23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Ukraynanın “Kanal-5” televiziyası Azərbaycanla bağlı hazırladığı verilişin çəkilişlərinin bir hissəsini Naxçıvan Muxtar Respublikasında aparıb.
Artıq “Kanal-5” televiziyası Naxçıvanla bağlı çəkilmiş verilişi efirdə yayımlayıb. Ukrayna dilində yayımlanan verilişdə Naxçıvan şəhərinin tarixi, onun Nuh Peyğəmbərin vətəni olması haqqında ukraynalı tamaşaçılara maraqlı məlumatlar verilir. Naxçıvan şəhərinin təmizliyinə və səliqəsinə heyran olan aparıcı taksi xidmətlərinin yüksək səviyyədə olduğunu və qonaqpərvərliyi xüsusi qeyd edir. Verilişin aparıcısı Nadya Baziv Naxçıvanın ümummilli lider Heydər Əliyevin doğulduğu şəhər olduğunu vurğulayır, 1990-1993-cü illərdə ulu öndərin burada siyasi fəaliyyəti ilə bağlı məqamlara da toxunur.
Heydər Əliyev Muzeyində saxlanılan ümummilli liderimizə məxsus əşyalar və digər eksponatlar haqqında məlumat ­verilib.
Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adını daşıyan Şahtaxtı kənd tam orta məktəbi ilə Ukraynanın İrpen şəhərinin məktəbi arasında dostluq əlaqələri, akademikin bu kənddə doğulduğu tamaşaçıların diqqətinə çatdırılır. Aparıcı verilişdə ukraynalı xanımlara Naxçıvan ­kətəsinin necə hazırlanmasını da təqdim etməyi unutmayıb.

“Nuhçıxan” İnformasiya Agentliyi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006440
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
674
4717
13930
88822
4006440

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter