24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə “Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirməsi, səhiyyə, mədəniyyət, təhsil ocaqlarının, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərmişdir. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu 1993-2003-cü illərdə uşaq siyasətinin daha güclü təməllər üzərində qurulması və həyata keçirilməsi üçün fəaliyyətinin mühüm istiqamətlərini bu məsələyə yönəltmişdir. Həmin dövrdə ölkəmizdə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır.

Əsası ulu öndər tərəfindən qoyulmuş bu siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və artıq milli strategiya kimi formalaşmışdır.
Ramilə Seyidova deyib ki, bu gün muxtar respublikada da uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Onların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara tibbi xidmətin keyfiyyəti və əhatəliliyi artırılmış və nəticədə, ana və uşaq ölümü minimuma endirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, uşaqların elektron məlumat bankı yaradılmışdır.
Vurğulanıb ki, uşaqların təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də mühüm tədbirlər həyata keçirilir. Muxtar respublikadakı mədəniyyət ocaqları və məktəbdənkənar tərbiyə müəssisələrində fəaliyyət göstərən dərnəklər uşaqların asudə vaxtının səmərəli təşkilində mühüm əhəmiyyətə malikdir.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçı­lar Birliyinin sədri Asim Əliyev, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva çıxış edərək bildiriblər ki, ulu öndərin müəyyənləşdirdiyi məqsədyönlü siyasətin uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gələcək nəsil formalaşır.
Diqqətə çatdırılıb ki, muxtar respublikada uşaqların hüquqlarının qorunması, təhsili, sağlamlığı, sosial müdafiəsi, istirahəti, yaradıcılıq potensialının aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər müntəzəm xarakter alıb. Çünki uşaqların milli dəyərlər, adət-ənənələr əsasında düzgün tərbiyə olunması, sağlam əxlaqi mühitdə yetişməsi vacib məsələdir.
Sonda tədbir iştirakçıları muzeyin eksponatlarına baxıblar.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014116
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3550
4800
21606
96498
4014116

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter