24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” beynəlxalq turnirində müxtəlif ölkələrin tanınmış idmançıları təmsil olunurdular. Onların təəssüratlarını öyrəndik:
Pedro Luis – Kuba: – Özüm 20 ildir ki, Ukraynada yaşayıram, lakin beynəlxalq turnirdə Kubanı təmsil edirəm. Turnir öz gərginliyi və mübarizliyi ilə seçildi. İlk dəfədir, bu turnirdə iştirak edirəm. Lakin ötən illərdə Naxçıvanda təşkil olunan beynəlxalq turnirlər barədə məlumatım var idi. Təklifi məmnuniyyətlə qəbul etdik və diyarınıza gəldik. Çox ecazkar şəhəriniz var. Qonaqpərvərliyiniz və göstərdiyiniz səmimi münasibət insanlar arasında fərq qoyulmadığının göstəricisidir. Bu da insan amili üçün vacib məsələdir. Çox şadam ki, belə bir diyarda oldum. Naxçıvan hər zaman mənim xatirimdə qalacaq bir şəhər təəssüratı yaratdı. Qalib gələn komandalara, idmançılara gələcək karyeralarında uğurlar arzulayıram.

İbrahim Yazıcı – Türkiyə milli komandasının məşqçisi: – Naxçıvanda keçirilən turnirə Türkiyə milli komandasının 7 idmançısı ilə gəlmişik. Məqsəd idmançılarımızın yarış təcrübəsini artırmaq, naxçıvanlı qardaşlarımızla münasibətləri genişləndirmək və idmançılar arasında yaxşı münasibət qurmaqdır. Təşkilatçılıq çox möhtəşəmdir. Bizi o qədər gözəl qarşıladılar ki, özümüzü evimizdəki kimi hiss etdik. Hər şey üçün təşkilatçılara minnətdarlıq edirəm. Qarşıdakı illərdə də buraya gələcəyik.
Qulam Həbib Əhmədi – Əfqanıstan millisinin məşqçisi: – Sərhəddən Naxçıvana keçərkən bizə qarşı o qədər qonaqpərvərlik göstərildi ki, idmançılara dedim: “Biz gərək digər turnirlərdə də burada olardıq”. Turnir çox yaxşı və yüksək səviyyədə təşkil edilib. Eyni zamanda digər ölkələr güclü heyətlə mübarizə aparırlar. Naxçıvan karateçiləri isə öz gücləri ilə seçilirlər. Havası təmiz, abad şəhəriniz var, özümü burada çox rahat hiss edirəm. Millətiniz isə istiqanlı və qonaqpərvərdir.
Bəhram Mirzə Həsənpur – İran komandasının rəhbəri: – Artıq üçüncü dəfədir, Naxçıvana gəlirəm. Hər dəfə qədim diyarda böyük inkişafın şahidi oluruq. Bu inkişafı idman sahəsində görmək mümkündür. Onu da deyim ki, ilk dəfə turnirdə 5-6 nəfərlə iştirak etdik. İndi isə 50 nəfərlik heyətlə gəlmişik. Turnirin səviyyəsinə gəlincə, çox əla təşkil olunub. 10 ölkənin bir turnirdə iştirak etməsi böyük uğurdur. Hər şey mükəmməl idi. Buna görə də çalışacağıq ki, qaşıdakı illərdə də Naxçıvanda keçiriləcək yarışlarda iştirak edək.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014115
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3549
4800
21605
96497
4014115

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter