20 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Tarix təsdiq edir ki, insan cəmiyyəti şəxsiyyətlərin zəkası və dühası sayəsində inkişaf edir, müasir sivil formaya gəlib çatır. Xalqların və dövlətlərin tarixinin ən mühüm mərhələləri şəxsiyyətlərin fəaliyyətinin nəticələri kimi meydana çıxır. Dahi insanların ideyaları və həmin ideyaların həyata ke­çirilməsi tarix adlandırdığımız sistemli hadisələr xronologiyasını yaradır. Belə dahi insanlardan biri də xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
Bu dünyada hər bir insan qismətinə yazılmış bir ömür, bir tale yaşayır. Kimi çox, kimi az. Hər bir insan yaşadığı ömür payında bütün imkanlardan istifadə edərək daha çox iş görməyə, yaxşı yaşamağa çalışır. Bu, adi ömür yaşayanlara aiddir. Elələri də var ki, bu dünyaya Vətəni, xalqı üçün yaşamağa gəlir – ulu öndərimiz Heydər Əliyev kimi.
Xalqımızın böyük oğlu Heydər Əliyev bütün ömrünü Azərbaycanın nicatına həsr etmiş, xalqımızı müstəqilliyə qovuşduraraq onun qəlbində özünə möhtəşəm bir abidə ucaltmışdır. Ona görə də ulu öndərimizin respublikamıza rəhbər seçildiyi gün – 1969-cu ilin 14 iyulu Azərbaycanın müstəqillik tarixinin, xalqımızın işıqlı gələcəyinin başlanğıcı kimi qiymətləndirilir.

Yaxın tarixə nəzərə salsaq, görərik ki, dahi rəhbərin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamız inkişaf və tərəqqi yoluna qədəm qoymuş, illərlə kök salmış gerilik, ədalətsizlik aradan qaldırılmışdır. 1982-ci ildə ulu öndər Heydər Əliyev ittifaq səviyyəsində rəhbər vəzifəyə irəli çəkilsə də, Azərbaycanı bir an belə unutmamış, onun tərəqqisi, inkişafı üçün var qüvvəsini sərf etmişdir. 
1991-ci ildə bərpa olunan dövlət müstəqilliyimiz 1993-cü ilin ortalarında artıq itirilmək təhlükəsi qarşısında qalmışdı. Belə bir ağır vəziyyətdən Azərbaycanı yalnız ulu öndər Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ildə ümummilli liderimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün bu təhlükəli proseslərin qarşısını aldı. Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu. Bundan sonra ölkəmizin inkişafının təməli qoyuldu. Əsrin müqaviləsinin imzalanması ilə dünya dövlətlərinin diqqəti Azərbaycana yönəldi. Az müddətdə respublikamızda iqtisadi böhranı iqtisadi tərəqqi, hərc-mərcliyi sabitlik, anarxiyanı qanunçuluq və demokratiyanın aliliyi, durğunluğu yüksəliş əvəz etdi.
Xalqına, millətinə xidmət etmiş, bütün həyatı boyu yalnız bu əqidənin daşıyıcısı olmuş dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycanımızın müstəqilliyi daha da möhkəmlənmiş, dönməz, əbədi və sarsılmaz xarakter almışdır.
Azərbaycan Respublikasının müstəqilliyi ümummilli lider Heydər Əliyevin şah əsəridir. Onun daxili və xarici siyasətini xalq həmişə dəstəkləmiş, ona arxa, dayaq olmuşdur. Atalar gözəl deyib: “Arxası xalq olanın başı göylərə ucalar”. Ulu öndər Heydər Əliyev Azərbaycan üçün çox işlər görüb desək, azdır. O, bütöv bir Azərbaycan qurub-yaratmış, onu müstəqilliyə qovuşdurmuş, bu müstəqilliyi neçə-neçə xarici və daxili hücumlardan, terrordan, sui-qəsddən, zamanın kəşməkəşlərindən qorumuş, möhkəmləndirmişdir. Məhz bu müstəqillik sayəsində xalqımız yeraltı və yerüstü sərvətlərinin əsl sahibi olmuşdur. Dahi rəhbərin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində Azərbaycan dünya ölkələri sırasında öndə gedən bir respublikaya çevrilmişdir. Dünyanın ən məşhur neft şirkətləri ilə bağlanan neft kontraktları artıq öz bəhrəsini vermiş, ölkəmizin iqtisadi qüdrəti artmış, xalqımızın rifahı yaxşılaşmışdır.
Deyirlər, dahilərin tərifə ehtiyacı olmur. Çünki onlar öz layiqli qiymətlərini tarixdən alırlar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin də layiqli qiymətini mənsub olduğu Azərbaycan xalqı və bu xalqın yaşadığı tarix çoxdan vermişdir. Ulu öndər Heydər Əliyev elə bir zirvədir ki, dünyanın hər yerindən görünür.
Bu gün Azərbaycan Heydər Əliyev ideyaları ilə yaşayır. Onun siyasəti uğurla davam etdirilir. Müstəqil Azərbaycanın xilaskarı, qurucusu və yaradıcısı ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti ilə sürətli inkişaf yoluna çıxan Azərbaycan Respublikası bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə daha işıqlı gələcəyə doğru inamla addımlayır. Müstəqil Azərbaycan Respublikası yaşadıqca, üçrəngli bayrağımız dalğalandıqca Heydər Əliyev ideyaları və əməlləri də yaşayacaqdır.
Ümummilli lider Heydər Əliyevin nurlu, işıqlı əməlləri müstəqil Azərbaycanın yoluna işıq saçacaq və Azərbaycanla əbədi yaşayacaqdır:

                                  Sən dünəndən bu günə,
                                  Bu günümdən sabaha
                                  Yol göstərən mayaksan.
                                  Sən bizim qəlbimizdə
                                  Daim yaşayacaqsan!
                                  Daim yaşayacaqsan!

Ümummilli liderimizin Azərbaycan xalqı qarşısındakı xidmətləri əvəzsizdir. Ölkəmizdə elə bir sahə yoxdur ki, ulu öndərimizin diqqətindən kənarda qalsın. Dahi şəxsiyyət ordu quruculuğunu möhkəmləndirməklə ölkəmizin müdafiə qüdrətini gücləndirmiş, gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəlməsinə nail olmuşdur. Elmimizin, mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması da müdrik rəhbərimizin adı ilə bağlıdır.
1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafa, ölkəmizin bölgədə lider dövlətə çevrilməsinə səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev tək qüdrətli Azərbaycan dövləti yaratmayıb, eyni zamanda onun gələcək inkişaf yolunu müəyyənləşdirmiş, Azərbaycana xidmətin ən kamil örnəyini biz gənclərə miras qoymuşdur.
Biz ulu öndərimizin irsini, siyasi fəaliyyətini öyrənməklə Vətənimizə necə xidmət etməyi də öyrənirik.
Sevindirici haldır ki, ümummilli liderimizin yolu bu gün ölkəmizdə və muxtar respublikamızda uğurla davam etdirilir. Bu yolun davam etdirilməsi isə Azərbaycanın xoşbəxt gələcəyi deməkdir.

 

Aysu MƏMMƏDOVA
Şərur rayonu, Aşağı Yaycı kənd tam orta məktəbinin XI sinif şagirdi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3295220
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3333
3655
6988
79866
3295220

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter