21 İyul 2019, Bazar

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, nümayəndəliyin əməkdaşlıq bölməsinin rəhbəri Simona Qatti, proqram rəhbəri Ramilə Aslanova, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olublar. Qonaqlar universitetin ərazisində ağacəkmə mərasimində iştirak ediblər.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verilib. Rektor dünyanın 50-dən çox ölkəsinin 80-dən çox tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malik olan universitetin qoşulduğu Erasmus+ proqramı çərçivəsində Avropa universitetləri ilə birgə qarşılıqlı əməkdaşlığından söhbət açıb.

Sonra Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa Birliyi haqda məlumat verib. Bildirilib ki, 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat olan, 1951-ci ildə yaradılan ittifaq özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşısa da, bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. Birliyin ölkəmizlə bir çox sahələrdə əməkdaşlığını diqqətə çəkən səfir təhsil sahəsində birgə layihələrin əhəmiyyətini vurğulayıb. Çıxışda Erasmus+ proqramı haqqında da məlumat verilib. Tələbələrlə qarşılıqlı diskussiya şəklində qurulan görüş yaddaqalan olub. Qonaq suallarını cavablandıran tələbələri hədiyyələrlə mükafatlandırıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Tə şkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində tələbələr üçün “Dayanıqlı inkişaf məqsədləri” mövzusunda mühazirə deyib. Qonaq bildirib ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub. Tələbələr inkişaf Proqramı ilə Azərbaycan arasında əməkdaşlığın uğurla davam etməsindən, eyni zamanda, sosial müdafiə, məşğulluq sahəsində birgə işlərin əhatə dairəsinin genişlənməsindən ətraflı söhbət açıb. O, BMT İnkişaf Proqramının qarşıdakı dövrdə də ölkəmizlə əməkdaşlıq perspektivlərindən bəhs edib.
Universitetin Magistratura üzrə dekanlığında təşkil edilən mühazirədə isə AMFA-nın layihə koordinatoru Sevinc Rüstəmova “Maliyə savadlığına dair master-klass” keçirib. Tələbələr maliyyə savadlılığı, büdcə planlaşdırılması, bank məhsulları, sahibkarlıq və sair mövzularla əlaqədar məlumat alıblar. Qarşılıqlı müzakirə şəklində qurulan mühazirədə tələbələrin sualları cavablandırılıb.

Səadət Əliyeva

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4282893
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
711
5147
36058
114251
4282893

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter