha da yüksəltsinlər”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 31 mart tarixdə “Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması, yubiley tədbirində şəxsən iştirak edərək qabaqcıl müəllimlərin bir qrupuna ölkənin ali mükafatlarını, orden və medallarını təqdim etməsi muxtar respublikamızda elm və təhsilin inkişafına göstərilən yüksək qayğının bariz təzahürüdür. Həmin sərəncamda deyilir: “Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər”.
Bu gün Naxçıvan Dövlət Universiteti ölkənin ən nüfuzlu, qabaqcıl təhsil ənənələrinə malik tədris ocaqlarından biridir. Universitetin müasir inkişaf mərhələsi, fəaliyyət istiqamətləri, yeni infrastrukturun qurulması, bir sözlə, yerləşdiyi relyefə uyğun özünəməxsus panoram gözəlliyinə malik “Universitet şəhərciyi”nin yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun digər sahələrdə olduğu kimi, təhsilin inkişafında da ümummilli lider Heydər Əliyev siyasətinə sədaqətinin bəhrələridir. Bir-birindən gözəl tədris korpuslarının inşa edilməsi və ya yenidən qurulması, onların müasir tədris-təchizat vasitələri ilə təmin edilməsi sahəsində görülən işlər Ali Məclis Sədrinin universitetin professor-müəllim heyətinə, çoxminli tələbə kontingentinə qayğısının ifadəsidir. Məhz bu qayğı sayəsində universitetin Cənubi Koreya Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” adlı layihəsi uğurla həyata keçirildi. Həmin layihə ilə muxtar respublikada elektron universitetə keçidin təməli qoyuldu.
Ölkəmizdə ali təhsilin dünya təhsil sisteminə, Avropa ali təhsil məkanına inteqrasiya olunması və Boloniya Bəyannaməsinin tələblərinə uyğunlaşma məqsədlərini həyata keçirmək üçün beynəlxalq təhsil prosesinə qoşulması Naxçıvan Dövlət Universitetində də müasir tədris şəraitinin yaradılmasına, elmin inkişafına xidmət edir. Geniş, işıqlı sinif otaqları, fənn kabinələri və muzeylər, elektron lövhələr mühazirələrin, seminar, laborator və təcrübi məşğələlərin müasir tələblər səviyyəsində qurulmasına imkan verən vasitələrdir.
Yüksək informasiya texnologiyalarına, əlverişli tədris şəraitinə, elmi potensiala, müasir tədris korpuslarına, maddi təchizat bazasına malik universitetin qazandığı nailiyyətlər ildən-ilə artır, daha da yeniləşir, zənginləşir. Bu ali məktəbin uğurları, nailiyyətləri həmişə dövlətimizin, dövlətçiliyimizin böyük simaları – rəhbərləri tərəfindən diqqətdə saxlanmışdır. Mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, müstəqillik dövrünün payına düşmüş universitetin 50 illik yubileyi də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamına əsasən böyük təntənə ilə, yüksək bayram əhval-ruhiyyəsi ilə keçirildi. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 oktyabr tarixli sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə universitetin əməkdaşlarından 7-si “Tərəqqi” medalı, 8-i isə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə təltif olundu. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 1 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar olaraq muxtar respublikada təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə universitetin müəllimlərindən 16-sı “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, 1-i “Əməkdar mədəniyyət işçisi”, 1-i isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görüldü. Ali Məclisin Sədri tərəfindən fərqlənən 10 müəllim və 8 tələbəyə noutbuk, 24 tələbəyə isə planşet təqdim edildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri öz çıxışında Naxçıvan Dövlət Universitetinin 50 ildə qazandığı nailiyyətlərdən bəhs edərək göstərirdi ki, “Naxçıvan Dövlət Universitetinin ötən 50 ildə qazandığı təcrübə, elmi potensial və yaradılan tədris imkanları bizim sərvətimizdir”.
2018-ci ildə ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində, həmin ali təhsil ocağının dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirmək məqsədilə distant təhsilin həyata keçirilməsinə başlanıldı. Yanvarın 17-də Distant Təhsil Mərkəzinin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin mərkəzin istifadəyə verilməsini muxtar respublikanın həyatında əlamətdar hadisə kimi qiymətləndirmiş, Distant Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı tövsiyələrini vermişdir.
Bu gün yaradılan şərait nəticəsində tələbələr istənilən ölkədən kompüter, mobil telefon və planşetlər vasitəsilə Naxçıvan Dövlət Universitetinin ndu.edu.az saytına müraciət etməklə Distant Təhsil Mərkəzinə qoşulmaq imkanına malikdirlər. Çoxfunksiyalı distant təhsil proqramında dərslər offlayn və onlayn rejimdə tədris olunur. Keçirilən dərslərin yaxşı mənimsənilməsi üçün elektron kitabxana portalı fəaliyyət göstərir.
Bütün bunlar deməyə əsas verir ki, Naxçıvan Dövlət Universiteti uğurlu tarixi inkişaf yolu keçib. 1967-ci ildə 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 6 minə yaxın tələbə təhsil alır. Bu gün Naxçıvan Dövlət Universitetində 60 ixtisas üzrə bakalavr, 42 ixtisas üzrə magistr, 15 ixtisas üzrə rezident, 11 ixtisas üzrə əlavə təhsil, 10 ixtisas üzrə doktorant, 32 ixtisas üzrə dissertant hazırlığı aparılır. 4 ixtisas üzrə distant təhsil həyata keçirilir. Universitetdə dissertasiya şurasının, həmçinin birləşmiş dissertasiya şurasının fəaliyyət göstərməsi də fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə tədqiqatçı alimlərin yetişməsində əhəmiyyətli rol oynayır. Əgər 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə 37 universitet arasında 36-cı yerdə idisə, 2016-2017-ci tədris ilində yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb.
Universitetin tarixi inkişaf yolundan danışarkən beynəlxalq, o cümlədən elmi əməkdaşlığın inkişafı istiqamətində qazanılan uğurları vurğulamaq xüsusilə yerinə düşər. Asiya Universitetləri Cəmiyyətinin, Avropa Rektorlar Klubunun, Avrasiya Universitetlər Birliyinin (EURAS) üzvü olan, “Minilliyin universiteti” adını daşıyan bu ali təhsil ocağı bu gün dünya universitetləri ailəsinin layiqli üzvünə çevrilib. Son illər beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən tədbirlərin nəticəsidir ki, hazırda universitetin dünyanın 50-dən çox ölkə­sinin 80-dən artıq ali təhsil ocağı ilə faydalı əməkdaşlıq əlaqələri vardır. “Mövlana”, “Tempus”, “Erasmus+”, “Erasmus Mundus”, “Key Action” proqramlarının uğurlu icrası universitetin beynəlxalq arenada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu ali təhsil ocağında tələbə mübadiləsinə də böyük əhəmiyyət verilir. Müasir təhsil infrastrukturunun, möhkəm maddi-texniki bazanın və güclü kadr potensialının yaradılması xarici tələbələrin bu ali təhsil ocağına cəlb olunmasında başlıca amildir. Bu gün Naxçıvan Dövlət Universitetində dünyanın 8 ölkəsindən 500 tələbə təhsil alır. Sevindirici haldır ki, son iki ildə universitetə təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayında artım müşahidə olunur. Belə ki, bu il 252 əcnəbi tələbənin müxtəlif ixtisaslar üzrə hazırlıq kursuna qəbul olunması Naxçıvan Dövlət Universitetinin nüfuzunun dünyada artmaqda olduğunu bir daha təsdiq edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə təməli qoyulan “Startap Naxçıvan” hərəkatı isə Naxçıvan Dövlət Universitetində də müasir təfəkkürlü peşəkar mütəxəssis hazır­lığına, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasına, yaradıcı düşüncənin inkişafına xidmət edəcək.

Ali Məclisin Sədri cənab Vasif Talıbovun muxtar respublikada ali təhsilin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tövsiyə və tapşırıqlar Naxçıvan Dövlət Universitetinin gələcək inkişafı üçün rəhbər prinsiplərdir. Bu prinsiplər əsasında ali təhsil ocağında informasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqinə səyləri gücləndirmək, elektron idarəetmə və tədris sistemindən yüksək səviyyədə fayda götürmək, kadr hazırlığında dövrün tələblərini nəzərə almaq qarşıda duran mühüm vəzifələrdir. Pedaqoji kollektiv bu məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün fəaliyyətini bundan sonra da səylə davam etdirəcəkdir.

Saleh MƏHƏRRƏMOV
Naxçıvan Dövlət Universitetinin rektoru,
AMEA-nın müxbir üzvü

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

Mühasiblər üçün iki günlük təlim

17-09-2021-22-22 İCTİMAİ-SİYASİ

Mühasiblər üçün iki günlük təlim

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında ...

Taxılçılığın inkişafı əhalinin ərzaq məh…

17-09-2021-22-11 İQTİSADİYYAT

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır

Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq tə...

Heydərabad adına layiq məğrurluqla dayan…

17-09-2021-22-02 İQTİSADİYYAT

Heydərabad adına layiq məğrurluqla dayanıb  düşmənin qarşısında

İnkişaf edən bölgələrimiz Qədim Oğuz elində bir yurd var ...

Dahi Üzeyir bəylə dünya şöhrəti qazanan …

17-09-2021-21-25 -Mədəniyyət

Dahi Üzeyir bəylə dünya şöhrəti qazanan  milli musiqimiz inkişaf yolundadır

Sentyabrın 18-də Azərbaycanın dahi bəstəkarı, musiqişünas-...

Naxçıvan gömrükçüləri 133,4 kiloqram nar…

17-09-2021-21-19 İCTİMAİ-SİYASİ

Naxçıvan gömrükçüləri 133,4 kiloqram narkotik  vasitə aşkarlayıb

Naxçıvan gömrükçüləri tərəfindən iki fakt üzrə narkotik qa...

Məcburi dövlət sosial sığortasına cəlb o…

17-09-2021-21-17 -Sosial

Ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində sığorta-pe...

Kənd təsərrüfatında maarifləndirmə tədbi…

17-09-2021-21-00 İQTİSADİYYAT

Avqust ayı ərzində nazirliyin əməkdaşları tərəfindən muxtar ...

İnformasiya və rabitə xidmətlərinin əhat…

17-09-2021-20-58 İQTİSADİYYAT

İnformasiya və rabitə xidmətlərinin əhatə dairəsi genişlənir

Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələri...

Türkiyə-Azərbaycan parlamentlərarası dos…

17-09-2021-20-52 İCTİMAİ-SİYASİ

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri  Şamil Ayrım: “Davamlı səfərlərimizlə birliyimizi daha da möhkəmləndirəcəyik”

Sentyabrın 27-də Türkiyə-Azərbaycan parlamentlərarası dost...

Naxçıvan ictimai-siyasi mühitinə yeni tö…

17-09-2021-18-02 İCTİMAİ-SİYASİ

Naxçıvan ictimai-siyasi mühitinə yeni töhfələr

Yaxın günlərdə Naxçıvan mətbuatının tanınmış nümayəndələri...

Sədərək rayonunda “Şərq qapısı” qəzetini…

17-09-2021-17-28 İCTİMAİ-SİYASİ

Sədərək rayonunda “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbiri keçirilib

               Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sə...

Ermənilər Azıx mağarasından 90 qutu madd…

17-09-2021-15-29 İCTİMAİ-SİYASİ

Ermənilər Azıx mağarasından 90 qutu maddi sübut aparmaq istəyirdilər - İsa Həbibbəyli

Ermənilər Azıx mağarasından 90 qutu maddi sübut aparmaq is...

Azərbaycanda 90-a yaxın ölkənin vətəndaş…

17-09-2021-15-28 İCTİMAİ-SİYASİ

Azərbaycanda 90-a yaxın ölkənin vətəndaşı təhsil alır - Nazirlik

Ötən ilin statistikasına əsasən 89 ölkədən 6600 əcnəbi təl...

"TURAZ Şahini-2021" birgə hərb…

17-09-2021-15-26 İCTİMAİ-SİYASİ

"TURAZ Şahini-2021" birgə hərbi təlimi başa çatıb

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirak etdi...

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçula…

16-09-2021-20-57 İCTİMAİ-SİYASİ

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında səmti m...

Beynəlxalq mühitə çıxış statusu – Xarici…

16-09-2021-20-33 -Elm və təhsil

Beynəlxalq mühitə çıxış statusu – Xarici dillər fakültəsi

Təhsil millətin gələcəyidir Azərbaycanda dövlət müstəqill...

“Araz-Türk Cümhuriyyəti” kitabının təqdi…

16-09-2021-20-22 -Elm və təhsil

“Araz-Türk Cümhuriyyəti” kitabının təqdimatı olub

AMEA Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin müəlli...

Tarixin ağır günlərini yaşamış Sədərək …

16-09-2021-20-06 İQTİSADİYYAT

Tarixin ağır günlərini yaşamış Sədərək  bu gün abad və firavandır

Müasirləşən qədim yurd yerlərimiz Naxçıvan Muxtar Respubl...

Miqrasiya proseslərinə nəzarət gücləndir…

16-09-2021-19-14 İCTİMAİ-SİYASİ

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlə...

Nəqliyyatçılar mövsümə hazırlıqla bağlı …

16-09-2021-19-11 İCTİMAİ-SİYASİ

Nəqliyyatçılar mövsümə hazırlıqla bağlı  məsələləri müzakirə ediblər

2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşı...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR